Vəsimə İsmayılqızı — Vikipediya

Vəsimə İsmayılqızı
Qarayeva Vəsimə İsmayıl qızı
Təxəllüsü İsmayılqızı
Doğum yeri Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası İsmayıl Qarayev
Təhsili GDU
Fəaliyyəti yazıçı, publisist
Əsərlərinin dili azərbaycan dili
İlk əsəri Goranboy (ensiklopedik toplu)
Tanınmış əsəri Beyləqan (ensiklopedik toplu)
Üzvlüyü

Vəsimə İsmayıl qızı Qarayeva (Tap Qaraqoyunlu) — yazıçı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999).

Həyatı[redaktə | mənbəni redaktə et]

Vəsimə İsmayılqızı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Orta təhsilini Tap Qaraqoyunlu kənd orta məktəbində almış, sovxozda işləmişdir. GDU-nu fərqlənmə diplomu ilə bitirmiş (1991), təhsil aldığı universitetdə saxlanmış, psixologiya kafedrasında işləmişdir (1992-1994). Sonralar "Patronat" şirkətində redaktor, "QAPP-Poliqraf" QTSC-də redaktor (1994-1995), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Mərkəzində direktor (1995-1999), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Müəssisəsində direktor vəzifəsində çalışmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1999).

Bədii yaradıcılıqla məşğuldur. Dövri mətbuatda şeirlər, kiçik hekayələr, bədii, elmi və publisistik yazılarla çıxış etmişdir.

İlk irihəcmli əsəri Goranboy bölgəsinin tarixindən, fiziki, iqtisadi və sosial coğrafiyasından, yaşayış məskənlərindən, toponimlərindən, abidələrindən, etnoqrafiyasından, əlamətdar hadisələrindən, görkəmli şəxsiyyətlərindən bəhs edən "Goranboy" ensiklopedik toplusu 2000-ci ildə nəşr olunmuşdur. Ulu öndər Heydər Əliyevin Goranboya səfərlərindən bəhs edən "Goranboyda izim qaldı" (2001), "Azərbaycan olduğu kimi" (2002), "Goranboyda izim qaldı" (2003, təkmilləşdirilmiş nəşr), "Beyləqan" ensiklopedik toplu (2010) kitabları nəşr edilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olmuşdur (09.02.2020). Seçkilərin nəticəsi MSK tərəfindən etibarsız sayılmışdır (13.02.2020).


Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Goranboy (ensiklopedik toplu). Bakı: 2000, 496 səh.
  2. Goranboyda izim qaldı. Bakı: 2001, 160 səh.
  3. Goranboyda izim qaldı. Bakı: 2003, 192 səh.
  4. Beyləqan (ensiklopedik toplu). Bakı: 2010, 688 səh.
  5. Heydər Əliyevin Vətən səfərləri (ensiklopedik toplu). I kitab. Bakı: 2023, 808 səh.
  6. Goranboyda izim qaldı. Bakı: 2023, 312 səh.
  7. Beyləqanda izim qaldı. Bakı: 2023, 288 səh.
  8. Şuşada izim qaldı. Bakı: 2023, 288 səh.
  9. Zəfər səfərləri. I kitab. Bakı: 2023, 808 səh.
  10. Zəfər kitabı. Goranboy. Bakı: 2023, 592 səh.
  11. Zəfər kitabı. Beyləqan. Bakı: 2023, 616 səh.
  12. Zəfər kitabı. Şuşa. Bakı: 2023, 456 səh.

Tərtib etdiyi kitablar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan olduğu kimi. Bakı: 2002, 72 səh.
  2. Beyləqan 70 il (1939-2009). Bakı: 2010, 30 səh.
  3. Daxili səfərlər. I cild. Bakı: 2023, 560 səh.
  4. Daxili səfərlər. II cild. Bakı: 2023, 688 səh.



Mənbə[redaktə | mənbəni redaktə et]

1) XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı: 2004, səh.  ;

2) https://qafqazinfo.az/news/detail/vesime-qarayeva-imislinin-ayri-ayri-kendlerinde-secicileri-ile-gorusub-fotolar-276860

3) http://www.adalet.az/w180188/_%22BEYL%C6%8FQAN%22LA_BEYL%C6%8FQANA_S%C6%8FYAH%C6%8FT__/#.XrWpJEQzbZ5;

4) http://www.adalet.az/w180209/__V%C9%99sim%C9%99_Qarayeva_%C4%B0mi%C5%9Flinin_ayr%C4%B1-ayr%C4%B1_k%C9%99ndl%C9%99rind%C9%99_se%C3%A7icil%C9%99ri_il%C9%99_g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb__-__Fotolar_/

5) http://www.yenises.az/w2162.html;

6) http://www.adalet.az/w180188/_%22BEYL%C6%8FQAN%22LA_BEYL%C6%8FQANA_S%C6%8FYAH%C6%8FT__/#.XrWpk0QzbZ5;

7) http://www.adalet.az/w180209/__V%C9%99sim%C9%99_Qarayeva_%C4%B0mi%C5%9Flinin_ayr%C4%B1-ayr%C4%B1_k%C9%99ndl%C9%99rind%C9%99_se%C3%A7icil%C9%99ri_il%C9%99_g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb__-__Fotolar_/#.XrWptEQzbZ5;

8) http://www.yenises.az/w2201.html

9) http://www.adalet.az/w180260/_80_sayl%C4%B1_%C4%B0mi%C5%9Fli-Beyl%C9%99qan_Se%C3%A7ki_Dair%C9%99si_Deputatl%C4%B1%C4%9Fa_namiz%C9%99d_Qarayeva_V%C9%99sim%C9%99_%C4%B0smay%C4%B1l_q%C4%B1z%C4%B1n%C4%B1n_se%C3%A7icil%C9%99rl%C9%99_g%C3%B6r%C3%BC%C5%9Fl%C9%99ri_/#.XrWp80QzbZ5;

10) https://qafqazinfo.az/news/detail/deputatliga-namized-vesime-qarayevanin-secicilerle-gorusleri-fotolar-276985

11) http://www.adalet.az/w180260/_80_sayl%C4%B1_%C4%B0mi%C5%9Fli-Beyl%C9%99qan_Se%C3%A7ki_Dair%C9%99si_Deputatl%C4%B1%C4%9Fa_namiz%C9%99d_Qarayeva_V%C9%99sim%C9%99_%C4%B0smay%C4%B1l_q%C4%B1z%C4%B1n%C4%B1n_se%C3%A7icil%C9%99rl%C9%99_g%C3%B6r%C3%BC%C5%9Fl%C9%99ri_/#.XrWqOkQzbZ5;

12) https://qafqazinfo.az/news/detail/vesime-qarayevanin-secicileri-ile-gorusleri-basa-catib-fotolar-277092