Ulyana Lopatkina — Vikipediya

Ulyana Lopatkina
rus. Ульяна Лопаткина
Londonun "Kovent-Qarden" teatrının səhnəsində "Qu gölü" baletinin təzimi (2009)
Londonun "Kovent-Qarden" teatrının səhnəsində "Qu gölü" baletinin təzimi (2009)
Doğum tarixi (50 yaş)
Doğum yeri Kerç, Ukrayna Sovet Sosialist Respublikası Ukrayna SSR, SSRİ SSRİ
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Həyat yoldaşı Vladimir Kornev (20012010)
Uşağı Mariya (2002)
Atası Vyaçeslav İvanoviç
Anası Yelena Georgiyevna
Fəaliyyəti xoreoqraf, balerina, məşhur şəxs
Fəaliyyət illəri 19912017
uliana-lopatkina.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ulyana Vyaçeslavovna Lopatkina (rus. Ульяна Вячеславовна Лопаткина; 23 oktyabr 1973, Kerç, Krım vilayəti[d]) — rus balet artisti, Mariinski teatrının prima-balerinası (1995–2017). Rusiyanın xalq artisti (2006), Rusiya Dövlət Mükafatı laureatı (1999) və Rusiya Hökumətinin mükafatı laureatı (2015).

Həyatı[redaktə | mənbəni redaktə et]

Ulyana Vyaçeslavovna Lopatkina 23 oktyabr 1973-cü ildə Qara dəniz sahilindəki Kerç şəhərində anadan olmuşdur. Onun valideynləri Vyaçeslav İvanoviç və Yelena Georgiyevna müəllim idilər. Yevgeni adlı bir qardaşı da var. Uşaqlıqda rəqs dərnəklərində və idman gimnastikası bölməsində məşğul olmuşdur.

1991-ci ildə A. Vaqanova adına Rus Balet Akademiyasında professor Natalya Dudinskayanın sinfini bitirərək Mariinski teatrının balet truppasına qəbul olunmuşdur. 1995-ci ildə truppanın prima-balerinası seçilmişdir. 2000-ci ildə "Bayaderka" baletinin nümayişi zamanı topuq nahiyəsindən zədə almasına baxmayaraq, tamaşanı başa çatdıra bilmişdir. Aldığı zədə nəticəsində bir neçə il səhnədən uzaqlaşmaq məcburiyyətində qalmışdır. 2003-cü ilin fevralında balerina əməliyyat keçirmiş və yalnız bundan sonra yenidən səhnəyə qayıda bilmişdir.[1]

2013-cü ilin oktyabrında Nikolay Siskaridze Vaqanova adına Rus Balet Akademiyasına rektor vəzifəsinin müvəqqəti icraçısı kimi təyin edildikdən sonra, Rusiya Mədəniyyət Nazirliyi Ulyana Lopatkinanın akademiyanın bədii rəhbəri vəzifəsinə gətirilməsini təklif etmişdir. Lakin sonra akademiya ilə heç bir müqavilə imzalanmamışdır.[2][3]

Ulyana Lopatkina 16 iyun 2017-ci ildə rəsmi olaraq, rəqs karyerasının başa çatdığını elan edib.[4]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Rəssam, yazıçı və sahibkar Vladimir Kornevlə ailəli olmuşdur. Cütlük 5 iyul 2001-ci ildə ailə qurmuş, həmin ilin 25 iyulunda Vartemyagidə nikaha daxil olmuşlar. 24 may 2002-ci ildə onların qızı Mariya dünyaya gəlmişdir.[5] Cütlük 2010-cu ildə boşanıb.

Repertuar[redaktə | mənbəni redaktə et]

Ulyana Lopatkinanın "Şopeniana" baletindəki dueti, 2010-cu il.
  • "Pavlova və Çeketti", Con Noymayerin "Şelkunçik" baletindən fraqment
  • Ofeliya, Konstantin Sergeyevin "Hamlet" baletindən monoloq
  • "Jizel" (Jizel, Mirta)
  • Medora, "Korsar"
  • Sireni pərisi, "Yatmış gözəl"
  • Kitti, Pyotr Çaykovskinin "Anna Karenina" əsəri
  • Mariya Talyoni, Anton Dolinin "Pa-de-katr" baleti
  • Ölüm, "Qoyya-divertisment"
  • Nikiya, "Bayaderka"
  • OdettaOdilliya, "Qu gölü"
  • Klemans, Raymonda, "Raymonda"
  • Zobeida, "Şəhrizad"
  • Zarema, "Bağçasaray fəvvarəsi"
  • Məhin Banu, "Məhəbbət əfsanəsi"
  • Qız, "Leninqrad simfoniyası"
  • Pəri, "Pərinin öpüşü"

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • 1991 — Vaganova-Prix balet müsabiqəsinin laureatı (Rus balet Akademiyası, Sankt-Peterburq)
  • 1995 — "Qızıl sofit" mükafatı (ən yaxşı debüt)[6]
  • 1997 — "Qızıl maska" mükafatı
  • 1997 — "Rəqsin Benuası" mükafatı ("Korsar" baletində Medora partiyasının ifasına görə)
  • 1997 — "Baltika" mükafatı (1997; 2001)
  • 1998-ci ilin martı — London tənqidçilərinin Evening Standard mükafatı[1]
  • 1999 — Rusiya Dövlət mükafatı
  • 2000 — Rusiyanın əməkdar artisti
  • 2006 — Rusiyanın xalq artisti
  • 2015 — Rusiya Federasiyası Hökumətinin mükafatı
  • 9 noyabr 2015 — "Qızıl sofit" mükafatı ("Marqarita və Arman" baletində Marqarita partiyasının ifasına görə)[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "ВидеоДневник". 2011-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  2. "Цискаридзе: Учебный процесс в Академии русского балета идет нормально, а слухи и сплетни надоели". 2015-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  3. Ивлиев: вопрос о работе Лопаткиной в Академии Ваганова решится позже Arxivləşdirilib 2013-11-11 at the Wayback Machine // РИА Новости — 6 noyabr 2013
  4. "Ульяна Лопаткина сообщила о завершении танцевальной карьеры" (rus). www.mariinsky.ru. 2017-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.
  5. Елена Киселева. Ульяна Лопаткина родила дочь Arxivləşdirilib 2016-04-11 at the Wayback Machine // "Правда. Ру", 30 may 2002
  6. "Золотой софит 1995". Сайт премии «Золотой софит». 2016-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
  7. "Золотой софит 2015". Сайт премии «Золотой софит». 2018-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Л. Абызова. Ульяна Лопаткина // Звезды петербургской сцены / Б. Поюровский. — М.: АСТ-Пресс Книга, 2003. — С. 131–152. — 256 с. — (Выдающиеся мастера). — 5000 экз. — ISBN 5-7805-0996-4.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Müsahibə