Tur Heyerdal Ekspozisiya Muzeyi — Vikipediya

Tur Heyerdal Ekspozisiya Muzeyi
Əsası qoyulub 12 may 2014
Yerləşir Qərb Universiteti
Tur Heyerdal Ekspozisiya Muzeyi

Tur Heyerdal Ekspozisiya MuzeyiQərb Universitetində fəaliyyət göstərən muzey[1]. Qərb Universitetinin fəxri professoru Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzidir[1].

Tarixi[redaktə | mənbəni redaktə et]

Muzey 2014-cü ildə yaradılmışdır. Belə ki, həmin ilin 12-20 may tarixində keçirilmiş Tur Heyerdalın 100 illiyinə həsr olunmuş Film Festivalı çərçivəsində universitetdə sərgi otağının rəsmi açılışı olmuşdur[1].

Muzeyin yaradılmasında "Azerbaijan İnternational Magazine" jurnalının redaktoru Betti Bleyerin böyük köməyi olmuşdur[1].

Yeri[redaktə | mənbəni redaktə et]

Muzey universitetin əsas binasının ikinci mərtəbəsində yerləşir[1].

Eksponatları[redaktə | mənbəni redaktə et]

Burada alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri Tur Heyerdalın özü tərəfindən yazılmış xatirələr, əl yazılı açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materialları toplanmışdır[1].

Tur Heyerdalın bu kitabları da Qərb Universiteti tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdu:

  1. Kon-Tiki səyahəti
  2. Ra ekspedisiyası
  3. Tədqiqatlar silsiləsi (I-IX kitablar)

İstinadlar[redaktə | mənbəni redaktə et]