Tomas R. Kornelius — Vikipediya

Tomas R. Kornelius
Oreqon Əyalət Şurasının üzvü
1856 – 1858
ƏvvəlkiA.P.Dennison
SonrakıVəzifə ləğv edilib
Oreqon Dövlət Senatının üzvü
1859 – 1876
ƏvvəlkiVəzifə yaradılıb
SonrakıA.B.Veit
Oreqon Dövlət Senatının prezidenti
1866 – 1867
ƏvvəlkiCon H. Mitçell
SonrakıBenjamin Franklin Burç
Şəxsi məlumatlar
Doğum tarixi 16 noyabr 1827(1827-11-16)[1]
Doğum yeri
Vəfat tarixi 24 iyun 1899(1899-06-24)[1] (71 yaşında)
Partiya Viq
Respublikaçı
Fəaliyyəti siyasətçi

Tomas R. Kornelius (ing. Thomas R. Cornelius; 16 noyabr 1827[1], Missuri24 iyun 1899[1]) — amerikalı tanınmış siyasətçiOreqon ştatının erkən dövründə fəaliyyət göstərmiş hərbçi. Missuridə anadan olan Tomas hələ gənc yaşlarında olarkən ailəsi ilə birlikdə Oreqon torpağına köçmüşdür. O, burada KayuseYakima müharibələrində iştirak etmiş və yerli hindulara qarşı döyüşmüşdür. Tomas Oreqon ştatının Vaşinqton bölgəsinin yaxınlığında yaşamışdır. O bölgə sonradan onun şərəfinə Kornelius adlandırılmışdır.

Əvvəl viq, sonra isə respublikaçı olan Tomas Oreqon Əyalət Qanunverici Məclisində fəaliyyət göstərmiş, ondan sonra isə Oreqon Ştat Senatında çalışmışdır. Senatda olarkən, o, bir çağırış senata rəhbərlik etmişdir. O, həmçinin Kornelius yolunun inşasının əsas təşəbbüskarı olmuşdur. Bu yol sonradan onun şərəfinə Kornelius yolu adlandırılmışdır. Tomas Benjamin P. Korneliusun atasıdır. Benjamin də ştat miqyasında mühüm şəxslərdən biri olmuş və siyasətlə məşğul olmuşdur.

Həyatının erkən dövrü[redaktə | mənbəni redaktə et]

Tomas 1827-ci ilin 16 noyabrında Elizabet və Benjamin Korneliusun ailəsində Missuridə anadan olmuşdur.[2] Bu zaman Missuri hələ ABŞ-yə qatılmamışdı. 1845-ci ildə Tomas və onun ailəsi Oreqon Yolu ilə Oreqona köçdü və o, Tualatin tarlalarında böyüdü. Buranın şimalı sonradan Kornelius icması olacaqdır.[2] 1847-ci ilin sonlarında Vitman qırğınından sonra Tomas 1848-ci ildə Oreqon Əyalət Hökumətinin silahlı dəstələrinə könüllü olaraq qoşuldu.[3] Könüllülər Vitman missiyasındakı qətllərin qısasını almaq üçün Kayuse müharibəsinə başladılar.[2]

Kaliforniyada qızıl kəşf edildikdən sonra Kornelius ora qısa bir səfər etdi və 1849-cu ildə Oreqon bölgəsinə geri döndü.[2] Növbəti il, o, Florentin Vilkes ilə ailə həyatı qurdu. Bu evlilikdən Tomasın Benjamin də daxil olmaqla, 6 övladı olmuş, Florentin isə 1864-cü ildə vəfat etmişdir.[3] O, həyatının bu dövründə ailəsi ilə birlikdə Kornelius yaxınlığında yerləşən və 640 akr torpaqdan ibarət fermada məskunlaşmışdı.[2] 1855-ci ildə Kaskade dağlarının şərqində yaşayan və yerli amerikalılardan olan Yakima tayfalarına qarşı yeni müharibə meydana çıxdı. Kornelius yenidən könüllülər dəstəsinə qoşuldu.[2] Üç ay müddətində o, kapitan rütbəsində xidmət etdi.[3] Lakin bir müddət sonra Ceyms V. Nesmitin öz vəzifəsindən istefa verməsindən sonra, Tomas polkovnikliyə yüksəldi və 1856-cı ildə müharibənin sonuna qədər bu rütbədə xidmət etdi.[3] 1855-1858-ci illərdə baş vermiş Yakima müharibəsi zamanı ABŞ qələbə qazandı. Müharibədə Yakima tayfaları yanaşı, digər yerli tayfalar da iştirak edirdilər.[4]

Siyasi karyerası[redaktə | mənbəni redaktə et]

1856-cı ildə Tomas Oreqon Əyalət Qanunverici Məclisinin yuxarı palatasına seçildi.[5] Bu palata Şura adlandırılırdı. Viq kimi xidmət edən Tomas Vaşinqton, Kolumbiya və Multnomah bölgələrini 8-ci dairədən təmsil edirdi. O, 1857-ci ildə Şuraya yenidən seçildi və 1858-ci ildə seçkinin son mərhələsində də qələbə qazandı.[6][7] Oreqon bölgəsi 33-cü ştat kimi 1859-cu ilin 14 fevralında ittifaqa daxil olduqdan sonra belə Tomas yeni formalaşdırılmış Oreqon Ştat Senatındakı postunda qaldı.[8]

