Vəfa Fətullayeva — Vikipediya

Vəfa Fətullayeva
Vəfa Nüsrət qızı Fətullayeva
Doğum tarixi 25 avqust 1945(1945-08-25)
Doğum yeri
Vəfat tarixi 21 may 1987(1987-05-21) (41 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Nüsrət Fətullayev
Anası Hökümə Qurbanova
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1970–1987
Mükafatları Azərbaycan SSR əməkdar artisti Azərbaycan SSR Dövlət mükafatı
IMDb ID3429701

Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).

Həyatı[redaktə | mənbəni redaktə et]

Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar.

Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. Teatrda işlədiyi dövrlərdə bir-birindən bənzərsiz insan surətləri yaradıb. Yaradıcılığının çiçəklənən dövründə xərçəng xəstəliyinə düçar olan əməkdar artist 1987-ci il may ayının 21-də vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır. Vəfa Fətullayevnın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovadır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Rolları[redaktə | mənbəni redaktə et]

  • Mamili ("Qış nağılı", U. Şekspir),
  • Gülgəz ("Mahnı dağlarda qaldı", İ. Əfəndiyev),
  • Şirin ("Məhəbbət əfsanəsi", N. Hikmət),
  • Tənzilə ("Sən yanmasan", N. Xəzri),
  • Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundov),
  • Beatriçe ("Heç nədən hay-küy", U. Şekspir),
  • Bənövşə ("Kəndçi qızı", M. İbrahimov),
  • Səhər ("İnsan", S. Vurğun),
  • Zeynəb ("Sizi deyib gəlmişəm", Anar),
  • Fəridə ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev),
  • Rəna ("İblis", H. Cavid),
  • Xuraman ("Vaqif", S. Vurğun),
  • Pakizə ("Mirzə Şəfi Vazeh", N. Xəzri),
  • Burla Xatun ("Torpağa sancılar qılınc", N. Xəzri),
  • İnanc Xatın ("Atabəylər", N. Həsənzadə),
  • Arzu ("Kimdir haqlı?", B. Vahabzadə),
  • Qadın ("Karıxmış sultan", T.Əl-Hakimi),
  • Alagöz ("Küləklər", S. Rəhman), və s.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası)
  2. Atayevlər ailəsi (film, 1978)
  3. Bizim qəribə taleyimiz (film, 2005)
  4. Firəngiz (film, 1975)
  5. Göz həkimi (film, 1980)
  6. İnsanlar bataqlıqda (televiziya tamaşası, 1982)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]