Tuzla adası — Vikipediya

Tuzla adası
ukr. Тузла, krımtat. Тузла
Ümumi məlumatlar
Sahəsi 3,5 km²
Uzunluğu
  • 6,7 km
Eni 0,7 km
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
45°16′06″ şm. e. 36°33′00″ ş. u.
Ölkə  Ukrayna
Akvatoriya
Tuzla adası xəritədə
Tuzla adası
Tuzla adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tuzla adası[1] (krımtat. Tuzla, Тузла, ukr. Тузла, türkcə. tuz "duz", türk., qıpçak. tuzlu "duzlu") — qumdan təşkil olunmuş, sahəsi 3,5 km² təşkil edən ada. Adanın uzunluğu 5 - 6,5 km, eni isə 0,5 km təşkil edir. Kerç boğazı, Azov dənizi, Kerç yarımadası ilə Taman yarımadası arasında yerləşir. 2003-cü ildə Rusiya ilə Ukrayna arasında ada ilə əlaqədar yaranan konfliktdən sonra məşhurlaşmışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

2,5 min il öncə adanın yerləşdiyi sahillərdə suyun səviyəsi 4 metr aşağı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, adanın sahəsi indikindən dəfələrlə böyük və Taman yarımadasına birləşik olmuşdur.

Tuzla dili Kerç boğazında olan axınların hesabına təqdicən formalaşırdı. XVII əsr xəritələrinə baxdıqda dilin dəfələrlə formasını dəyişdiyni müşahidə etmək olar. Hətta bir necə adaya ayrılması belə olmuşdur. Bəzi dövrlərdə isə Taman yarımadasına birləşmişdir. Buna bənzər proseslər XIX əsrdə də davam etmişdir.

20-ci əsrin əvvəlində adanın dağılmış hissəsi fırtınalarla doldurulmuşdur[2][3].

Müasir ada Tuzla dilindən formalaşmışdır. 29 noyabr[4] 1925-ci ildə güçlü fırtına zamanı ada ilə dil arasında keçid əmələ gəlmişdir. İlk əvvəllər bu keçid 300 metr, 1926-cı ildə isə dil istiqamətində genişlənərək 940 metr olmuşdur[5]. 1993-cü il ölçmələrinə görə bu hissədə maksimal dərinlik 3.1 m, orta dərinlik 1,2 m, minimal isə 0,3 metr təşkil edir. Bu boğazın eni 4,1 km idi.

7 yanvar 1941-ci ildə RSFSR Ali Sovetinin qərarı ilə ada Krım MSSR ərazisinə qatılmışdır. 19 fevral 1954-cü ildə növbəti qərarla isə Krım vilayəti Ukrayna SSR[6] ərazisinə verilir. 29 sentyabr 2003-cü ildə Krasnodar vilayətinin rəhbərliyi Taman yarımadasından Tuzla dili istiqamətdə bənd inşa etməyə başlayır. Bu isə iki ölkə arasında münasibətlərin gərginləşməsi ilə nəticələnir. Rusiyanın bu addımında hədəf Azov dənizində iki ölkə rasında dəniz sərhədlərinin təyinində divident əldə etməsi olur.

23 oktyabr 2003-cü ildə dövlət sərhəddinə 102 metr qalmış damba inşa işləri dayandırılır[7]. həmin ilin dekabrında isə Vladimir Putin və Leonid Kuçma «azov dənizi və Kerç boağından itifadədə əməkdaşlıq anlaşmasını» imzalayırlar[8]. Münaqişədən sonra Krım MR Ali soveti 2003-cü ilin oktyabrında adada yeni yaşayış məntəqəsi salmaq qərarına gəlir. Ancaq 6 sentyabr 2006-cı ildən isə bundan imtina edir[9].

Balıqçı qəsəbəsi

12 iyul 2012-ci ildə Yaltada Ukrayna və Rusiya prezidentləri Rusiya Federasiyası ilə Ukrayna arasındakı dəniz sərhədinin gələcək delimitasiyası haqqında birgə bəyanat imzalayıblar[10][11][12][13]

Krımın Rusiya tərəfindən işğalından sonra 21 mart 2014-cü ildə Krım və Sevastopol Rusiyaya birləşdirilir. Bundan sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov Rusiya Ukrayna ilə Kerç məsələsində hansısa danışıq pridmetini görmədiyini bəyan etmişdir[14][15].

1 oktybr 2015-ci ildə ada materiklə işçi körpüsü vastəsi ilə birləşdirilmişdir[16]

Ekologiya[redaktə | mənbəni redaktə et]

Adanın lanşaftı.
Adanı qoruma qurğuları.

Güclü fırtınalar zamanı adanın böyük hissəsi suyun altında qalır. Adanın cənub hissəsi isə daha çox zərər görür. Son beş ildə burada yarım km ərazi itirilmişdir. Bu səbəbdən burada sahil bərkitmə işləri aparılır[17].

Tuzla hqqında filmlər[redaktə | mənbəni redaktə et]

  • «Tuzla. Xəzinələr adası». Sənədli film, müəllifi Pavel Qriqoriyeviç Şeremet, 2003.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Травников А. И. Коса Тузла: перечисленная территория. Изд. Краснодарские Известия. Краснодар. 1997.
  • Травников А. И. Коса Тузла и стратегические интересы России. Изд. Феникс, Ростов на Дону, 2005.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Словарь имён собственных
  2. "Керченский пролив уже перегородили". Керчь - это мой город. 2017-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  3. "Историко-культурный заповедник «Керченская крепость» - Путешествия по Крыму". sites.google.com. 2020-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  4. "А. А. Пасынков. К вопросу о литодинамических процесса в Керченском проливе и в районе острова Коса Тузла. Геология и полезные ископаемые мирового океана". 2019-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29.
  5. Dmitry Ya. Fashchuk. Marine Ecological Geography: Theory and Experience. 2011
  6. "Делимитация российско-украинской границы в Керченском проливе". 2018-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29.
  7. "Украина: Дамба в Керченском проливе вредит экологии". Росбалт. 14.03.2005. 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
  8. "YTPO.ru — ежедневная e-газета". 2006-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29.
  9. «Крымчане не хотят остров Тузла (Украина)» Arxivləşdirilib 2018-06-25 at the Wayback Machine — Регнум (07.09.2006)
  10. Совместное заявление Президентов России и Украины по вопросам делимитации морских пространств в Азовском и Чёрном морях, а также в Керченском проливе
  11. Совместное заявление Президентов Украины и России по вопросам делимитации морских пространств в Азовском и Чёрном морях, а также в Керченском проливе
  12. "Россия и Украина договорились о морской границе". 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29.
  13. «Путин и Янукович поделили море» Arxivləşdirilib 2013-12-28 at the Wayback Machine — Рамблер (13.07.2012)
  14. "Стенограмма 349 (внеочередного) заседания Совета Федерации" (PDF). 2014-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-29.
  15. "Лавров: Керченский пролив больше не может являться предметом переговоров с Украиной". ТАСС. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
  16. "Завершено строительство первого рабочего моста в Керченском проливе". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29.
  17. «Из-за размыва косы Тузла уже потеряно 15 гектаров украинской территории» Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine — Регнум (26.06.2007)

Topoqrafik xəritələr[redaktə | mənbəni redaktə et]