Tofiq Zeynalov — Vikipediya

Tofiq Zeynalov
Tovuz Rayon İcra hakimiyyətinin başçısı
27 fevral 2007[1] – 7 iyun 2018[2]
SonrakıMəmməd Məmmədov
1991 – 29 may 1992[3]
SonrakıSəməd Pənahov
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyul 1944(1944-07-17) (79 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Zeynalov Tofiq Məhəmmədəli oğlu (17 iyul 1944, Qovlar, Tovuz rayonu) — 1991–1992 və 2007–2018-ci illərdə Tovuz rayonu İcra hakimiyyətinin başçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Zeynalov Tofiq Məhəmmədəli oğlu 17 iyul 1944-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur[4].

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

Əmək fəaliyyətinə 1960-cı ildə Qovlar İnternat məktəbində kitabxana müdiri kimi başlamışdır. 1964–1967-ci illər hərbi xidmətdə olub.

1971-ci ildə Tovuz rayon Komsomol Komitəsində təlimatçı vəzifəsinə təyin olunub. 1971–1973-cü illərdə Tovuz rayon Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri işləyib. 1973–1976-cı ilərdə Tovuz rayon Komsomol Komitəsinin birinci katibi işləyib. 1976–1978-ci ilərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır.

1978–1982-ci illərdə Tovuz şəhər 155 №-li Texniki Peşə Məktəbinin direktoru vəzifəsində çalışıb. 1982–1985-ci illərdə Tovuz rayon Partiya Komitəsində təlimatçı vəzifəsində işləyib. 1985–1986-cı illərdə Tovuz rayon Partiya Komitəsinin şöbə müdiri vəzifəsində işləyib. 1986–1989-cu illərdə Engels adına üzümçülük və şərəbçılıq sovxozunun direktoru vəzifəsində işləyib. 1989–1990-cı illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktorunun birinci müavini vəzifəsində işləyib.

1990–1991-ci illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktoru vəzifəsində işləyib. 1993–1999-cu illərdə M. B. Qasımov adına Üzüm istehsalı və emalı müəssisəsinin direktoru, YAİK-in sədri vəzifəsində işləyib. 2000–2001-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində rəis müavini, 2001–2002-ci illərdə isə rəisi vəzifəsində işləyib. 2002–2007-ci illərdə Tovuz Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir. 4 övladı var.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.[5]

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1991–1992-ci illətdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

27.02.2007-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  2. "Arxivlənmiş surət". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  3. "Arxivlənmiş surət". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  4. "İcra hakimiyyətinin başçısı". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-24.
  5. "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.