Toxar dilləri — Vikipediya

Toxar dilləri
Danışanların ümumi sayı nəfər.
Təsnifatı
Hind-Avropa dilləri
Toxar dilləri
Dil kodları
Glottolog tokh1241
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toxar və ya Toxar dilləri Hind-Avropa dil ailəsinin ölmüş qoludur. Dil Tarım hövzəsinin (indiki Sincan, Çin) şimalındakı vahə şəhərlərindəLop səhrasında tapılıb. VI-VIII əsrlərə aid əlyazmalarla tanınır.

XX əsrin əvvəllərində bu dil ailəsinin kəşfi Hind-Avropa dil ailəsinin centum və satem dilləri kimi Şərq və Qərb qollarına bölünə biləcəyi ilə bağlı əvvəllər qəbul edilmiş nəzəriyyə ilə ziddiyyət təşkil etmiş və bu dil ailəsi ilə bağlı tədqiqatların yenidən canlanmasına səbəb olmuşdur.

İlkin tədqiqatçılar bu dildən istifadə edən insanları Qədim Baktriyada (Toxarıstan) yaşayan toxaroylar ilə əlaqələndirdiyi üçün bu dil “toxar dili” adlandırılmışdır. Bu tərif bu gün ümumiyyətlə yanlış hesab edilsə də, ad hələ də istifadə olunur.

Kəşf edilməsi və tarixi[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərində Aurel Stein tərəfindən Tarim hövzəsinin arxeoloji kəşfi və eramızın VI-VIII əsrlərinə aid naməlum dildə yazılmış əlyazma fraqmentlərinin tapılması tohar dillərinin və əlifbasının mövcudluğunu ortaya qoymuşdur.

Tezliklə məlum oldu ki, bu əlyazmalar o dövrdə naməlum olan Hind-Avropa dil qoluna, Toxar dillərinə aiddir və iki fərqli dildə yazılmışdır:

  • Toxar A (Şərqi Toxar dili; öz dilində adı “ārśi”), Qaraşəhər (keçmiş Agni, Çincə Yanqi) və Turfan regionlarında rast gəlinmişdir.
  • Toxar B (Qərbi Toxar dili), Kuça və Toxar A dilli ərazilərdə müəyyənləşdirilmişdir.
  • Tarım hövzəsinin cənub-şərqində yerləşən Krorän və Niya regionlarında tapılan və eramızın III əsrinə aid Prakritcə yazılmış sənədlərdə Toxar dili ilə əlaqədar olan bir dildən keçmiş bir çox isimin mövcudluğu nəticəsində Toxar C kimi tanınan başqa bir Toxar dili kəşf edilmişdir. Krorända tapılan və tamamilə Tohar C dilində yazılmış sənədlər 2018-ci ildə nəşr olunmuşdur.

Toxar dili, ehtimal ki, 840-cı ildən sonra, qırğızlar tərəfindən Monqolustandan qovulan uyğurların Tarım hövzəsində məskunlaşmasından sonra məhv olmuşdur. Bu nəzəriyyə toxar mətnlərinin uyğur dilinə tərcüməsinin kəşfi ilə dəstəklənmişdir.

Bəzi Çin sözləri toxar mənşəlidir. Qədim Çin dilində bal mənasını verən *mjit (Ənənəvi Çincə: 蜜; mì) sözünün Proto Toxar dilindəki *ḿət sözündən götürüldüyü güman edilir. Bir çox müasir Hind-Avropa dillərində oxşar sözlər bal və bal şərabı mənasında istifadə olunur.

Digər Hind-Avropa dilləri ilə müqayisəsi[redaktə | mənbəni redaktə et]

Toxar dilində sözlər
Azərbaycan dilində Toharca A Toharca B Yunanca Sanskrit dili Latınca Proto-German dili Qot dili Qədim İrland dili
bir sas ṣe heîs, hen sa(kṛ́t) semel *simla simle samail
iki wu wi dúo dvā́ duo *twai twái
üç tre trai treîs tráyas trēs *þrīz þreis trí
dörd śtwar śtwer téttares, téssares catvā́ras, catúras quattuor *fedwōr fidwōr cethair
beş päñ piś pénte páñca quīnque *fimf fimf cóic
altı ṣäk ṣkas héx ṣáṣ sex *sehs saihs
yeddi ṣpät ṣukt heptá saptá septem *sebun sibun secht
səkkiz okät okt oktṓ aṣṭáu, aṣṭá octō *ahtōu ahtau ocht
doqquz ñu ñu ennéa náva novem *newun niun noí
on śäk śak déka dáśa decem *tehun taihun deich
yüz känt kante hekatón śatām centum *hundą hund cét
ata pācar pācer patḗr pitṛ pater *fadēr fadar athair
ana mācar mācer mḗtēr mātṛ mater *mōdēr mōdar máthair
qardaş pracar procer phrā́tēr bhrātṛ frāter *brōþēr brōþar bráthair
bacı ṣar ṣer éor svásṛ soror *swestēr swistar siur
at yuk yakwe híppos áśva- equus *ehwaz aiƕs ech
inək ko keu boûs gaúṣ bōs *kūz (OE )
ses vak vek épos vāk vōx *wōhmaz (Du gewag) foccul
isim ñom ñem ónoma nāman- nōmen *namô namō ainmm
süd sağmak mālkā mālkant amélgein
mulgēre *melkaną miluks bligid (MIr)