Vüsal Ramazanov — Vikipediya

Vüsal Ramazanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yuxarı Çardaxlar, Zaqatala rayonu, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Yuxarı Çardaxlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2012—2014; 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi

Vüsal Vahid oğlu Ramazanov (10 iyul 1994; Yuxarı Çardaxlar, Zaqatala rayonu30 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüsal Ramazanov 1994-cü il iyulun 10-da Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub. 2000-2011-ci illərdə Yuxarı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Vüsal Ramazanov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

İkinci Qarabağ müharibəsindəki iştirakı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı FüzuliXocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Vüsal Ramazanov ilə oktyabrın 27-dən sonra əlaqə saxlamaq mümkün olmayıb. Yanvarın 8-də Vüsal Ramazanovun oktyabrın 30-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olduğu məlum olub. Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]