Vəhy — Vikipediya

Vəhyteologiyanın əsas anlayışı olub, mistik nurlanma halında fövqəltəbii reallığın fövqəlhissi dərkini ifadə edir. Dini məntiq isə vəhyin bütün varlıqların əsl və həqiqi yaradıcısının var olduğuna işarə etdiyini bir mənalı şəkildə iddia edir. Vəhy bu mənanın təsdiqləyicisi kimi çıxış edir. Bu yaradılmış məxluqların mövcud olduqları formaların ən doğrusu olduğunu, o anda, o məkanda bu formanın, vəziyyətin xaricində digərinin qeyri-mümkün olduğunu da ifadə edir.

Vəhyin mahiyyəti dini istilahların məntiqi izahına tabedir. Vəhyin mahiyyətinin iki tərəfi vardır.:

  • Vəhy Tanrının əmr və xəbərlərini yaratdıqlarına çatdırma tərzidir.
  • Tanrıdan yaratdıqlarına çatdırılan biliyin tipidir.

Vəhy həm məhdud çərçivədə ilahi biliyin seçilmiş insana, peyğəmbərə göndərilmə prosesinin adı, həm də çatdırılan biliklərin məcmusudur. İstər yəhudilərin Tövratı, istərsə də xristianların İncili, yaxud da müsəlmanların Qurani Kərimi həmin din mənsublarına görə, dini kitablar olmaqla bərabər, həm vəhy əsəridir, həm də bilavasitə vəhyin özüdür.

Dini istilah olaraq vəhy termini müxtəlif mənalarda səsləndirilir. Bu ifadələr doğru başa düşülmədiyi təqdirdə, cəmiyyətdə fərqli fikir ayrılıqlarına yol aça bilir. Misallar:

  • "Vəhy deyir:" – yəni Quranda Allah belə buyurur:
  • "Vəhydə belə deyilir:" – yəni Quranda belə deyilir:
  • "Bir vəhy cümləsində belə qeyd olunur:" – yəni Quranın bir ayəsində belə qeyd olunur.
  • "Vəhydə oxuyuruq:" – yəni Quranda oxuyuruq.

Vəhyin mənası[redaktə | mənbəni redaktə et]

Lüğəti məna[redaktə | mənbəni redaktə et]

“Əl-vəhy” kəlməsi, lüğətə gizlicə yaxud sürətli şəkildə bildirmək, danışmaq, ilham etmək, əmr etmək, işarət etmək, tələsik etmək, fısıldamaq, söz, yazı, xəbərçi ya da işarət kimi hər hansı bir vasitə ilə məqsədi ifadə etmək kimi mənalara gəlməkdədir.

Bu vəziyyətdə vəhyin ilahi olan və ilahi olmayan şəklində hissələri vardır.

Şəri istilahda isə belə tərif edə bilərik: “Hər hansı bir peyğəmbərə endirilmiş olan Allah kəlamıdır”. “Allahın göy üzündən yerə mesaj göndərməsi, inandırması” mənasında olan “tənzil” ya da “inzal” kəlmələri də vəhy mənasındadır . Ayrıca Quranda keçdiyi şəkildə elm, hikmət, hidayət, şəfa, və nur kəlmələri də vəhy qarşılığında işlənir . İngiliscə də vəhy kəlməsini qarşılamaq üzrə , “ Tanrının özünü açması ya da göstərməsi” mənasına gələn “ revelation” mənası işlənməkdədir.[1]

