Vüqar Camalzadə — Vikipediya

Vüqar Camalzadə
Camalzadə Vüqar Vaqif oğlu
Ümumi məlumatlar
Doğum tarixi 9 oktyabr 1974(1974-10-09) (49 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, aktyor
Musiqi aləti piano
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2015

Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015).

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda doğulub. Ailəlidir 2 övladı var.3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli sinfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər.

Azərbaycan Milli Konservatoriyasının dosentidir.

30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-musiqi tərtibatçısı, rol: Vüqar
  2. Atama deyərəm (film, 2006)
  3. Çətin yol (film, 2006)
  4. Dəvətnamə (film, 2003)
  5. Əlamət (film, 2006)
  6. Əziz dost (film, 2006)
  7. Hesab (film, 2006)
  8. İstanbul tətili (film, 2007)
  9. Koma 0,1 saniyədə (film, 2007)
  10. Qonşular (film, 2006)
  11. Mən evə qayıdıram (film, 2014)
  12. Məşədi İbad-94 (film, 2005)
  13. Məzə (film, 2006)
  14. Milçək (film, 2006)
  15. Nümunəvi şagird (film, 2006)
  16. Peşə (film, 2006)
  17. Rüşvət (film, 2006)
  18. Vərdiş (film, 2006)
  19. Aramızda qalsın (film, 2011-2013)(bədii serial)
  20. Qayınana (film, 2011)
  21. Bakı, mən səni sevirəm (film, 2015)
  22. Mən evə qayıdıram (film, 2013)
  23. Bəxt üzüyü 2 (film, 2017)
  24. Köhnə çamadanlar (film, 2022)

Teatr tamaşalarına musiqi[redaktə | mənbəni redaktə et]

Kukla teatrı üçün[redaktə | mənbəni redaktə et]

“7 nar çubuğu”-2019 “Don ki Xot Abşeronskiy”- 2019 “Məlikməmmədin nağılı”-2018 “Tıqtıq və Taqtakın nağılı”-2014 “Qırmızı Papağın nağılı”-2016 “Turpun nağılı”- 2017

Milli dram teatrı üçün[redaktə | mənbəni redaktə et]

“Qatarın altına atılmış qadın” tamaşasının musiqisi-2012

Heydər Əliyev Fondu üçün[redaktə | mənbəni redaktə et]

  • Uşaqların himni-2008
  • “Qış nağılı” tamaşası-2012

Fəlsəfə elmləri doktoru mövzusu[redaktə | mənbəni redaktə et]

“Azərbaycan bəstəkarlarının əsərlərində mərasim mövzusu”

Kitabları[redaktə | mənbəni redaktə et]

  • “Estrada-caz ansambl və orkestrləri üçün aranjiman”

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • “One day”-Narkomaniyaya qarşı proje-2014
  • Roya Ayxanla bigə 11 mahnı-2009
  • “Vüqar Camalzadənin mahnıları”-2002
  • “Klassiklərim”-2000
  • “Lirika”-1997

Proyektlər[redaktə | mənbəni redaktə et]

  • 2002-2011 illər “Yeni ulduz” musiqi yarışması
  • 2008 Azərbaycan ve Fransalı musiqiçilərlə birgə çalışma
  • 2012 “Eurovision” mahnı yarışmasının musiqi rəhbəri
  • 2013-Fransanın Kann şəhərində Azərbaycan günləri üçün Simfonik popuri
  • 2015 “The Voice” beynəlxalq proyektinin musiqi rəhbəri
  • 2019-2020 “The Voice Kids” beynəlxalq musiqi yarışmasının musiqi rəhbəri
  • 2020 Sosial müdafiə nazirliyinin “Bərabərik” əlil və populyar müğənni layihəsinin musiqi rəhbəri

İstinadlar[redaktə | mənbəni redaktə et]