Trinidad — Vikipediya

Trinidad
isp. Trinidad,
Ümumi məlumatlar
Sahəsi 4821 km²
Uzunluğu
  • 140 km
Eni 97 km
Hündür nöqtəsi 940 m
Əhalisi 1.208.282 nəfər (2000-ci il)
Yerləşməsi
10°25′00″ şm. e. 61°21′00″ q. u.
Ölkə  Trinidad və Tobaqo
Trinidad xəritədə
Trinidad
Trinidad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Trinidad (isp. TrinidadKarib dənizində, Cənubi Amerikanın şimal-şərq sahillərində yerləşir. Trinidad və Tobaqonun ərazisin əsas hissəsini təşkil edir. Bu adada ölkə əhalisinin 96 % yerləşir.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Trinidad adasının xəritəsi

Venesuela sahillərindən 11 km şimal-şərqində yerləşir. Ümumi sahəsi 4 821 km², uzunluğu 80 km, eni isə 59 km təşkil edir.

Ada materik məşəllidir. Ada ilə materik arasında Bokas-del-Draqon, Pariya körfəziBoka-de-la-Serpe boğazı ilə ayrılır. Əsasən düzənlik ərazilərdən ibarət olsada şimalından hündürlüyü 940 (Apino d.) metrə çatan silsilə keçir. Cənub hissəsində Palçıq vulkanları vardır. Cnub-şərq və cənub-şərqində neft və təbii qaz çıxarılır.

İqlimi[redaktə | mənbəni redaktə et]

İqlimi subekvatorialdır. İsti və rütubətli iqlimə malikdir. İl iki mövsümə bölünür; Quru mövsüm (yanvardan maya qədər) və yağışlı mövsüm. Orta illik temperatur 25-27 °S, yağıntının miqdarı 1200 mm, qərbdə isə 3800 mm təşkil edir.

Flora və fauna[redaktə | mənbəni redaktə et]

İlboyu yaşıl meşələrlə örtülüdür. Şimal-qərbində Savanna və seyrək meşələrə rast gəlinir. Kakos palması əkilir. Burada 40 növ Kolibri vardır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Trinidad adası 1498-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilir. İspanlar o zaman burada yaşayan Aravaları digər ərazilərə köçürürdü. Sonradan faydalı qazıntılarının yoxluğu sayəsində adaya maraq azalmışdır. Adada ilk avropalı məskənlər yalnız 1592-ci ildə salınır. 1797-ci ildən ada Britaniyanın himayəsinə keçir. 1830-ci ildən adada quldarlıq ləğv edilir. Bundan sonra adaya Hindistandan işçilər gəlir. İspaniya, Fransa, PortuqaliyaÇinin yoxsul insanları adaya axışırdı. Bu xalqların qarışması nəticəsinə «Trinidadlılar» etnomini meydana gəlmişdir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Ən iri şəhərləri — Çaquanas, Port-of-Speyn (paytaxt), San-Fernando, Arima, Sent-Cozef (Trinidad və Tobaqonun ilk paytaxtı).

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Əsas sənaye sahəsi neft hasilatı və neftlə əlaqədar olan kimya, neftkimyası sahələridir. Turizmdə belə mövcuddur.

Adada beynəlxalq hava limanı fəaliyyət göstərir.

Mədəniyyat[redaktə | mənbəni redaktə et]

Hər noyabr ayında adada Caz festivalı keçirilir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Беларуская энцыклапедыя: У 18 т. Т. 15: Следавікі — Трыо / Рэдкал.: Г. П. Пашкоў і інш. — Мн.: БелЭн, 2002. — Т. 15. — С. 549. — 552 с. — 10 000 экз. — ISBN 985-11-0251-2 (Т. 15). (bel.)

Mənbə[redaktə | mənbəni redaktə et]