Uilks Torpağı krateri — Vikipediya

Uilks Torpağı krateri
Kraterin diametri 500 km
Region Antarktika Müqaviləsi sahəsi[d]
Uilks Torpağı krateri xəritədə
Uilks Torpağı krateri
Uilks Torpağı krateri


Uilks Torpağı krateriAntarktidanın Uilks Torpağında buzlağın altında yerləşən diametri 500 km olan nəhəng meteorit krateri.

Bu bölgədə nəhəng kraterin olması fikiri hələ 1962-ci ildə irəli sürülmüşdür. Ancaq GRACE araşdırmalarına qədər bunu təstiqləmək mümkün olmamışdır[1].

2006-ci ildə Rafl fon Freze (Ralph von Frese) və Leremi Potsun (Laramie Potts) rəhbərlik etdiyi GRACE peykindən edilən çəkilişlər zamanı diametri təxmini olaraq 300 km olan halqa aşkarlanır. 2009-cı il araşdırmaları bunun həqiqətəndə zərbə krateri olması təstiqlənmişdir[2].

Buzun altında yerləşməsi ilə əlaqədar onun haqqında hansısa məlumat yoxdur. Bunun zərbə krateri olması təstiqlənsə onda Çiksulub kraterindən 6 dəfə böyük olan zərbə krateri kimi təstiqlənəcəkdir.

Belə fikir vardır ki, 250 mln il öncə baş vermiş perm nəslikəsilə hadisəsinin səbəbkarı bu krater olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. No giant meteorite crater in Wilkes Land, Antarctica[ölü keçid].
  2. GRACE gravity evidence for an impact basin in Wilkes Land, Antarctica Arxivləşdirilib 2012-03-22 at the Wayback Machine.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]