Tiyuldar — Vikipediya

Tiyuldar — tiyul sahibi. Tiyuldar vergi toplamaq və məhkəmə inzibati hüquqlara malik olsa da, tiyul sahəsi onun xüsusi mülkiyyəti hesab olunmurdu. Sonralar, xüsusilə də xanlıqlar dövründə tiyuldarlar mütəmadi şəkildə xan təliqəsi ilə təsdiqlənirdilər. Quba xanlığında rəiyyətin tiyuldardan şəxsi asılılığı və ona xidmət göstərməsi xanın əmri ilə qanuniləşdirilirdi.