Uçuş simulyatoru — Vikipediya

Aviasiya (pilotaj) trenajoru — pilotların yerüstü hazırlığı üçün nəzərdə tutulmuş uçuş simulyatorudur. Aviasiya trenajorunda trenajorun hesablama kompleksinin proqram təminatında həyata keçirilən xüsusi modellərin köməyi ilə aparat-proqram kompleksi vasitəsilə, uçuş dinamikası və hava gəmisi (HG) sistemlərinin işi imitasiya olunur.

İlk trenajor. Edvin link, 1930

Pilotların hazırlanması[redaktə | mənbəni redaktə et]

Aviasiya trenajorunda pilotların hazırlanması — HG-nin təhlükəsiz istismarının təmin edilməsinin ən mühüm elementlərindən biridir. Bu, insan amilinin mənfi təsirini minimuma endirməyə imkan verir, yəni təyyarə heyətinin səhv hərəkətləri ehtimalını minimuma endirməyə imkan verir. Trenajor hazırlığının aktuallığı insan amilinin aviasiya qəzalarının əsas səbəbi olmağa davam etməsi səbəbindən sabit bir yüksəliş tendensiyasına malikdir. Bundan əlavə, EHM-in hesablama gücünün sürətlə artması müasir aviasiya trenajorlarını elə inkişaf səviyyəsinə çatdırmağa imkan verib ki, trenajorlarda pilotların hazırlanması real təyyarədə hazırlıqdan daha effektivdir[1]. Aviasiya trenajorlarının bu cür effektivliyi onların yüksək hazırlıq intensivliyinin təmin edilməsi imkanları ilə şərtlənir. Belə ki, əgər real uçuşda ekipaj konkret təlim tapşırıqlarının yerinə yetirilməsilə bağlı olmayan, məsələn, uzun müddətli "qutu üzrə uçuş", hündürlüyün yığılması, zonaya uçuş və s. yerinə yetirilməsilə bağlı gündəlik əməliyyatların yerinə yetirilməsinə əhəmiyyətli vaxt ayırmalıdırsa, trenajorda isə xüsusi proqram təminatı uçuş şəraitini, havanı, coğrafi mövqeyi, təhlil və təkrarlama üçün tapşırığın yerinə yetirilməsini dayandırmağa və s. imkan verir. Həmçinin trenajorda ştatdankənar vəziyyətlərdə hərəkətlərin tətbiqini məhdudiyyətsiz yerinə yetirmək olar, hansılardan ki, bəziləri real uçuşda işləmək üçün təhlükəlidir, və ya ümumiyyətlə onların real uçuşda işlənməsi qadağandır. Bundan əlavə, aviatrenajerlərdə pilotların hazırlanması iqtisadi baxımdan sərfəlidir (müasir trenajorların yüksək qiymətinə baxmayaraq, hava gəminin öz qiymətinə yaxınlaşır)[2].

Trenajor hazırlığının zəruriliyi hamı tərəfindən qəbul edilsə də, o, hava gəmilərinin modellərinin kifayət qədər adekvat olmamagilə yanlış bacariqlar aşılamaq imkanı ilə bağlı potensial təhlükə daşıyır. Təyyarə qəzasına gətirib çıxaran trenajorda yanlış bacarıqin aşılanması nümunəsi Nyu-Yorkda A300 təyyarəsinin fəlakətidir.

Son bir neçə on illikdə dünya təcrübəsində yalançı bacarıqların aşılanması ehtimalını istisna etmək üçün, trenajorların yaradılması və ixtisas sınaqları prosesini tənzimləyən xüsusi ətraflı standartlar hazırlanmışdır. İndi beynəlxalq standartların ən yüksək səviyyəsinə görə sertifikatlaşdırılmış trenajorlar (JAR-FSTD üzrə Level D və ya İCAO 9625 üzrə Level VII) real uçuşun simulyasiyasının elə yüksək dərəcəsinə malikdirlər ki, onlar ikinci pilotların yeni bir təyyarə növü üçün trenajor hazırlığı kursunu ixrac proqramını yerinə yetirmədən birbaşa kommersiya məqsədli bitirməsinə imkan verir[3].

Müasir aviatrenajorlar həmçinin tədqiqat məqsədləri üçün, məsələn, istismar məhdudiyyətlərindən kənara çıxarkən uçuş heyətinin fəaliyyətini təkmilləşdirmək üçün (hücumun böyük bucaqlarına çıxış, mürəkkəb məkan mövqelərindən çıxış və s.) tətbiq olunurlar[4].

Hərbi aviasiyada Aviasiya trenajorları xüsusi dəyər kəsb edir, çünki onlar praktiki olaraq məhdudiyyətsiz real döyüş şəraitini təqlid etməyə imkan verir.

Təsnifatı[redaktə | mənbəni redaktə et]

Aviasiya trenajorları üç əsas qrupa bölünə bilər:

  • Taktik trenajorlar (Full Mission Simulator)
  • Kompleks trenajorlar (Full flight simulator)
  • Prosedur trenajorları (Flight Procedures Training Device)

Mülki Aviasiya pilotlarının hazırlanması üzrə müasir təcrübədə kompleks və prosedur trenajorları daha geniş yayılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Causes of Fatal Accidents by Decade (percentage)". PlaneCrashInfo.com. 01-01-2010. 2013-02-11 tarixində arxivləşdirilib.
  2. Sənədli film. ""Nyu-Yorkda hava qəzası" [[İngilis dili|ing.]] Plane Crash in Queens". National Geographic. 2012-06-30 tarixində arxivləşdirilib.
  3. "SUPRA layihə konsorsiumunun texniki isclası". Mətbuat şərhi. 20-09-2011. 2012-06-18 tarixində arxivləşdirilib.
  4. Byuşqens А. Q. "Dünya standartları yolunda Rusiya təlim bazarı". Agentlik AviPort. 20-01-2012. 2012-06-18 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]