Tofiq Mövləvi — Vikipediya
Tofiq Mövləvi | |
---|---|
Tofiq Əbdülsəməd oğlu Mövləvi | |
Doğum tarixi | 21 dekabr 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 24 may 2024 (85 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Səməd Mövləvi |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1954–indiyədək |
Mükafatları |
Tofiq Səməd oğlu Mövləvi (21 dekabr 1938, Naxçıvan – 24 may 2024) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Xalq artisti.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Mövləvi Tofiq Əbdülsəməd oğlu 21 dekabr 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.[2] 24 may 2024-cü ildə vəfat edib.[3]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Mövləvi Səmədin oğludur.[4]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Səhnə fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1954-cü ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında işləyir. Əsas rolları: Heydər ("Qız atası", Ə. Əsgərov), Serqo ("Şeyx Sənan" Hüseyn Cavid), Çərkəz Murad ("Ana", Hüseyn Cavid), Rza bəy ("O olmasın, bu olsun",Üzeyir Hacıbəyov), Müküş ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s.
Üzv olduğu təşkilatlar
[redaktə | mənbəni redaktə et]Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- 1987 — Naxçıvan Muxtar Respublikası əməkdar artisti
- 1999 — Azərbaycan Respublikası əməkdar artisti
- 2008 — Azərbaycan Respublikasının xalq artisti[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Xalq artistinin 80 illik yubileyi qeyd edilib". 2020-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
- ↑ "TƏQVİM 20-24 dekabr". 2020-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
- ↑ "Azərbaycanın Xalq artisti vəfat edib". Oxu.az (az.). 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
- ↑ "Sələflər və xələflər — Səməd və Tofiq Mövləvilər". 2020-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.