Unudulmuş qəhrəman (film, 2005) — Vikipediya

Unudulmuş qəhrəman
Janr sənədli film, tarixi film
Rejissor
Ssenari müəllifləri
Operator
İstehsalçılar Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Azərbaycanfilm
İlk baxış tarixi 2005
Müddət 46 dəq.
Ölkə
Dillər Azərbaycan dili, rus dili
Texniki məlumatlar 5 hissə
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Kiyev, Minsk, Moskva, Tula… Bu qəhrəman şəhərlər sırasında təəssüf ki, bizim Bakının adı çəkilmir.

Əslində Bakı neftçiləri müharibənin 1418 günü ərzində cəbhəni yanacaqla fasiləsiz təmin etmişdir. O dövrdə Sovet İttifaqında çıxarılan neftin 75 faizi Bakının payına düşürdü. Bu isə o deməkdir ki, hər 10 təyyarədən 7-i, hər 10 tankdan 7-i Bakı yanacağı ilə işləyirdi.

Film İkinci Dünya müharibəsi illərində qəhrəman Bakının və Bakı neftinin müharibə üçün böyük əhəmiyyətindən danışır. Bakı müharibə zamanı neft çatdırıb verməsəydi müharibədə qalib gəlmək xəyal olardı. Bu səbəbdən Hitlerin ən ümdə planlarından biri Bakını tutmaq və neft daşlarını ələ keçirmək idi. Hətta bu plandan xəbər tutan Stalin 1942-ci ildə Bakı mədənlərini partlatmaq üçün hazırlıq görülməsini əmr edir…

Film haqqında[redaktə | mənbəni redaktə et]

Filmdə Avropa bəstəkarların əsərlərindən istifadə edilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Quruluşçu rejissor: Eldar Quliyev
Aparıcı: Vasili Lanovoy
Ssenari müəllifi: Eldar Quliyev, Müsəllim Həsənov
Quruluşçu operator: Rafiq Quliyev
Montaj rejissoru: İqbal Məmmədəliyev
Rejissor: Akif Rüstəmov
Operator: Rəşad Nuriyev
Redaktor: Nadejda İsmayılova, Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi)
Musiqi redaktoru: Rauf Əliyev
Rejissor assistenti: Nonna Müzəffərova
Operator assistenti: Rasim Nəbiyev, Elman Əliyev, Orxan Məmmədov, Rasim Eyvazov, Ceyhun Quliyev
Mətni oxuyan: Eldəniz Rəsulov
Filmin direktoru: Vladimir Dudniçenko
Musiqilərindən istifadə edilən bəstəkar: Tofiq Quliyev ("Telefonçu Qız" bədii filminə yazdığı "Bakı" mahnısı), Üzeyir Hacıbəyov, Aqşin Əlizadə, Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Leonid Vaynşteyn

Çəkilişə köməklik edən qurumlar[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Kinofoto Sənədləri Arxivi
Azərbaycan Televiziyası

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]