Vüqar Mustafayev — Vikipediya

Vüqar Mustafayev
Vəzifədədir
18 noyabr 2023-cü ildən
(i. e. 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiMədət Quliyev
15 mart 2023 – 18 noyabr 2023
NazirMədət Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1986
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı 2

Vüqar Valeh oğlu Mustafayev (1986, Bakı) — Azərbaycan müdafiə sənayesi naziri (2023-cü ildən).

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. Əslən qədim Borçalı mahalından — indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Ayorta kəndindəndir.[1]

2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə — Menecment ixtisasına daxil olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirmişdir.[2] 2010 – 2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixsitsası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə məzun olmuşdur.[3]

O, 2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı "Certified İnternal Auditor (CİA)" – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir və 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization" – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.[2]

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub.[4]

Ailəlidir. İki övladı var.

Karyerası[redaktə | mənbəni redaktə et]

Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru və maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009 – 2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti "Ernst & Young CIS B. V" şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də daxili audit departamentinin direktoru vəzifəsini icra edib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb. 2014-cü ildə PAŞA Holdinq MMC-də icraçı direktorun müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin təftiş komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin müşahidə şurasının sədri təyin edilib.[2][3]

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.[2][3]

Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Soydaşımız Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub". Zim.az. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  2. 1 2 3 4 "Rəhbərlik". mdi.gov.az (az.). 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  3. 1 2 3 "Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub". Apa.az (az.). 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  4. modern.az. "Mədət Quliyevin yeni müavini kimdir? - DOSYE". modern.az (az.). İstifadə tarixi: 2023-03-28.
  5. "V.V.Mustafayevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-19.