Tofiq Əliyev (rektor) — Vikipediya

Tofiq Əliyev
Doğum tarixi 1 iyul 1928(1928-07-01)
Doğum yeri
Vəfat tarixi 6 noyabr 1993(1993-11-06) (65 yaşında)
Vəfat yeri
Elm sahələri energetika, informatika
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları "Şərəf nişanı" ordeni
SSRİ Dövlət mükafatı SSRİ Dövlət mükafatı Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR əməkdar elm və texnika xadimi

Tofiq Məmməd oğlu Əliyev (1 iyul 1928, Gəncə6 noyabr 1993, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru (1967), professor (1969), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1989), hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru (1988–1993)[1], Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), iki dəfə SSRİ Dövlət mükafatı (1969, 1983) və Azərbaycan SSR Dövlət mükafatı (1974) laureatı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Tofiq Məmməd oğlu Əliyev 1928-ci il iyun ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. 1945-ci ildə Gəncə şəhərində 4 saylı orta məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuşdur.

1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək mühəndis elektrik ixtisasına yiyələnmişdir. 1967-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə etmişdir.

Tofiq Məmməd oğlu Əliyev 1993-cü ildə vəfat etmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Tofiq Məmməd oğlu Əliyev 1988-ci ilin iyun ayından etibarən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işlər üzrə prorektor vəzifəsinə, həmin ilin dekabrından isə rektor vəzifəsinə təyin edilmiş və 1993-cü ilə kimi bu vəzifədə çalışmışdır.

Tofiq Məmməd oğlu Əliyev 227 elmi məqalənin, 213 ixtiranın, 40-a yaxın monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun rəhbərliyi altında 5 elmlər doktoru, 38 elmlər namizədi hazırlanmışdır.

Tofiq Məmməd oğlu Əliyev Azərbaycan "Cihazsənaye" Elmi-Texniki Cəmiyyətinin sədri, Sumqayıt şəhər Xalq Deputatları Şurasının deputatı seçilmişdir.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Tofiq Əliyev 1969-cu və 1983-cü illərdə 2 dəfə SSRİ və 1974-cü ildə 1 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuş, 1981-ci ildə "Azərbaycan SSR əməkdar elm və texnika xadimi" fəxri adına, "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  • Elektrik ölçmələri: ossiloqraflar, qeyrielektrik kəmiyyətlərinin ölçülməsi, informasiyaölçmə sistemləri [Mətn]: dərs vəsaiti /T. Əliyev, R. Mirsəlimov, T. Həsənov; red. M. Qasımzadə. — Bakı, 1986.- 104 s.
  • Mikroprosessorlu ölçmə cihazları, qurğuları və sistemləri [Mətn]: dərs vəsaiti /T. Əliyev, R. Mirsəlimov, T. Həsənov; red. T. Əliyev; Azərbaycan SSR Xalq Təhsili Nazirliyi, M. Əzizbəyov adına Azərbauycan Neft və Kimya İnstitutu.- Bakı, 1989.-227 s.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Əlamətdar və tarixi günlər təqvimi — 2013 /baş red. K. Tahirov; red. G. Səfərəliyeva; məsul katib N. Alışova; M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.- 440 s.