Tovuzçay — Vikipediya

Tovuzçay
Ölkə
Mənbəyi Murğuz silsiləsi[d]
Mənsəbi Kür
Uzunluğu
  • 63 km
Hövzəsinin sahəsi 102 km²

TovuzçayAxıncaçayın sol qolu.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Axıncaçayın sol qolu olan Tovuzçay tranzit çayıdır. Bəzən bu çayın mənsəbini Kür çayı hesab edirlər. Uzunluğu 42 km, hövzəsinin sahəsi 278 km²-dir.[2] Yuxarı axarı Ermənistan ərazisindən, aşağı axarı isə Azərbaycan Respublikasının Tovuz rayonu ərazisindən axır. Mənbəyini Murğuzdağın şimal-şərq yamacından (1973 metr yüksəklikdən) alır. Çayda dağıdıcı sel hadisələri baş verir. Mühüm qolları Navur və Noraşen çaylarıdır. Hidronim "səsli-küylü" "dağ çayı" kimi izah edilir.

Tovuzçayın üzərində 20 milyon kubmetr su tutumu olan su anbarının istifadəyə verilməsi 18 min hektardan çox əkin sahəsinin suvarılmasına imkan yaranmışdır. 1986-cı ildə tikintisinə start verilən Tovuzçay su anbarının tikintisi 1990-cı ildə müəyyən səbəblər üzündən dayandırılmış, 2006-cı ildən su anbarının tikintisinə yenidən başlanılmış və 2014-cü ildə Tovuzçay su anbarının tikintisi tamamlanmışdır. Anbarda bəndin hündürlüyü 45, qaşı üzrə uzunluğu 1340, üstdən eni 10 metrdir. 650 metr uzunluğunda qəza su tullayıcı qurğunun saniyədə maksimum 250 kubmetr su ötürmə imkanı var.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə II cild. Bakı, 2007.
  2. 1 2 [1] Arxivləşdirilib 2020-09-21 at the Wayback Machine Tovuz rayonunun çayları