Toni mükafatı — Vikipediya

Toni mükafatı
Tony Award

Ölkə
Statistika
Təsis tarixi 1947
tonyawards.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toni mükafatı (ing. Tony Award) — Amerika teatrı, o cümlədən müzikl sahəsindəki nailiyyətlərə görə hər il verilən mükafatın məşhur adı (əsasən Nyu-Yorkda, Brodvey teatrında çoxsaylı tamaşalar). Mükafatın tam rəsmi adı “Antoinette Perry Award for Excellence in Theatre”. Mükafat öz adını amerikalı aktrisa və rejissor Antuanetta Perrinin (1888—1946) şərəfinə alıb.

Mükafat əyləncə və jurnalistika sənayesində təxminən 700 nəfərdən ibarət icma tərəfindən təltif olunur. Toni mükafatı 1947-ci ildə təsis edilib və kinoda Oskar, musiqidə Qremmi və televiziyada Emmi mükafatlarının teatr ekvivalenti hesab olunur .

Hazırda mükafat 26 əsas və 4 xüsusi kateqoriya üzrə təltof edilir.

73-cü Toni mükafatını 9 iyun 2019-cu ildə baş tutdu. 74-cü mükafatlandırma mərasiminin 7 iyun 2020-ci ildə keçirilməsi planlaşdırılırdı, lakin koronavirus pandemiyası ilə əlaqədar karantin səbəbindən tədbir qeyri-müəyyən müddətə təxirə salındı[1]. Namizədlər oktyabrın 15-də elan edilmişdi, baxmayaraq ki, elan əvvəlcə aprelin 28-nə təyin edilmişdi [2] . Nəhayət, 74-cü mərasim 26 sentyabr 2021-ci ildə Brodveyin Winter Garden Teatrında baş tutdu, burada "Moulin Rouge!" müzikli qalib oldu (10 mükafat).

Bir çox görkəmli aktyor və teatr xadimləri Toni mükafatının qalibi olublar. Məşhur laureatlar arasında müasir kino və televiziya sənayesinin bir çox nümayəndələri də var, məsələn, Al Paçino, Vupi Qoldberq, Denzel Vaşinqton, Kevin Speysi, Viola Devis, Hyu Cekman, Ketrin Zeta-Cons, Skarlett Yohansson, Eddi Redmeyn, Endryu Qarfild və başqaları [3] .

Mükafatın kateqoriyaları[redaktə | mənbəni redaktə et]

Pyeslər[redaktə | mənbəni redaktə et]

  • Ən yaxşı pyes
  • Pyesdə ən yaxşı rejissorluğa görə
  • Pyesdə ən yaxşı aktyor
  • Pyesdə ən yaxşı aktrisa
  • Pyesdə ən yaxşı ikinci plan aktyoru
  • Pyesdə ən yaxşı ikinci plan aktrisası
  • Ən yaxşı kostyumlar
  • Ən yaxşı işıq
  • Ən yaxşı səhnə dizaynı
  • Ən yaxşı səs

Müzikllər[redaktə | mənbəni redaktə et]

  • Ən yaxşı müzikl
  • Ən yaxşı müzikl rejissorluğu
  • Müzikldə ən yaxşı aktyor
  • Müzikldə ən yaxşı aktrisa
  • Müzikldə ən yaxşı ikinci plan aktyor
  • Müzikldə ən yaxşı ikinci plan aktrisa
  • Ən yaxşı libretto
  • Ən yaxşı xoreoqrafiya
  • Ən yaxşı kostyumlar
  • Ən yaxşı işıq
  • Ən yaxşı orkestr
  • Ən yaxşı musiqi və/yaxud şeir
  • Ən yaxşı səhnə dizaynı
  • Ən yaxşı səs

Xüsusi mükafat[redaktə | mənbəni redaktə et]

Bu illər ərzində müxtəlif teatr nailiyyətlərinə görə xüsusi Toni mükafatı verilmişdir: Cudi Qarlend (1952 - vodevilin dirçəldilməsinə verdiyi mühüm töhfəyə görə), Nyu-York İctimai Kitabxanasının teatr kolleksiyası (1956), Ser Con Gilqud (1959), Franko Zeffirelli (1962), İrvinq Berlin (1963), Odri Hepbern (1968), Mauris Şevalier (1968), Marlen Ditrix (1968), Leonard Bernşteyn (1969), Barbra Streyzand (1970), Yul Brinner (19585) və bir çox başqa tamaşalar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Вручение театральной премии Tony отложили из-за коронавируса" (rus). ТАСС. 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-27.
  2. "The Tony Award Nominations". www.tonyawards.com (ingilis). 2020-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.
  3. "They Won a Tony?! 21 Stars Who Hit It Big on Broadway". Popsugar (ingilis). 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-29.