UEFA Avro 1972 — Vikipediya

UEFA Avro 1972
Yarış məlumatları
Ev sahibi Belçika Belçika
Tarix 14–18 iyun 1972
Başlama tarixi 14 iyun 1972
Bitmə tarixi 18 iyun 1972
Komanda sayı 4
Yekun nəticəsi
Çempion  Almaniya
İkinci  SSRİ
Üçüncü yer  Belçika
Dördüncü yer  Macarıstan
Yarış statistikası
Oyun sayı 4
Qol sayı 10 (matç başına: 2.5)
Tamaşaçı sayı 121880 matç başına: 30470
Mükafat sahibləri
Bombardir(lər) Almaniya Gerd Müller (4 qol)
1968
1976
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

UEFA Avro 1972 — final turniri 1972-ci il 14–18 iyun tarixində Belçikanın Brüssel, Lyej və Antverpen şəhərlərində keçirilən futbol yarışı.

Bu çempionatın qalibi adına AFR millisi layiq görülmüşdür. Finalda AFR SSRİ millisini 3 : 0 hesabı ilə məğlub etmişdir.

1/2 oyunları, üçüncü yer uğurunda oyun və final oyunu UEFA-nın əvvəlcədən elan etdiyi ölkədə — Belçikada oynanılmışdır. Belçika millisi bu çempionatda heç bir imtiyaza sahib deyildi və digər komandalar kimi turnirin seçmə mərhələsinə qatılmışdı.

Seçmə mərhələsi oyunlarından öncə pley-off sistemində qalibin müəyyən edilməsi ilə bağlı UEFA tərəfindən vacib qərar qəbul olunmuşdur. Bu qərardan sonra pley-off mərhələsində hər iki oyunun nəticəsinin cəminə görə (əlavə vaxt da nəzərə alınmaqla) qalibi müəyyənləşdirmək mümkün olmadıqda, püşkatma keçirilməsinə deyil, 11 metrlik cərimə zərbələri təyin edilməsinə başlanmışdır. Belə bir qərarın qəbuluna ilk növbədə UEFA Avro 1968-də SSRİ millisinin püşkatmadan (dəmir pul atmaq) sonra finala adlaya bilməməsi səbəb olmuşdur.

Eləcə də bu çempionatdan başlayaraq hər komandaya oyun ərzində iki oyunçu dəyişikliyi etməyə icazə verilmişdir.

İştirakçılar[redaktə | mənbəni redaktə et]

Şəhərlər və stadionlar[redaktə | mənbəni redaktə et]

Brüssel Lyej Brüssel Antverpen
Eyzel Stad Moris Düfran Stad Emil Verse Bosuil
50°53′45″ şm. e. 4°20′03″ ş. u. 50°36′35″ şm. e. 5°32′36″ ş. u. 50°50′03″ şm. e. 4°17′54″ ş. u. 51°13′56″ şm. e. 4°28′19″ ş. u.
Tutumu: 50 000 Tutumu: 31 000 Tutumu: 28 000 Tutumu: 20 000
UEFA Avro 1972, Belçika

Seçmə mərhələsi oyunları[redaktə | mənbəni redaktə et]

Komandaların heyətləri[redaktə | mənbəni redaktə et]

Final turniri[redaktə | mənbəni redaktə et]

Yarımfinal Final
14 iyun. Antverpen
  Belçika  1  
  Almaniya  2  
 
18 iyun. Brüssel
      Almaniya  3
    SSRİ  0
Üçüncü yer uğrunda oyun
14 iyun. Brüssel 17 iyun. Lyej
  Macarıstan  0   Macarıstan  1
  SSRİ  1     Belçika  2

1/2 final[redaktə | mənbəni redaktə et]

14 iyun 1972
20:00
Belçika  1 : 2
Hesabat
 Almaniya
Odilon Pollönis Qol 84' Qollar Müller Qol 24'71'
Bosuil, Antverpen
Tamaşaçı: 55 669
Hakim: Şotlandiya Uilyam Mallen
Heyətlər:
Belçika: Pio, Eylens, Dolmans, Tissen, Van den Dael, Doks, Martens (Pollenis, 70), Semmelinq, Lamber, Van Himst, Y. Ferheyn.
AFR: Mayer, Höttges, Braytner, Şvartsenbek, Bekkenbauer, Vimmer, Haynkes, U. Höness (Qrabovski, 59), G. Müller, Netser, E. Kremers.

14 iyun 1972
20:00
Macarıstan  0 : 1
Hesabat
 SSRİ
Qollar Konkov Qol 53'
Stad Emil Verse, Brüssel
Tamaşaçı: 16 590
Hakim: Şərqi Almaniya Rudi Qlökner
Heyətlər:
Macarıstan: Getsi, Fabian, Pançiç, Balint, P. Yuhas, İ. Yuhas, L. Koçiş (Albert, 60), Kyu, Seke, Bene (A. Dunai, 60), Zambo.
SSRİ: Rudakov, Dzodzuaşvili, Xurtsilava, Kapliçnı, İstomin, Konkov, Troşkin, Kolotov, Baydaçnı, Banişevski (Nodiya, 68), Onişenko.
Qeyd: Zambo 11 metrlik zərbəni qeyri-dəqiq yerinə yetirib (84, qapıçı).

3-cü yer uğrunda oyun[redaktə | mənbəni redaktə et]

17 iyun 1972
Macarıstan  1 : 2
Hesabat
 Belçika
Kyu Qol 53' (pen.) Qollar Lambert Qol 24'
van Himst Qol 28'
Stad Moris Düfran, Lyej
Tamaşaçı: 6 184
Hakim: İsveç Eynar Boström
Heyətlər:
Macarıstan: Getsi, Fabian, Pançiç, Balint, P.Yuhas, İ.Yuhas, Kozma, Albert, Kyu, A.Dunai, Zambo (Syuç, 46)
Belçika: Pio, Eylens, Van den Dael, Tissen, Dolmans, Doks, Pollenis, Semmelinq, Lamber, Van Himst, Y.Ferheyn

Final[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: UEFA Avro 1972 finalı
18 iyun 1972
Almaniya  3 : 0
Hesabat
 SSRİ
Müller Qol 27'58'
Vimmer Qol 52'
Qollar
Eyzel, Brüssel
Tamaşaçı: 43 437
Hakim: Avstriya Ferdinand Marşall
Heyətlər:
AFR: Mayer, Höttges, Braytner, Şvartsenbek, Bekkenbauer (k), Vimmer, Haynkes, U.Höness, G.Müller, Netser, E.Kremers.
SSRİ: Rudakov, Dzodzuaşvili, Xurtsilava (k), Kapliçnı, İstomin, Konkov (Dolmatov, 46), Troşkin, Kolotov, Baydaçnı, Banişevski (Kozinkeviç, 63), Onişenko
Avropa çempionu
1972
 Almaniya
Birinci titul

Bombardirlər[redaktə | mənbəni redaktə et]

4 top

1 top:

Simvolik yığma komanda[redaktə | mənbəni redaktə et]

Mənbə: UEFA[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "UEFA Avro 1972". 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]