Tina Törner — Vikipediya

Tina Törner
ing. Tina Turner
Ümumi məlumatlar
Doğum adı Anna Mae Bullock
Ləqəbi Tina Turner
Doğum tarixi 26 noyabr 1939(1939-11-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 may 2023(2023-05-24)[3][4] (83 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Uşaqları 4[5]
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, rəqqasə, avtobioqraf[d], mahnı müəllifi[d], səsyazma sənətçisi[d], aktrisa, xoreoqraf, musiqiçi
Fəaliyyət illəri 1960–2020
Janrlar rok, soul, pop musiqisi, kantri, rok-n-roll, R&B, fank[d]
Səs tembri kontralto
Albom şirkətləri Capitol Records[d], Parlophone[d]
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri Kennedi Mərkəzinin fəxri mükafatı
İmzanın şəkli
tinaturnerofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tina Törner (ing. Tina Turner; 26 noyabr 1939[1][2][…], Braunsvill[d], Tennessi[6][7][…]24 may 2023[3][4], Küsnaxt[d][8][9]) — amerikalı müğənni, rəqqas, aktrisa və yazıçı. "Rok-n-Roll kraliçası" kimi tanınan Törner solo ifaçı kimi uğurlu karyerasına başlamazdan əvvəl Ike & Tina Turner Revue qrupunun aparıcı müğənnisi kimi tanınıb. Tina Törner eyni zamanda moda ikonu olaraq da məşhurlaşmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əsil adı Anna Mae Bulok olan Tina Törner, 1939-cu ilin 26 noyabr tarixində ABŞ-nin Tennessi ştatında yerləşən kiçik Natbuş şəhərində anadan olmuşdur. Sent-Luis şəhərində yerləşən gecə klublarında səhnəyə çıxmağa başlayan Tina Törner sonralar evlənəcəyi gitarist İka Turner tərəfindən kəşf edilmişdir. 1956-cı ildə İka Turnerin yaratdığı qrupa vokalist olaraq qoşulması çütlüyün arasında olan münasibəti evliliyə qədər aparmışdır.

İka Turnerin irrasional hərəkətləri səbəbindən çütlük 1975-ci ildə ayrılır. 1975–1983-cü illər aralığında fəaliyyəti istədiyi kimi alınmayan Törner, 1983-cü ildə Capitol adlı albom şirkəti ilə müqavilə imzalayır. Al Qreen tərəfindən məşhurlaşdırılan Let's Stay Together mahnısını ifa etməsi Törnerin məşhurluğunun artmasına səbəb olur və İngiltərə Top 10 sinql arasına girməyi bacarır. What's Love Got to With It sinqli İngiltərə musiqi siyahılarında III yeri tutsa da ABŞ-də liderlik əldə edir.

Bu mahnında yer aldığı albom Ən yaxşı albom və Ən yaxşı qadın pop vokalist nominasiyalarında sahibinə 2 Qremmi mükafatı qazandırır. 1984-cü ildə Tina Törner Mad Max Beyond The Thunderdome adlı filmdə rol almağı qəbul edir. Törnerin növbəti hiti We Don't Need Another Hero adlı sinql olur və mahnı Mad Max Beyond The Thunderdome adlı filmdə istifadə edilir. Növbəti il keçirilən yardım kompaniyasına dəstək məqsədi ilə Mik Ceker ilə duet oxuyan Tina Törnerin məşhurluğu dünya səviyyəsinə çatır.

Çətin bir uşaqlıq və gənclik dövrü keçirdiyini verdiyi mübahisələrində və görüşlərində tez-tez xatırladan müğənni 1985-ci ildə özünün avtobioqrafiyasını yazır və 1993-cü ildə ona dünyü miqyasında məşhurluq gətirən What's Love Got to Do With It sinqlı üçün film çəkilir. 2013-cü ildə Ervin Bax ilə evlənən Tina Törner İsveçrə vətəndaşlığını qəbul edir və bu ölkəyə yerləşir. Törner ömrünün sonuna qədər Sürix yaxınlığında yerləşən kiçik Küsnaxt qəsəbəsində yaşayıb.

Albomlar[redaktə | mənbəni redaktə et]

Studio albomları[redaktə | mənbəni redaktə et]

  • Tina Turns the Country On! (1974)
  • Acid Queen (1975)
  • Rough (1978)
  • Love Explosion (1979)
  • Private Dancer (1984)
  • Break Every Rule (1986)
  • Foreign Affair (1989)
  • Wildest Dreams (1996)
  • Twenty Four Seven (1999)
  • Beyond (2009)
  • Beyond Children (2011)
  • Beyond Love Within (2014)

Konsert albomları[redaktə | mənbəni redaktə et]

  • Tina Live in Europe (1988)
  • VH1 Divas 1999 (2000)

Filmlər[redaktə | mənbəni redaktə et]

Tina Törnerin doğum yeri olan Tennessi ştatının Natbuş şəhərində asılmış bir elan: Tina Törnerin doğuldu şəhərə xoş gəlmisiniz.
Film
İl Film Rol Qeyd
1970 Gimme Shelter Özü Sənədli film
1971 Taking Off Özü
1975 Tommy Asid Kraliçası
1976 All This and World War II Özü Sənədli film
1978 Sgt. Pepper's Lonely Hearts Club Band Bizim qonlaqlar
1979 John Denver and the Ladies Özü
1985 Mad Max Beyond Thunderdome Enti xala
1993 What's Love Got to Do with It Özü
1993 Last Action Hero bələdiyyə başçısı
TV
İl Film Rol Qeyd
1966 The Big T. N. T. Show Özü Sənədli film
1970 It's Your Thing Özü Sənədli film
1971 Soul to Soul Özü Sənədli film
2000 Ally McBeal Özü

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]