Tofiq İsmayılov (rejissor) — Vikipediya

Tofiq İsmayılov
Tofiq Hüseyn oğlu İsmayılov
Tofiq İsmayılov
Tofiq İsmayılov
Doğum adı Tofiq Hüseyn oğlu İsmayılov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Azərbaycan
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ (1939-1991)
Azərbaycan Azərbaycan (1991-2016)
Həyat yoldaşı Səidə İsmayılova
Uşaqları qızları:
Sevinc İsmayılova, Vəfa İsmayılova, Aygül İsmayılova
Atası Hüseyn İsmayılov
Fəaliyyəti Kinorejissor
Kinodramaturq
Nasir
Təhsili M. A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsi (1958-1962)
M. A. Əliyev adına Teatr İnstitutunun Rejissorluq fakültəsi (1962-1968)
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2008 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987
IMDb ID1435868

Tofiq Hüseyn oğlu İsmayılov (6 aprel 1939, Bakı şəhəri, Azərbaycan SSR25 mart 2016, Bakı şəhəri, Azərbaycan Respublikası) — Azərbaycan kinorejissoru, kinodramaturq, nasir, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1987), professor (1992), Azərbaycanın Respublikasının Xalq Artisti (2008), elmlər doktoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Tofiq İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir (1958). M.A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində (1958-1962), sonra rejissorluq fakültəsində (1962-1968) təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967), "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru (1967-1968) vəzifələrində çalışmışdır. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır (1968-1970). Sonra "Azərbaycanfllm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir (1969-1988).[1] Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.[2] 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olmuşdur (1988-1994). 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

"Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir (1992-2011). Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilmişdir.

Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.[3] Məzarı Yasamal qəbiristanlığındadır.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Qonşular. Bakı: Gənclik, 1978,
  2. Sevinc yuxusu. Bakı: Gənclik, 1979, 38 səh.
  3. Şəkil teatrı. Bakı: Gənclik, 1978, 16 səh.
  4. Şəkil kino. Bakı: Gənclik, 1983, 16 səh.
  5. Diş ağrısı. Bakı: Gənclik, 1986, 92 səh.
  6. Türk Cumhuriyyetleri sinema tarihi (3 ciltte).
  7. Türk dünyası kino sənəti. 2009
  8. Kinoya gedən pişik (hekayə və pyeslər), 2011

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Filmin adı İl Rejissor Ssenari
müəllifi
Aktyor Filmin növü
Şəhərimizin daşları 1968 HəY YoxN YoxN
İntizar 1970 HəY HəY HəY
Oxuyur Müslüm Maqomayev 1971 HəY HəY YoxN
Yoxlanılmış, inanılmış... 1971 HəY YoxN YoxN
Gilas ağacı 1972 HəY YoxN YoxN
Yaşıl işıq 1972 HəY HəY YoxN
Yollar 1972 HəY YoxN YoxN
Bizim küçənin oğlanları 1973 HəY YoxN YoxN
Çarvadarların izi ilə 1974 HəY YoxN YoxN
Hədiyyə 1974 HəY HəY YoxN
Yeni üsul 1974 HəY YoxN YoxN
Vulkana doğru 1977 HəY YoxN YoxN
Azərbaycanın palçıq vulkanları 1979 HəY HəY YoxN
Çovqan oyunu 1979 HəY HəY YoxN
Lahıc 1979 HəY HəY YoxN
Mən mahnı qoşuram 1979 HəY HəY YoxN
Əzablı yollar 1982 HəY YoxN YoxN
Musiqi müəllimi 1983 HəY HəY YoxN
Yaxşı qurtardıq 1985 HəY YoxN YoxN
Xüsusi vəziyyət 1986 HəY YoxN YoxN
Fayl:Yay Gününün Xəzan Yarpaqları (1986).JPG
Yay gününün xəzan yarpaqları 1986 HəY YoxN YoxN
Sürəyya 1987 HəY YoxN YoxN
Ölsəm... bağışla 1989 YoxN YoxN HəY
Son tamaşa 1989 HəY HəY YoxN
Özüm və zaman haqqında 1991 HəY HəY YoxN
Prima 1994 HəY HəY YoxN
Fayl:Otel Otağı (1998).JPG
Otel otağı 1998 YoxN YoxN HəY
İstanbul reysi 2010 YoxN YoxN HəY
Maestro 2011 HəY HəY YoxN

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.
  3. "Azərbaycanın xalq artisti vəfat etdi". 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-25.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • "Rejissor taleyinin zirvələri" //"Pəncərə" jurnalı.- 2009, № 21. - səh. 72-79.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]