Tofiq Abbasov (politoloq) — Vikipediya

Tofiq Abbasov
Doğum tarixi 24 dekabr 1959(1959-12-24) (64 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti televiziya aparıcısı

Tofiq Möhsün oğlu Abbasov (24 dekabr 1959, Tehran) — televiziya aparıcısı, politoloq, AzTV-nin siyasi icmalçısı, əməkdar jurnalist.[1]

1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi.

Cənubi Qafqaz regionu, postsovet məkanı və Orta Şərq məsələləri üzrə ixtisaslaşmışdır. 500-dən çox məqalənin və analitik araşdırmanın, sənədli filmlərin müəllifidir.

Azərbaycan Televiziyasının İctimai Siyasi Verlişlər studiyasının direktoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

1959-cu ildə İranın paytaxtı Tehranda anadan olub. 1977-ci ildə Bakıda orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub

1982-ci ildə məzun olduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində ictimai və siyasi yayım redaksiyasına işə qəbul edilib. Redaktor, şərhçi, baş redaktor, studiya direktoru vəzifələrində çalışıb.

1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə təyin edilmişdir.

1994–1996-cı illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin informasiya siyasəti və xarici əlaqələr üzrə məsləhətçisi vəzifəsində çalışmışdır.

1996-cı ildən 2005-ci ilə qədər beynəlxalq regional nəşr "Caspian"ın baş redaktoru vəzifəsində çalışıb.

2005–2006-cı illərdə gündəlik nəşr olunan "Kaspi" qəzetinin birinci müavini olaraq çalışmışdır.

2006–2010-cu illərdə "Lider TV"-nin İnformasiya və Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsində çalışıb.

2011–2012-ci illərdə gündəlik "Zerkalo" qəzetinin İnformasiya və analitik nəşrlər şöbəsinin müdiri olmuşdur.

2012–2015-ci illərdə Azərbaycanda ilk tabloid nəşri olan "New Baku Post"un qurucusu və baş redaktoru olub.

2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində baş məsləhətçi vəzifəsində çalışır.

Ailəlidir və iki oğlu var.

TV karyerası[redaktə | mənbəni redaktə et]

Tofiq Abbasov 1982-ci ildən 1993-cü ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində işləyib. Uzun fasilədən sonra, 2006-cı ildən "Lider" TV-də çalışıb. "Lider" TV-nin "Səda" İnformasiya Departamentinin rəhbəri olub. Səhhəti ilə əlaqədar olaraq 2010-cu ilin dekabr ayında telekanalı tərk edib[2].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-31.
  2. TOFİQ ABBASOV "LİDER" TV-dən GETDİ[ölü keçid]