Dediyimiz kimi vəhy lüğətdə ani sürətdə işarət deməkdir. Bu bəzən dolayı və simvolik olan sözlü ifadə şəklində, bəzən cümlə halında təmizlənmiş səs surətində bəzən organlardan biri ilə işarə tərzində və bəzəndə yazı ilə hasil olur. Ayrıca vəhy, elçi göndərmək, ilham etmək, gizli danışmaq, təşviq və təhriq etmək mənalarınada gəlir. Əbu İshaq Əz-Zəccac bütün lüğətlərin, vəhy yuxarıdakı mənalarından “ gizli danışmaq” üzərində birləşdiklərini söyləməkdədir. Ona görə ilhama vəhy deyilməsidə bundandır. Abdullah Ət-Teymi Əl-İsfahani isə vəhyin özünün “ tefhim” olduğunu bildirməkdə; işarət, ilham və yazı surəti ilə anladılan hər mənanın vəhy olduğunu söyləməkdi. Qurani-Kərimdə vəhy sözü həm lüğət mənasında, həm də termin olaraq işlədilmişdir. Nitəkim ayətlərində keçən “yerə və arıya vəhy”, əmr və təshir; “Zəkəriyyənin ( a.s) qövmünə vəhy” işarə; “ Hz. Musanın anasına və Havarilərə vəhy” ilham; şeytanların bir birlərinə və dostlarına vəhy təlqin mənalarına gəlməkdədir. Bu vəziyyətə görə həm Allahdan, həm də başqasından sadir olan işarə, ilham və gizli danışmalara vəhy deyilir.[2] Allaha izafə edilən vəhyetmə feli peyğəmbərlər Musanın anasına olduğu kimi insanlara, mələklərə, arılara, yer kürəsinə və göylərə yönəltdik. Şeytanlara bağışlanan vəhy lüğət mənasındadır və şeytanın öz dostları olan insanlara və cinlərə, peyğəmbərlərə möminlərə düşmanlıq etmələri üçün gizlicə təlqində tapılması ifadə edir. Bəzi ayələrdə peyğəmbərlərə endirilən vəhyin “ruh” deyə tanınmasının səbəbi vəhy insanları məcazi mənada ölüm demək olan savadsızlıq və imansızlıqdan qurtarıb onların gerçəyi tapmasına yardım etməsi hikmətinə bağlıdır. Əsaslıqla Quran vəhy insanın dünya həyatının qaynağını təşkil edən ünsürə bənzədilərək məcazi mənada ruh deyilmişdir. Vəhy mələyi Cəbrayıl üçün “ ər-ruhul-əmin” adını istifadə etməsi mənəvi həyatla bağlı vəhy gətirməsi ilə açıqlamaq mümkündür. Hz. İsanın ruh şəklində formalaşdırmasıda eyni səbəblə izah edilə bilir. Hz. Peyğəmbərin vəhy idrak edərkən soyuq zamanlarda belə tərlədiyini, dəvə üzərində ikən vəhy təsiri ilə dəvənin çökdüyü və bəzən yanında olanların arı uğultusuna bənzər səslər duyduğu bilinməkdədir. Peyğəmbərin xaricindəki insanlar insanlar isə göstərəcəyi möcüzələrlə ona gələn bilgilərin vəhy olduğunu bilirdilər. Vəhy Nübuvvətin əsasını təşkil edir. Ancaq şeytanın insanlara telqin etdiyi duyğu və düşüncələr də Quranda bəzən vəhy kəlməsi ilə ifadə edilmişdir. Ancaq bunlar vəhyin lüğət mənsasındakı istifadəsindən ibarət olub peyğəmbərlərə gələn vəhy ilə bir bağlantısı yoxdur.[3]

Vəhyin termin mənası[redaktə | mənbəni redaktə et]

Onunla əlaqəli qaynaqlarda vəhy, "Bir mənaya, bir nəfəsə gizli və sehrli bir şəkildə ilka etmək” deyə tanınır. Bu mənada olmaq üzrə Allah tərəfindən bütün canlılara verilən istidad və qabiliyyətlərə vəhy deyilmişdir. Rəqib Əl-İsfəhani ( 502-1108) vəhyin taalluq alanını sinirləndirərək “Allahın peyğəmbər və vəlilərə göndərdiyi ilahi sözlər” deyə tanınır. Hadis və Təfsir bilgiləri isə vəhy şümulünü daha da daraltmışdır. Onlara görə vəhy, Allahın peyğəmbərlərə çeşidli şəkillərdə söz və əmirlər göndərməsidir. Vəhy sözünün Qurani-Kərimdə yayılan istimal şəkili də budur. Vəhy bu mənaya alınca, insanlarda görülə bilən ilham, kəşf, həds və istidat kimi xüsusiyyətləri vəhy xaricində mütəala etmək lazımdır.[2]

