Vüqar Həşimov — Vikipediya

Vüqar Həşimov
Ölkə
Doğum tarixi 24 iyul 1986(1986-07-24)
Doğum yeri
Vəfat tarixi 11 yanvar 2014(2014-01-11) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Titulu qrosmeyster (2002)
Son reytinqi 2737 (yanvar 2014)
Maksimal reytinqi 2761 (yanvar 2012)
Ən yüksək reytinq yeri 6-cı (noyabr 2009)
FİDE nömrəsi 13400630
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vüqar Qasım oğlu Həşimov (24 iyul 1986, Bakı11 yanvar 2014, Heydelberq, Baden-Vürtemberq) — Azərbaycan şahmatçısı, qrosmeyster (2002).

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. Vüqar Həşimov 11 yanvar 2014-cü ildə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.[1] 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunmuş; o, həmin gün II Fəxri Xiyabanda dəfn edilmişdir.[2]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Vüqar Həşimov şahmatdan başqa məharətlə pianinoda da ifa edirdi. Poeziyanı sevirdi. Boş vaxtlarında Futbol və böyük tennislə məşğul olurdu. Vüqar Həşimov fenomen yaddaşı ilə dünya tarixini, coğrafiyasını, musiqisini, idmanını və 7-dən çox xarici dili mükəmməl bilirdi.[3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Vüqar Həşimov 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdir. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır. Dəfələrlə 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuşdur.[4]

2009-cu ildə məhz Qrossmeyster Vüqar Həşimov Azərbaycan Şahmat yığmasını Avropa çempionu etmişdir. 2009-cu ildə Çinin paytaxtı Pekində keçirilən Dünya İntellektual oyunlarının Rapid növündə gümüş medal, gözübağlı sürətli şahmat növündə isə bürünc medala sahib çıxmışdır. 2008-ci ildə Bakıda keçirilən Planetin I Qran Piri mərhələsində qızıl medala sahib olmuşdur.

27 dəfə Azərbaycan bayrağını dünya və avropa şahmat arenalarında yüksəkliklərdə dalğalandırmışdır.

Yarışlar[redaktə | mənbəni redaktə et]

Vüqar Həşimov 2011-ci ildə Rusiyanın Xanti-Maysiysk şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində mübarizəni dayandırıb.[5] Vüqar həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilmiş komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer alıb və 2009-cu ildə qazandıqları çempionat titulunu qoruya bilməyərək yarışı gümüş medalla başa vurublar.[6] Avropa Çempionatından təxminən bir ay sonra, dekabr ayında Vüqar Çinin paytaxtı Pekində keçirilən "SportAccord" Dünya İntellektual Oyunlarında iştirak edib. Bu oyunlarda rapid növündə gümüş medal qazanan Vüqar gözübağlı sürətli növdə bürünc medala sahib çıxıb.[7] Yarışın rəsmi saytı bütün iştirakçıların oxşarlarını açıqladıqları siyahıda Vüqar Həşimovun xasiyyətinə görə Ceki Çana oxşadığını qeyd edib.[8]

Xronologiya[redaktə | mənbəni redaktə et]

