Vilyam Petti — Vikipediya

Vilyam Petti
ing. William Petty
Doğum tarixi 26 may 1623(1623-05-26)[1][2][…]
Vəfat tarixi 16 dekabr 1687(1687-12-16)[2][3][…] (64 yaşında)
Vəfat yeri
Uşaqları 3
Elm sahəsi İqtisadi nəzəriyyə
İş yeri
Təhsili
Tanınır statistik, demoqraf, klassik siyasi iqtisadiyyatı başlayanlardan biri
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Petti (ing. William Petty; 26 may 1623[1][2][…]16 dekabr 1687[2][3][…], London[4]) — ingilis iqtisadçısı, xırda sənətkar ailəsində doğulmuş, Leyden,Paris, Oksford universitetlərində tibb təhsili almış, 1647-ci ildə surət çıxaran maşın icaq etmiş, 1649-cu ildə fizika elmləri doktoru, 1651-ci ildə isə anatomiya və musiqi professoru olmuşdur.[5] 1659-cu ildə İngiltərədə II Karlın məsləhətçisi seçildi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Burjuaziyanın mənafeyinə xidmət edən Petti menkartilistlərdən fərqli olaraq, var-dövlətin mənbəyini tədavüldə deyil, istehsalda görürdü. O, izafi dəyərin yaranma mənbəyini izah etməyə çalışaraq, ümumi izafi dəyər kimi rentanı göstərirdi. Rentanın növləri kimi torpaq rentası, pul rentası və diferensial rentanı fərqləndirirdi. O, hesab edirdi ki, əmək haqqının yüksəldilməsi kapitalistə ziyandır və əmək haqqı fəhlənin minimum yaşayışını təmin etməlidir. O, burjuaziya cəmiyyətini təbii və əbədi hesab edirdi.

Vilyam Pettinin əsərləri içərisində 1662-ci ildə nəşr olunmuş "Vergilər və rüsumlar haqqında traktat" kitabı xüsusi qeyd olunur. Sonrakı illərdə alimin "Siyasi hesab"(1690), "Mütəfəkkirin dastanı(1691), "İrlandiyanın siyasi anatomiyası" (1691), "Pulların müxtəlifliyi"(1695), kitabları nəşr olunmuşdur. Onun iqtisad elminə daha böyük töhfəsi isə milli sərvətin və vergiqoyma üçün lazımi bazanın müəyyən edilməsi yolu ilə milli gəlirin qiymətləndirilməsinə xidmət edən "Siyasi hesab" adlı əsəridir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 2,2 2,3 Lundy D. R. William Petty // The Peerage (ing.).
  3. 3,0 3,1 William Petty // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  4. 4,0 4,1 Петти Уильям // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. "Sir William Petty" (ingilis). britannica.com. 2015-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust, 2014.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]