Səmavi dinlərdə vəhy[redaktə | mənbəni redaktə et]

Ümumi mənada vəhy, Tanrının insanlarla bağlantıya keçməsini ifadə edir. Səmavi dinlər dediyimiz, Tanrı və ya ilahlıq qavramlarına sahib olan dinlərin çoxunda vəhy qavramı, başlanğıc nöqtəsi və təməl doktrinaların mənbəyi funksiyasını daşımaqdadır.[4] Səmavi dinlərdə vəhy vasitəsi ilə gələn dini hökmlər insanın Tanrını tamımasını və qurtuluşa çatmasını təmin edə  biləcək bilikləri əldə etməyi üçün son dərəcə lazımlıdır.

Yəhudilikdə[redaktə | mənbəni redaktə et]

Əski Əhdə görə yəhudilikdə peyğəmbərlərin biliklərinin mənbəyi vəhydir. Bu dində vəhyin təkcə sahibi və mənbəyi olaraq rəbb Yahve, xitab olunanı insan, vasitəçilik edəni isə peyğəmbərlərdir.[5] Yəhudilikdə vəhy gizli və bilinməyən tanrının özünü insanlara açması, göstərməsi və yaxud bildirməsi şəklində başa düşülməkdədir. Yəhudilikdə vəhyin bir sıra növləri vardır. Bunları qeyd edəcək olarsaq, Rəbbin özünü göstərməsi/təcəllisi (Teofani); Mələk vasitəsi ilə vəhy; Sadiq röyalar vasitəsilə vəhy və İlahi ruh vasitəsi ilə gələn vəhyləri qeyd edə bilərik. Bunlardan gördüyümüz kimi bəziləri vasitəli, bəziləri isə birbaşa tanrı ilə peyğəmbər arasında yəni, vasitəsiz olaraq gerçəkləşir. Vəhyin növlərinə nəzər salaq.

Növləri[redaktə | mənbəni redaktə et]

lk olaraq Rəbbin özünü göstərməsi, təcəlli etdirməsi (Teofani) surətilə gerçəkləşən vəhyi qeyd edək. Bu cür vəhyin alınması və bu cür vəhyin kimlərə gəldiyi yəhudilikdə ixtilaflı məsələlərdəndir. Adından da bəlli olduğu kimi hər hansı bir vasitə olmadan, rəbbin birbaşa özünü göstərməsi surətilə yerinə yetir. Lakin, bu məsələdə fərqliliyin ortaya çıxması elə məhz Tövratdan qaynaqlanır. Belə ki, Tövratda “ və Rəbb Abrama görünüb dedi” ( Təkvin 12/7), “və Yaqub o yerin adını Peniel qoydu çünki, Tanrını üz-üzə gördüm və canım sağ qaldı (bağışlandım) dedi” (Təkvin 32/30) Bundan əlavə İşaya peyğəmbər rəbb Yahveni uca bir taxtın üzərində oturarkən gördüyünü ifadə edir. Eyni şəkildə Mika peyğəmbər də rəbbi bu cür gördüyünü qeyd edir. Bundan yola çıxaraq bəzi peyğəmbərlərə rəbbin özünü göstərdiyini qeyd edə bilərik, lakin, buradakı görmək mənası rəbbi tam mənada (olduğu kimi) görmək deyil, onun təcəllisini görmək kimi qəbul edilmişdir. Bununla yanaşı Tövratda rəbb, onu heç kimin görə bilməyəcəyini, görəcəyi təqdirdə yaşaya bilməyəcəyini ifadə edir.

