Turar Rıskulov — Vikipediya

Turar Rıskulov
Qazaxca:Тұрар Рысқұлов
Rusca:Турар Рыскулович Рыскулов
1 avqust 1922 – 15 sentyabr 1924
Şəxsi məlumatlar
Doğum tarixi 26 dekabr 1894(1894-12-26)
Doğum yeri
Vəfat tarixi 10 fevral 1938(1938-02-10)[1] (43 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d][2]
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Turar Rıskulov (26 dekabr 1894, Vernı qəzası[d], Yeddisu vilayəti, Rusiya imperiyası10 fevral 1938[1], Moskva) — qazax ictimai-siyasi xadim, Türkistan Muxtar Sovet Sosialist Respublikasının səhiyyə naziri, Türkistan Muxtar Sovet Sosialist Respublikasının sədri.[3]

Həyatı[redaktə | mənbəni redaktə et]

Turar 1894-cü il dekabrın 26-da Semreç vilayətinin Besaqaş aulunda Dulat tayfasından olan Rıskul Jılkaydar ulunun, yəni Jılkaydar oğlunun ailəsində dünyaya göz açmışdır.

Turarın atası Rıskul Jılkaydar ulu haqqını tələb etdiyinə görə onun hərəkatını hökumətə qarşı çıxmaq kimi qiymətləndiriblər. 1904-cü ildə onu 10 illiyə Sibirə sürgünə etmişlər.[4]

Aulda molla yanında ibtidai təhsilini başa vurduqdan sonra onu 1907-ci ildə Merke qəsəbəsindəki rus-tuzem məktəbinə göndərirlər. Bu məktəbin proqramı bizlərdə rus-tatar məktəbi kimi tanınan təhsil ocaqlarının proqramı ilə eyni idi. Üç il burada oxuduqdan sonra Turar Rıskulov indi Biştek kimi tanınan Pişpek şəhərinə yollanır. 1914-cü ildə Pişpek şəhərindəki kənd təsərrüfatı məktəbini bitirdikdən sonra Daşkənd şəhərində işləməyə gəlir.[5]

1938-ci il fevralın 10-da Turar Rıskulovu da Moskva vila-yətindəki Kaluqa şossesinin 25 kilometirliyində, DTK-nin (KQB) "Kommunarka" adlandırdığı yerdə güllələnmişdir. Turar Rıskulovun həbsindən sonra 26 yaşlı xanımı Əzizəni, 20 yaşıl qayını Şamili, 50 yaşlı qaynanası Arifəni də cəsusluqda suçlayıb həbsxanalara göndəririlr.[6]

Turar Rıskulov 1956-cı ildə bəraət alır.[7]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Onun adının əbədiləşdirilməsi üçün Qazaxıstandakı Qazax İqtisad Universitetinə, bir rayona, ölkənin bir çox şəhərində küçələrə onun adı verilmiş, əsərləri çap edilmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

  • Мусбюро РКП(б) в Туркестане. 1, 2 и 3 Туркестанские Краевые Конференции РКП. 1919–1920 гг. С введением тов. Рыскулова. — Ташкент: Комиссия по изучению истории революционного движения в Туркестане. Туркбюро истпарта ЦК КПТ — Турк.гос.изд-во, 1922.
  • Рыскулов Т. Революция и коренное население Туркестана (Сборник главнейших статей, докладов, речей и тезисов). С предисловием автора. Часть І. 1917–1919. — Ташкент, Узгосиздат, 1925.
  • Рыскулов Т. О восстании казахов и каракиргизов в 1916 г. (К 10-летней годовщине). Основные экономические и политические причины восстания. — Кустанай, 1926.
  • Рыскулов Т. Казахстан. — М.-Л., Госиздат, 1927.
  • Восстание 1916 года в Киргизстане. Документы и материалы собранные Л. В. Лесной. Под редакцией и с предисловием Т. Р. Рыскулова. — Москва: Государственное социально-экономическое издательство, 1937. — 168 с.
  • Рыскулов Т. Р. Избранные труды. — Алма-Ата: Казахстан, 1984. — 260 с.
  • Рыскулов Т. Р. Восстание киргизов и казахов в 1916 году. — Бишкек: Учкун, 1991. — 112 с.
  • Рыскулов Т. Р. Собрание сочинение в трех томах. — Алматы: Қазақстан, 1997.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Рыскулов Турар Рыскулович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. https://ru.openlist.wiki/Рыскулов_Турар_Рыскулович_(1894).
  3. http://www.tarih.spring.kz/ru/history/collectivization/figures/ryskulov/ Arxivləşdirilib 2013-02-15 at the Wayback Machine Turar Rıskulov
  4. Устинов В. Турар Рыскулов. Алматы, Казахстан, 1996.
  5. Қоңыратбаев О. Тұрар Рысқұлов: қоғамдық-саяси және мемлекеттik қызметi. Түркiстан кезеңi.- Алматы: Қазақстан, 1994. — 448 б.
  6. Əli Şamilov, 12. Türkçülüyün qurbanları.(Qazaxıstan). "Elm və təhsil" nəşriyyatı, Bakı, 2013, 164 səhifə., s.122–134.
  7. "The International Newsletter of Communist Studies" (PDF). 2007-06-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.