Tofiq Ağababayev — Vikipediya

Tofiq Ağababayev
Doğum tarixi (95 yaş)
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Sankt-Peterburq Rəssamlıq Akademiyası (1953–59)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1992"Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2007 "Şöhrət" ordeni — 2023

Tofiq Məmmədəli oğlu Ağababayev (d. 8 sentyabr 1928, Bakı) — Azərbaycanın xalq rəssamı (2007), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992).

Həyatı[redaktə | mənbəni redaktə et]

Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi ailəsində anadan olub. Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin rənkarlıq şöbəsinə daxil olub (1946-51). Rəssam 1953-59-cu illərdə Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına Ali Bədii-Sənaye rəssamlıq məktəbi) keramika-şüşə fakültəsində təhsil alaraq, şüşə-keramika ixtisasına yiyələnib.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. "Azərbaycan lirikası" triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki" mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb ("Zorxana" və s., smalta, 1967). Bakıda uşaq dəmir yolu parkı yaxınlığında miniatür üslubda "Bahar" mozaik pannosu (mərmər, smalta, 1970), həmçinin "Abşeron qoruğu", "Bakı nefti cəbhəyə", "Meşəbəyi", "Torpağın nəfəsi", "May, 1945-ci il, Bakı" və s. dekorativ əsərləri diqqəti cəlb edir.

Yağlı boya ilə işlənmiş portretləri: "Tələbə qız" (1972); "Akademik Z.Bünyadov" (1978); "Akademik İ.Orucova" (1978); "Şah İsmayıl" (1988–89); "Ü.Hacıbəyov" (1992). 1966-68-ci illərdə Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışıb. Bakı Sovetinin üzərində gerbin bərpası, Bakının simvolik açarının düzəldiməsi Tofiq Ağababayevin adı ilə bağlıdır. Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunun mozaik işləri rəssama məxsusdur.

Son illər rəssam rəngkarlıqla çox ciddi məşğuldur. Belə əsərlərdən "Ümid rəngləri", "Sözsüz", "Yaz mahnısı", "Şərq motivi", "Yaz nəfəsi" adlarını çəkmək olar. Tofiq Ağababayevin əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ muzeyində, London, Kanada və bir çox başqa muzeylərdə, şəxsi qalereyalarda saxlanılır.[1][2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 152–153. ISBN 978-9952-441-02-4.
  2. Tofiq Ağababayev:"Bakının açarı Brejnevdə getdi"[ölü keçid]
  3. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 1992-ci il tarixli, 604 nömrəli Fərmanı Arxivləşdirilib 2022-10-23 at the Wayback Machine  (az.)
  4. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 29 dekabr 2006. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2020.
  5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 17 iyun 2008. 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2020.
  6. President.Az. "T.M.Ağababayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 12.09.2023. 2023-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.