Rəbblə üz- üzə görüşən Yəhudi inancına görə sadəcə Musadır. Bu inanca görə, Rəbb Musa ilə bir adamın dostu ilə danışdığı kimi üz-üzə danışardı. Bu, Tövratda bu cür qeyd olunur: “Onunla (Musa ilə) bilməcələrlə deyil, açıqca, üz-üzə danışaram” (Saylar 12/8) Tanrının özünü insan cildində təcəlli etdirməsi də Tövratda qeyd olunur. Məsələn, İbrahim İshaqın müjdəsini aldığı Mamre şəhərinə gedərkən orada 3 şəxs görmüşdü. Bunlardan biri məhz tanrı, ikisi də onun mələkləri idi. (Təkvin 18/11-15) Tanrının təcəllisi bununla da sərhədli qalmayıb, göy guruldaması, şimşək çaxması, alov və buludda da təcəlli etmişdir.[6]

Bir digər vəhy növü mələk vasitəsi ilə gələn vəhydir. Mələk inancı digər səmavi dinlərdə olduğu kimi yəhudilikdə də mövcuddur. Rəbbin vəhyinə vasitəçilik edən mələk bizə adı İslamdan da məlum olan Gabriel (Cəbrayıl)-dir.[5] Bəzən “Tanrının mələyi” (Təkvin 21/17; Hakimlər 13/6), bəzən də “Rəbbin mələyi” (Təkvin 16/7; 22/11; Çıxış 3/2) adında keçməkdədir. Mələk rəbb Yahvedən əmirlər gətirir və onun vəhylərini peyğəmbərlərə çatdırır. Məsələn yenə İbrahim üzərindən örnək verəcək olarsaq, İbrahimin oğlunu qurban etməsi hadisəsində ona göylərdən bir mələyin səsləndiyi Tövratda qeyd olunur. Bundan əlavə mələklər yalnız peyğəmbərlərə deyil, sadə insanlara da səslənir, müəyyən əmrlər verərək onlara yol göstərirlər.

Sadiq röyalar vasitəsilə də peyğəmbərlərə vəhy olunmuşdur. Yəhudi inancına görə, Tanrı peyğəmbər seçtiyi şəxsə röyasında özünü göstərir və ona peyğəmbərlik verildiyini bildirir.[5] Tövratda açıqca ifadə olunur: “Rəbb onlara səsləndi: Sözlərimə qulaq asın! Əgər aranızda bir peyğəmbər varsa, Mən Rəbb özümü ona tanıdar, onunla röyada danışaram.” (Saylar 12/6) Hissənin davamında isə, daha əvvəl də qeyd etdiyimiz kimi, bunun təkcə Hz. Musaya aid olunmadığı, Musa ilə birbaşa danışıldığı qeyd olunur. Yəni, qeyd etmək mümkündür ki, bu şəkildə gələn vəhy, Musa üçün deyil, digər peyğəmbərlər üçün şamil olunmaqdadır.[7] Bundan əlavə, Hz.Yaqubun tanrı ilə güləşib, adının İsrail olaraq dəyişməsindən sonra, aldığı vəhylər röya olaraq adlandırılmışdır.[6] Məlum olduğu kimi röya ilə bir çox peyğəmbərə vəhy olunmuşdur. Bunlardan Hz. İbrahimin, Hz.Yusifin, Hz. Süleymanın da adlarını çəkmək mümkündür.

Son olaraq vəhy növlərindən ilahi ruh (tanrının ruhu) vasitəsilə gələn vəhyi qeyd edə bilərik. Bu qavramı mələk inancı ilə qarıştırmaq olmaz. Belə ki, qeyd etdiyimiz ilahi ruh qavramı birbaşa tanrının öz ruhudur. Bu ruh vəhyin gəlişində və müxtəlif şəkillərində vasitə olmaqdadır.[5] Hz. Musanı həm peyğəmbər, həm də qanun təsis edici olaraq yönləndirən bu ruhdur.[7] Rəbb Yahve İsrailoğullarına şəriəti məhz bu ruhla göndərmişdir. Peyğəmbərliyin verilməsi bu ruhun həmin şəxsi hərəkətə keçirməsi ilə baş verdiyi məlumdur. Bu ruh tanrının iradəsi ilə peyğəmbərləri hərəkətə keçirir. Peyğəmbər bir söz dediyi zaman danışan tanrının ruhudur.

