Uldis Berzinş — Vikipediya

Uldis Berzinş
latış. Uldis Bērziņš
Doğum tarixi 17 may 1944(1944-05-17)[1]
Doğum yeri
Vəfat tarixi 24 mart 2021(2021-03-24)[2] (76 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti dilçi, şair, tərcüməçi, yazıçı, siyasətçi
Fəaliyyət illəri 1980–2021
Əsərlərinin dili Latış dili, isveç dili

Uldis Berzinş (latış. Uldis Bērziņš‎; 17 may 1944[1], Riqa[1]24 mart 2021[2], Riqa) — latış şair və tərcüməçi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Uldis Berzinş 1944-cü il may ayının 17-də Latviyanın paytaxtı Riqa şəhərində anadan olub. Latviya Universitetində latış filologiyasını öyrənib. İlk şeirlər toplusu 1980-ci ildə işıq üzü görüb. 1968–1971-ci illərdə Leninqrad Universitetinin Şərqşünaslıq kafedrasında türk dilini öyrənib. Moskva Dövlət Universitetinin Şərqşünaslıq və afrikaşünaslıq şöbəsində (fars və türk dilləri) təhsil alıb. Daşkənd Dövlət Universitetində (özbək dili üzrə), Reykyavik Universitetində (island dili üzrə), eləcə də Çexoslovakiyanın, İsveçin və digər ölkələrin universitetlərində oxuyub.

Polyak, rus, qədim island, türk, azərbaycan, türkmən, fars, qədim yəhudi, ərəb dillərindən tərcümələr edir, ivriti, tatarçuvaş dillərini bilir.

Berzinş İncilin tərcüməsi məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən beynəlxalq seminarda, Quranın tərcüməsi məsələlərinə dair Lund universitetində təşkil olunan forumda iştirak edib. 2002-ci ildən Latviya Universitetinin müasir dillər fakültəsində türk dilini tədris edir.

Uldis Berzinş incil kitabları olan İovanın kitabı, Psaltiri, Solomonun pritçalar kitabını, Ekklesisastın kitabını latış dilinə tərcümə edib. 2009-cu ildə Quranın 15 ildir ki, üzərində işlədiyi tərcüməsini tamamlayıb və kitab 2011-ci ildə nəşr olunub.

Berzinşin şeirləri alman, isveç, eston, litva, çex, ingilis, island, bolqar, Azərbaycanukrayna dillərinə tərcümə olunub.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Zinaida Lazda mükafatı (1994)
  • Üç ulduz ordeni (1995)
  • Baltik assambleyası mükafatı (1995)
  • Spidola mükafatı (2000).

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Piemineklis kazai. R.: Liesma (1980)
  • Poētisms baltkrievs. R.: Liesma (1984)
  • Nenotikušie atentāti. R.: Liesma (1990)
  • Parasts akmens. (1992)
  • Kukaiņu soļi. Raiņa un Aspazijas fonds (1994)
  • Laiks/ Y.Kronberqslə birgə. R.: Zinātne (1994)
  • Daugavmala. R.: Nordik (1999)
  • Nozagtie velosipēdi. R.: Minerva (1999)
  • Maijs debešos. R.: Preses nams (2002)
  • Synpunkt pa evigheten. (isveçcə; 2004)
  • Dzeja. R.: Artava (1995)
  • Dzeja. R.: Atēna (2004)

Tərcümələri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #135513006 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Mūžībā devies dzejnieks Uldis Bērziņš (латыш.).