Titikaka gölü — Vikipediya

Titikaka gölü
isp. Titicaca, keçua Titiqaqa, aym. Titiqaqa
Titikaka gölü
Titikaka gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3812—3821 m
Eni 97 km
Uzunluğu 230 km
Sahil uzunluğu 1.125 km
Sahəsi 8300 km²
Həcmi 893 km³
Dərin yeri 304 m
Orta dərinliyi 140—180 m
Axan çay Desaquadero
Yerləşməsi
15°50′11″ c. e. 69°20′19″ q. u.
Ölkələr
Yerləşməsi Peru və Boliviyanın sərhədində
Titikaka gölü xəritədə
Titikaka gölü
Titikaka gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Titikaka gölüPeruBoliviya arasında qalan Cənubi Amerikanın ən böyük şirin su gölü. Dünyanın ən hündürdə yerləşən gölüdür. Tektonik çatlar nəticəsində əmələ gəlmişdir.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

8.288 kvadrat kilometr sahəyə sahib olan göl And dağlarının Altiplano adı verilən platosunda, PeruBoliviya arasında yerləşir. Qərb sahili Peruya, şərq sahili isə Boliviyaya aiddir. Titikaka Gölü, ticarət gəmilərinin də üzdüyü bir göldür. Tibet platosunda ondan daha yüksəkdə yerləşən göllər olsa da, böyüklüyünə görə (4000 metr yüksəklikdə) birincidir. Dəniz səviyyəsindən yüksəkliyi 3.810 metr olub 194 km uzunluğa və 65 km enə malikdir. Orta dərinliyi 140-180 metr arasındadır. Bəzi yerlilər dibsiz olduğunu iddia etsələr də, ən dərin yeri 280 metrdir. 25-dən çox çay bu gölə tökülür. İnk mədəniyyətinin izlərini saxlayan Günəş Adası (Isla del Sol) daxil irili xırdalı bir çox adacığı bölünür. Ətrafında yaşayan xalq üçün göldə edilən balıqçılıq əhəmiyyətli bir dolanışıq mənbəyidir.

Adının mənşəyi[redaktə | mənbəni redaktə et]

Adının haradan gəldiyi qəti olaraq bilinməməklə birlikdə iki Aymara sözünün yan-yana gəlməsindən meydana gəlmişdir. Titi "böyük pişik" , Kak isə " qaya " mənasını verir və tərcüməsi Puma qayasında olaraq başa düşülür. Əfsanəyə görə ilk İnk Kralı Manco CAPAC Günəş Adasında ilk olaraq , pişik başını xatırladan bir qayaya rast gəlir. Göl xəritəsinə başı aşağı baxıldığında, yatan pişik forması ayırd edilə bilər. Buna qarşı Quechua dili Titi " güllə" və ya " güllə rəngi" qaqa isə " qaya " deməkdir. Yəni "kurşini (güllə rəngi) qaya".

Göldə həyat[redaktə | mənbəni redaktə et]

Titikaka gölünün xarakteristika xüsusiyyətlərindən biri üzən adacıqlar. Bu adalarda yaşayanlara ' Uros ' (çoxluq söz) adı verilmişdir. Uros, üzən adacıqları döyüşçü İnklərdən qorunmaq məqsədilə, bölgəyə xas Totora adlı bir bitkinin kargılarını çarpaz olaraq bir araya gətirərək meydana gətirərlər. Üzərində sadə tikililər də inşa etdikləri bu adacıqları balıq ovunda istifadə edərlər. Uros, ənənəvi həyat şəkilləriylə qürur duyarlar. Turistlərin yellənən adalarını ziyarət etməsinə icazə verirlər. Peruya aid Taquile adasında bu gün təxminən 1.600 Kecua yaşamaqdadır. Bu 5,5 km uzunluğunda və 1,6 km enə malik adada yaşayan xalq, gəlmələrdən gizləndikləri üçün çox sonralar aşkarlanmışlar. Hörgük hörən kişiləri səbəbiylə adalardan birinə hörgü hörən kişilər adası adı da verilir. Gölün Boliviya tərəfində müqəddəs adalar, Günəş Adası (Isla del Sol) və Ay Adası (Isla de la Luna) vardır. Hər ikisində də kiçik ənənəvi kənd və çox sayda köhnə xaraba mövcuddur.  Uros adacıqlarının panoramik görünüşü ilə insanları özünə cəlb edir.

Fauna[redaktə | mənbəni redaktə et]

Titikaka Gölü, bir sıra nadir rast gəlinən heyvana həyat mühiti təqdim edir. Bunlardan biri Titikaka dalğıcı (Rollandia microptera) deyilən quşdur. Bu quşun maraqlı tərəfi, kiçik qanadları səbəbiylə uça bilməməsidir. Təhlükə anında suyun üstündə sürətli addımlar ataraq və çox güclü qanad çırpmalarla qaçır. Ancaq bu qanad çırpmalara baxmayaraq quş uça bilmir. Digər bir endemik canlı isə Titikaka qurbağasıdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]