Ultrabənövşəyi spektroskopiya — Vikipediya

Ultrabənövşəyi (UF) (elektron) spektroskopiya — (UF-spektroskopiya, ing. near-infrared spectroscopy, NIR) optik spektroskopiyanın bölməsidir, üzvi və qeyri-üzvi birləşmələrin tədqiqatının ən yayılmış fiziki-kimyəvi metodlarından biridir. Ultrabənövşəyi spektroskopiya ultrabənövşəyi sahədə udulma, əks etmə spektrlərinin alınmasını, tədqiqatını və istifadə olunmasını özündə əks etdirir. Üzvi molekulların elektronlarını əsas vəziyyətdən həyəcanlandırılmış vəziyyətə keçirmək üçündür(bağlayıcı orbitaldan yumşaldıcı orbitala). Spektrin ultrabənövşəyi və görünən diapazonunun fotonlarının enerjisi kifayət qədər yüksəkdir (1,7–100 eV və ya təxminən 100-dən 730 nm-a qədər).

İş prinsipi[redaktə | mənbəni redaktə et]

Uliyam Koblenz

Bütün üzvi maddələr ultrabənövşəyi sahədə udulur. Bir qayda olaraq, "işçi" sahə intervalı 190–730 nm təşkil edir, əsasən 200-dən 380 nm-a qədər. Prizma və küvetin istehsalı üçün bu sahələrdə optik materiallar şəffafdır. 190 nm-dən (ultrabənövşəyi vakuum) az olan dalğa uzunluğu iş üçün əlverişsizdir, çünki bu sahədə havanın komponentləri olan oksigen və azotu udur. Bu səbəbdən iş üçün xüsusi vakuum kameraları istifadə olunur, bu isə laboratoriya təcrübəsini çətinləşdirir, ancaq tez-tez elə olur ki, qadağan edilmiş zonanın böyük ölçülü dielektriklərinin tədqiqatı əvəzolunmaz olur. Tədqiqatı aparmaq üçün bu aparata lazım olan maddənin miqdarı kiçikdir — təxminən 0,1 mq.

Karbohidrogenlərin ultrabənövşəyi spektroskopiyası[redaktə | mənbəni redaktə et]

Ultrabənövşəyi spektroskopiya ultrabənövşəyi sahədə karbohidrogenlərin spektrlərini öyrənir. Analitik tədqiqat üçün ultrabənövşəyi şüanın diapazonu (2000–4000A) arasında olur. Karbohidrogenlərin quruluşu və tərkibinin öyrənilməsi üçün onların udulma spektrləri ultrabənövşəyi və infraqırmızı sahələrdə təyin edilir. Aromatik birləşmələrin analizləri üçün ultrabənövşəyi spektroskopiya daha vacibdir. Bu yolla, benzolu, toluolu, parafinləri, naftenləri və olefinləri müəyyən etmək olar. Ultrabənövşəyi spektroskopiyanın tətbiq edilmə sahəsi əsas aromatik karbohidrogenlərlə məhdudlaşırdı, lakin son illər ərzində yeni aromatik polimerlərin və özündə ikiqat rabitə saxlayan polimerlərin sintezinin inkişafıyla əlaqədar genişlənib. Analitik məsələlərin həlli vaxtı ultrabənövşəyi spektroskopiya metodunun əsas üstünlükləri, karbohidrogenlərin identifikasiyasında yüksək həssaslığı, dəqiqliyi və analizin sürətinin yüksəkliyi , həmçinin eksperimental metodikanın və apparaturanın sadəliyi, tədqiqat üçün tələb edilən maddənin az miqdarının kifayət olmasındadır. Bu metodun çatışmazlığı bəzi hallarda onun analitik tədqiqatlarda istifadə imkanının məhdud olmasıdır, buna bəzən spektrlərin üst-üstə düşməsini və onların kifayət qədər seçicilik qabiliyyətinin olmamasını aid etmək olar. Karbohidrogenlərin qarışıqlarının identifikasiyasının keyfiyyət və kəmiyyət analizi üçün, ultrabənövşəyi spektrlərin udulmasının tətbiq edilmə sahəsi əsas aromatik karbohidrogenlərlə məhdudlaşdırılmışdır, çünki yalnız bunlar kifayət qədər xarakterik spektrlərə malikdirlər. Ultrabənövşəyi spektroskopiyanın köməyi ilə fərdi aromatik karbohidrogenləri, naftalin karbohidrogenlərinin cəmi, ayrıca naftalin və metilnaftalin izomerləri müəyyən edilir. Bu analitik metoddan həm fenolların, həm benzində tio-fenolların (dalğa uzunluğu 290 və 265 nm sahəsində) təyini üçün istifadə edilir. Ultrabənövşəyi spektroskopiyanın köməyi ilə bir, iki və çox halqalı aromatik karbohidrogenlərə dair məlumatlar əldə etmək olar.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Столяров К.П. Химческий анализ в ультрафиолетовых лучах.М-Л.1965
  • ЗайдельА.Н., ОстровскаяГ.В., ОстровскийЮ.И.,Техника и практика спектроскопии. 2 изд.М.1976