Tulium — Vikipediya

69 erbiumtuliumitterbium
-

Tm

Md
Ümumi
Ad, İşarə, Nömrə tulium, Tm, 69
Qrup, Dövr, Blok , 6, f
Xarici görünüşü
Atom kütləsi 168.93421 q/mol
Elektron formulu 4f13 6s2
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 1545 °C
(1818 K, 2813 °F)
Qaynama temperaturu 1950 °C
(2223 K, 3542 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Tulium (Tm) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 69-cu element. Yeni element holmium kəşf edilən ildə isveçli Kleve tərəfindən kəşf olunmuş və qeyri-adi olaraq öz vətəninin şərəfinə adlandırmışdır. Qeyri adilik odur ki, Tule adında ölkə mövcud deyil. Qədim yunan səyyahı Pifey "Okean haqqında" əsərində Tule (Thule) adasını təsvir etmişdir. Guya bu ada "Britaniyadan dənizlə altı günlük məsafədə, donmuş dənizin yaxınlığında yerləşir". Amma artıq qədim zamanlarda bu təsvir şübhələr yaratmışdı. Antik coğrafiyaçılar sadəcə dünyanın ən şimal həddini belə adlandırırdılar, orta əsrlərdə isə Avropanın şimal hissəsini: İslandiyanın və ya müasir Norveçin şimali-qərb hissəsini. 1942-ci ildə İsveçdə avtomobillər üçün avadanlıqlar istehsal edən Thule şirkəti yarandı.