Uzun bıçaqlar gecəsi — Vikipediya

Nasional sosializm
Əsas anlayışlar
İdeologiya
Tarix
Şəxslər
Təşkilatlar
Nasist partiyası və hərəkatı
Yaxın anlayışlar

"Uzun bıçaqlar gecəsi" (alm. Nacht der langen Messer‎), və ya Röm qiyamı (alm. Röhm-Putsch‎) — Adolf Hitlerin SA hücum qruplarının bəzi rəhbərlərinə qarşı 30 iyun 1934-cü ildə tutduğu divan. Əməliyyatın kod adı "Kolibri"dir (alm. Unternehmen Kolibri‎). Təzyiqin səbəbi Ernst Römün başçılıq etdiyi hücum dəstələrinin dövlət çevrilişinə hazırlıq etməsi şübhələrinin olması idi.