Görüldüyü kimi, yəhudilikdə peyğəmbərlərin biliklərinin mənbəyi olan vəhy, müxtəlif üsullarla, vasitəli və vasitəsiz olmaqla peyğəmbərlərə rəbb tərəfindən bildirilməkdədir. Yəhudilikdə xüsusi önəmi olan Hz. Musanın bu önəminin məhz tanrı ilə birbaşa dialoqa girərək vəhy almasından qaynaqlandığını qeyd etsək, yanılmış olmarıq.

İslamda[redaktə | mənbəni redaktə et]

Vəhy kəliməsi “vəha” feilinin məsdəri olub, “ gizli və sürətli şəkildə bildirmək”, “ilham etmək”, “işarə etmək”, “fısıldamaq”, “əmr etmək”, “təlqin etmək”, “yazmaq” və “vəsvəsə vermək” mənalarını ifadə etməkdədir.[8] Terminoloji olaraq vəhy, Allahın istədiyi bir əmri, hökmü və ya məlumatı peyğəmbərinə gizli olaraq bildirməsidir.[4] Vəhy qavramı Quranda yetmişdən çox yerdə feil qəlibləri ilə, altı yerdə isə, vəhy şəklində keçməkdədir. Vəhyi biz iki yerə ayıra bilərik: ilahi vəhy və ilahi olmayan vəhy. İlahi vəhy təbii ki, Allah tərəfindən bildirilən vəhy növüdür. Allah insanlara, mələklərə, arılara, yer kürəsinə və göylərə vəhyetmişdir. Bundan əlavə vəhyin qeyri ilahi yönü də vardır. Belə ki, Quranda şeytanlara (Ənam 6/112) və Zəkəriyyə peyğəmbərə (Məryəm 19/11) də vəhy kəliməsi nisbət edilib. Müvafiq olaraq bu ayələrdə vəhyin "fısıldamaq" və "işarə etmək" mənaları ifadə edilir.

Növləri[redaktə | mənbəni redaktə et]

İslam dinində də yəhudilikdə olduğu kimi vəhyin bir neçə növündən bəhsedilir. Lakin, qruplaşdırmaq lazım gələrsə bunları, vasitəli vəhy və vasitəsiz vəhy şəklində iki qrupa ayırmaq mümkündür. Vasitəli vəhyə Cəbrayılın Hz. Peyğəmbərin qəlbinə vəhy etməsi, vəhy mələyinin insan cildinə girərək vəhy gətirməsi və zəng səsinə bənzər səslərlə gələn vəhy (bəziləri bunun mələk olmadan yəni, vasitəsiz şəkildə olduğunu iddia edər). Vasitəsiz vəhyə isə, sadiq röyalar vasitəsilə bildirilən vəhy, ilham yolu ilə gələn vəhy və pərdə arxasından danışmaq aid edilir.[8]

Vasitəli[redaktə | mənbəni redaktə et]

Cəbrayılın Peyğəmbərə vəhyi[redaktə | mənbəni redaktə et]

Cəbrayılın Peyğəmbərin qəlbinə vəhy etməsi iki dəfə baş vermişdir. Bunlardan biri Hira mağarasında peyğəmbərə gələn vəhydir. İslam Peyğəmbəri burada həyəcan hissləri keçirmişdir. Quranda vəhyin bu şəkli haqqında açıq ayə mövcuddur (Təkvir 81/23)

Cəbrayılın İnsan surətində vəhyi[redaktə | mənbəni redaktə et]

Mələk vasitəsilə gələn vəhyin digər növü, mələyin insan şəklinə girərək peyğəmbərə vəhy gətirməsidir. Əsasən, Dihyə əl- Kəlbi şəklində gələn Cəbrayıl,başqa insanların surətlərində də peyğəmbərə vəhy gətirmişdir.