  • 1996/1998/1999/2000/2001/2009/2011-ci il – Slovakiya, Avstriya, Yunanıstan, Bakı, Serbiya–Avropa çempionu və vitse çempion
  • 1996/2000/2002-ci il – Ukrayna, Aluşta, İspaniya, Minorka dünya çempionatının vitse çempionu
  • 1996/1998/2005/2007/2011-ci il – Rumıniya, İspaniya, Afina, Əbu-Dabi, Monako beynəlxalq turnirlərinin qalibi
  • 1997-ci il – İstanbul "Zafer Haftesi" open turnirin qalibi
  • 1999-cu il – Rusiya, Moskva "Kasparov Kubokunun" qalibi
  • 1999-cu il – Beynəlxalq Usta
  • 2000-ci il – Ukrayna şahmat olimpiadasının qalibi
  • 2002-ci il – "Trip Lite və Best Comp Qrup" kubokunun qalibi
  • 2002-ci il – Qrossmeyster
  • 2004-cü il – Heydər Əliyevin xatirəsinə həsr edilmiş Sürətli şahmat turnirinin qalibi
  • 2005/2007/2008-ci il – Türkiyə, İstanbul şahmat festivalının qalibi
  • 2006/2007/2008-ci il – Fransa Kapella la Qrand open turnirinin qalibi
  • 2007-ci il – İspaniya, Barselona, Sanxenxo beynəlxalq turnirin qalibi
  • 2007-ci il – Yunanıstan, Krit adası Avropa komanda birinciliyi vitse çempion
  • 2007-ci il – Norveç, Tronso beynəlxalq turnir vitse çempion
  • 2007-ci il – Kuba, Havana kapablanka memorialının qalibi
  • 2007/2008/2010/2011 – İtaliya, Redjio Emiliya – beynəlxalq turnirin qalibi
  • 2008/2009-cu il – Rusiya Poykovskiy, Gibraltar Cəbəllütariq beynəlxalq turnirin qalibi
  • 2008-ci il – Almanya, Drezden şahmat olimpiadasanın vitse çempionu
  • 2009-cu il – Heydər Əliyevin 85 illiyinə həsr olunmuş FİDE-nin I Qrand-Prix Bakı turnirinin qalibi
  • 2009-cu il – İspaniya, Orenje sürətli şahmat üzrə avropa çempionu
  • 2009-cu il – Heydər Əliyevin xatirəsinə Prezident kuboku. Azərbaycan-FİDE dünya matçı
  • 2009-cu il – Azərbaycanın ən güclü idmançısı
  • 2009/2010/2011-ci il – İspaniya, Xorvatiya, Moldaviya, Almaniya, çempionu
  • 2009/2011-ci il – Almaniya, Maynz , Pekin, Çin rapid üzrə vitse çempionu
  • 2011-ci il – Dünya intellektual oyunlarının vitse çempionu

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2014-cü ilin aprel ayında, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilmişdir. Turnirdə Maqnus KarlsenFabiano KaruanaŞəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Sergey Karyakin, Hikaru Nakamura, Etiyen Bakrot, Vang Hao, Rauf Məmmmədov, Qədir Hüseynov, Pavel Elcanov, Rodoslav Voytaşek, Aleksander Motilev, Eltac Səfərli, Nicat Abbasov və Vasif Durarbəyli kimi şahmatçılar iştirak etmişdir.[9][10]

Növbəti illərdə də bu turnir ənənəvi olaraq keçirilməyə davam edir.

24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir.[11]

2016-cı ildə Bakıda Qrossmeyster Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlamışdır.[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 11 yanvar 2014. "Şahmatçı Vüqar Həşimov dünyasını dəyişdi" (azərb.). Lent.az. 2014-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2014.
  2. Vüqar Həşimov III Fəxri Xiyabanda dəfn ediləcək. Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine — qaynar.info
  3. "Vüqar Həşimov: Şahmatla musiqinin sintezi çox ideal alınır" (Azərbaycan). Apasport.az. 15.12.2011. 2020-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17.12.2020.
  4. "Reggio Emilio – Gashimov takes top honors on tiebreak" Arxivləşdirilib 2012-11-09 at the Wayback Machine. ChessBase.com. 07–01-2011.
  5. "Vüqar Həşimov dayandı, Teymur Rəcəbov şansını bu günə saxladı" (Azərbaycan). Apasport.az. 11.09.2011. 2020-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17.12.2020.
  6. "Milli komandamız Avropa çempionu titulunu qoruya bilmədi" (Azərbaycan). Apasport.az. 12.11.2011. 2020-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17.12.2020.
  7. "Qrossmeysterlərimiz Çindən 1 gümüş, 2 bürünclə qayıdırlar" (Azərbaycan). Apasport.az. 16.12.2011. 2020-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17.12.2020.
  8. "Ceki Çana oxşayan azərbaycanlı" (Azərbaycan). Apasport.az. 16.12.2011. 2020-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17.12.2020.
  9. "Tanınmış qrosmeyster Vüqar Həşimovun xatirəsi anılıb". www.azerbaijan-news.az. Archived from the original on 2023-01-22.
  10. "Vugar Gashimov Memorial to Start on Sunday". www.chess.com. Archived from the original on 2021-06-22.
  11. "Vüqar Həşimovun abidəsinin açılışı olub". KASPİ (azərb.). kaspi.az. 24.07.2014 - 15:52:00. 2015-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25.07.2014.
  12. "Bakıda Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasimi". azertag.az. Archived from the original on 2021-10-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]