Oreqon senatında Kornelius respublikaçı kimi Vaşinqton bölgəsini təmsil etdi və 1874-cü ilə qədər dəfələrlə başqa bölgələrdə də qanunverici məclisə seçildi.[9] Onun bu vəzifədəki fəaliyyəti 1862-ci ildə ABŞ Vətəndaş müharibəsi zamanı kəsildi.[10] Bu ildə ona prezident Abraham Linkoln tərəfindən federal xidmət üçün süvari alayı hazırlamaq tapşırığı verildi. Polkovnik kimi hərbi xidmətə başlayan Tomas Vaşinqton bölgəsinin Ualla Ualla adlanan məntəqəsində hərbi dəstəsini topladı və ona komandanlıq etdi.[3] O, 1862-ci ilin yayında istefaya çıxmış və evinə geri dönmüşdür.[3]

1866-cı ildə Tomas Oreqon senatının prezidenti seçilmişdir.[11] 1886-cı ildə o, Oreqon qubernatorluğuna seçkidə Respublikaçılar partiyasından namizədlik yarışında qalib gəlsə də, ümumi seçkilərdə Silvester Pennoyerə məğlub olmuşdur.[12]

Sonrakı həyatı və ailəsi[redaktə | mənbəni redaktə et]

İlk həyatyoldaşının 1864-cü ildə vəfat etməsindən sonra Tomas 1866-cı ildə Missuri A. Smit ilə evlənmişdir.[3] 1872-ci ildə o, sonradan onun şərəfinə adlandırılacaq Korneliusa köçmüş və market açmışdır.[2][3] Marketə əlavə olaraq, Tomas ümumilikdə üzərində 3 ferma, anbar və şabalıq fabrikası olmaqla 1.500 akr torpağın da sahibi idi.[2] O, Tualatın vadisini Kolumbiya çayı ilə əlaqələndirmək üçün Kornelius yolunu saldırmışdır.[13]

Tomas 1899-cu ilin 24 iyununda, 71 yaşında ikən vəfat etmişdir. O, Kornelius Metodist Kilsə Qəbirstanlığında dəfn edilmişdir.[14]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Thomas R. Cornelius // SNAC (ing.). 2010.
  2. 1 2 3 4 5 6 7 8 Corning, Howard M. (1989). Dictionary of Oregon History. Binfords & Mort Publishing, p. 63. OCLC 488068
  3. 1 2 3 4 5 6 7 8 Lang, H. O. (1885). History of the Willamette Valley, Being a Description of the Valley and its Resources, with an Account of its Discovery and Settlement by White Men, and its Subsequent History Together with Personal Reminiscences of its Early Pioneers. Arxivləşdirilib 2021-02-01 at the Wayback Machine Portland, Or: G.H. Himes, pp. 634–635. OCLC 16739827
  4. Sonneborn, Liz. Chronology of American Indian History. Infobase. 2009. səh. 159. ISBN 9781438109848.
  5. Oregon Legislative Assembly (8th Territorial) 1856 Regular Session. Arxivləşdirilib 2019-10-01 at the Wayback Machine Oregon State Archives. Retrieved on November 4, 2007.
  6. Oregon Legislative Assembly (9th Territorial) 1857 Regular Session. Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine Oregon State Archives. Retrieved on November 4, 2007.
  7. Oregon Legislative Assembly (10th Territorial) 1858 Regular Session. Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine Oregon State Archives. Retrieved on November 4, 2007.
  8. Oregon Legislative Assembly 1859 Special Session. Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine Oregon State Archives. Retrieved on November 4, 2007.
  9. Oregon Legislative Assembly (8th) 1874 Regular Session. Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine Oregon State Archives. Retrieved on November 4, 2007.
  10. Oregon Legislative Assembly (2nd) 1862 Regular Session. Arxivləşdirilib 2019-10-01 at the Wayback Machine Oregon State Archives. Retrieved on November 4, 2007.
  11. Oregon Legislative Assembly (4th) 1866 Regular Session. Arxivləşdirilib 2019-10-01 at the Wayback Machine Oregon State Archives. Retrieved on November 4, 2007.
  12. Evans, Elwood. (1889). History of the Pacific Northwest: Oregon and Washington... Arxivləşdirilib 2008-09-07 at the Wayback Machine Portland, Or: North Pacific History Co., Vol. II, p. 286.
  13. Baron, Connie and Michelle Trappen. "Paths linking past and present" Arxivləşdirilib 2017-10-17 at the Wayback Machine, The Oregonian, March 6, 2008.
  14. Taylor, Joshua. Cemetery Photos; Cornelius Methodist Church Cemetery: Washington Co., Oregon A — M.[daimi ölü keçid] RootsWeb. Retrieved on August 2, 2008.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]