Səslər vasitəsilə gələn vəhy[redaktə | mənbəni redaktə et]

Vasitəli vəhyin son növü, müəyyən səslər vasitəsilə gələn vəhylərdir. Belə ki, bu səslər zəng səsinə bənzər səslər olmuşdur. Hədisdə bunu Muhammədin özü də qeyd etmişdir. “Bəzən mənə vəhy zəng səsinə bənzər səslə gəlir. Vəhyin bu gəliş şəkli mənim üçün ən ağır olanıdır"

Vasitəsiz[redaktə | mənbəni redaktə et]

Sadiq röyalar[redaktə | mənbəni redaktə et]

Vasitəsiz vəhyə ilk nümunə olaraq sadiq röyaları qeyd edə bilərik. İslam Peyğəmbəri də də əvvəlki peyğəmbərlərdə olduğu kimi, röyalarında vəhy almışdır. Aişə bint Əbu Bəkr qeyd etmişdir ki, onun gördüyü yuxular səhərin aydınlığı kimi doğru çıxırdı.

İlham yolu ilə gələn vəhy[redaktə | mənbəni redaktə et]

Vasitəsiz vəhyə peyğəmbərə ilham yolu ilə gələn vəhyləri də qeyd edə bilərik. Hər hansı bir vasitə olmadan vəhyin peyğəmbərin qəlbinə endirilməsini ifadə edir.

Pərdə arxası vəhy[redaktə | mənbəni redaktə et]

Vasitəsiz vəhyin ən önəmli növü pərdə arxasından danışmaq surəti ilə bildirilən vəhydir. Bu cür vəhyi yalnız Musa və Muhammədin aldığını qeyd etmək olar. Məlum məsələdir ki, Allah heçkim ilə doğrudan üz-üzə danışmaz. Quranda, Allahın yalnız vəhy, pərdə arxasından və elçi vasitəsi ilə ünsiyyətə keçdiyi qeyd olunmuşdur (Şura 42/51).

Həmçinin bax[redaktə | mənbəni redaktə et]


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mehmet Erdoğan. Vahiy-Akıl dengesi açısından sünnet. İstanbul. 2001. 13–14.
  2. 1 2 İlyas Çelebi. İslam inancında gayp problemi. İstanbul. 1996. 145–146.
  3. Bekir Topaloğlu, Yusuf Şevki Yavuz, İlyas Çelebe. İslamda inanc əsasları. İstanbul. 2015. səh. 146.
  4. 1 2 "TDV İslam Ansiklopedisi. Vahiy. Cilt.42 İstanbul-2012". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-13.
  5. 1 2 3 4 Bekir Bozdağ. İlahi Dinlerin Kutsal Kitaplarında Peygamberlik Anlayışı. Uludağ Üniversitesi Sosyal Bilimler Enstitüsü İslam medeniyeti ve Sosyal Bilimler Anabilim Dalı Dinler Tarihi Bilim Dalı. Yüksek Lisans Tezi. Bursa 1991.
  6. 1 2 Saliha İslim Aksan - Yahudilikte Kadın Peygamberler. Kahramanmaraş Sütçü İmam Üniversitesi Sosyal Bilimler Enstitüsü Felsefe ve Din bilimleri Ana Bilim Dalı. Yüksek Lisans Tezi.Temmuz-2014
  7. 1 2 Ömer F. Harman - Yahudilikte Peygamberlik ve Peygamberler. İstanbul Üniversitesi Edebiyat Fakültesi Yayınları, İslam Tetkikleri Dergisi. Cilt:9, İstanbul-1995.
  8. 1 2 Mehman İsmayılov - Təfsir Üsulu və Tarixi. Bakı İslam Universiteti Nəşri, n.17, Bakı-2013

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]