Tofiq Hüseynov (general) — Vikipediya

Tofiq Hüseynov
Vəzifədədir
15 fevral 2018-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1974(1974-02-01) (50 yaş)
Doğum yeri
Təhsili
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Döyüşlər Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi
Rütbəsi General-mayor

Təltifləri "Hərbi xidmətlərə görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Vətən uğrunda" medalı "Füzulinin azad olunmasına görə" medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tofiq Vaqif oğlu Hüseynov (1 fevral 1974, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan Respublikası Daxili Qoşunlar Komandanının birinci müavini — Qərargah rəisi, general-mayor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Tofiq Hüseynov 1 fevral 1974-cü ildə Ermənistan SSR, Krasnoselsk rayonu, Ardanış kəndində anadan olmuşdur. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

1993–1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil almışdır. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir.

1997–2003-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında sərhəd zastavası rəisinin müavini, sərhəd zastavası rəisi, sərhəd komendantlığının komendantının müavini – qərargah rəisi vəzifələrində xidmət etmişdir.

2003–2008-ci illərdə Dövlət Sərhəd Xidmətində baş zabit, çevik hərəkət taborunun komandiri vəzifələrində xidmət etmişdir.

2008–2017-ci ilə kimi DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin Qərargahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin əməliyyat şöbəsində baş zabit, hərbi hissə komandirinin tərbiyə işləri üzə müavini və hərbi hissə komandiri vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 yanvar tarixli 2632 nömrəli Sərəncamı ilə DİN-nin Daxili Qoşunları Qərargahı rəisinin 1-ci müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2018-ci il tarixli 3681 nömrəli Sərəncamı ilə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 10 mart 2010-cu il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

İkinci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[1]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 09 mart 2018-ci il tarixli 3768 nömrəli sərəncamı ilə "general-mayor" hərbi rütbəsi verilmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, iki övladı var. 1qız, 1oğlan

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 25 dekabr 2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]