Tsinqi de Bemaraha Təbiət Qoruğu — Vikipediya

Tsinqi de Bemaraha Təbiət Qoruğu
Tsingy de Bemarah
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 852 km2 ha
Yaradılma tarixi 1997
Ziyarətçi sayı təxm. 6000 (2005)
İdarəetmə orqanı Parcs Nationaux Madagascar - ANGAP
Yerləşməsi
18°40′00″ c. e. 44°45′00″ ş. u.
Ölkə  Madaqaskar
tsingy-madagascar.com
Tsinqi de Bemaraha Təbiət Qoruğu xəritədə
Tsinqi de Bemaraha Təbiət Qoruğu
Tsinqi de Bemaraha Təbiət Qoruğu
Rəsmi adıTsingy de Bemaraha Strict Nature Reserve
TipiTəbii
Kriteriya(vii), (x)
Tarixi1990 (14-cü sessiya)
İstinad nöm.494rev
ÖlkəMadaqaskar Madaqaskar
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tsinqi de Bemaraha Təbiət Qoruğu — Madaqaskarın qərb sahilinə yaxın Melaki regionunda yerləşən təbiət qoruğudur. Bənzərsiz coğrafiyası, qorunan manqrov meşələri, vəhşi quş və lemur populyasiyalarına görə ərazi 1990-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1][2]

Milli park[redaktə | mənbəni redaktə et]

Mühafizə olunan ərazinin cənub ucu sonradan 666 km2 ərazini əhatə edən Tsinqi de Bemaraha Milli Parkına dəyişdirildi. Mühafizə olunan ərazinin şimal ucu 853 km2 ərazini əhatə edən təbiət qoruğu olaraq qalır (Réserve Naturelle Intégrale). Bura Manambolo çayı üzərindəki qayalıqların üstündəki iynə şəkilli əhəng daşı formalaşması ilə xarakterizə olunur.[3] İnanılmaz dərəcədə kəskin əhəng daşı formalaşması avadanlıq və əti asanlıqla kəsə bilər ki, bu da onları keçməkdə çətinlik yaradır. "Tsinqi" sözü "ayaqyalın gəzilə bilməyən yer" mənasını verən yerli sözdən yaranmışdır.

Turizm[redaktə | mənbəni redaktə et]

Turistlər milli parka parkdan 150 km cənubda yerləşən Morondava şəhərindən bir yolla gedə bilərlər. Antananarivu və ya Mahacanqadan təyyarə ilə gedilə bilən Antsalova şəhərindən də məhdud giriş mümkündür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tsingy de Bemaraha Strict Nature Reserve". UNESCO. 2005-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-01.
  2. Shea, Neil. "Living On a Razor's Edge: Madagascar's labyrinth of stone". National Geographic. November 2009. 2009-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-01.
  3. "21 World Heritage Sites you have probably never heard of". Daily Telegraph. 2015-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]