Timo Verner — Vikipediya

Timo Verner
alm. Timo Werner
Verner 2018
Verner 2018
Ümumi məlumatlar
Tam adı Timo Verner
Doğum tarixi 6 mart 1996(1996-03-06)[1][2] (28 yaş)
Doğum yeri Ştutqart, Almaniya
Vətəndaşlığı
Boyu 1,81
Çəkisi 75 kq
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Almaniya RB Leypziq
Nömrəsi 11
Karyerası
Gənclik karyerası
2002—2013 Almaniya Ştutqart
Klub karyerası[* 1]
2013—2016 Almaniya Ştutqart 95 (13)
2016—h.h Almaniya RB Leypziq 31 (21)
Milli yığma[* 2]
2011—2012 Almaniya Almaniya U-16 5 (2)
2012—2013 Almaniya Almaniya U-17 18 (16)
2013—2015 Almaniya Almaniya U-19 11 (9)
2015—h.h Almaniya Almaniya U-21 7 (3)
2017—h.h Almaniya Almaniya 5 (3)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.[3]

Klub karyerası[redaktə | mənbəni redaktə et]

VfB Ştutqart[redaktə | mənbəni redaktə et]

Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir.[4] 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür.[5]

O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür.[6]

Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.[7]

RB Leypziq[redaktə | mənbəni redaktə et]

11 iyun 2016-cı ildə Verner RB Leypziq klubu ilə dörd illik müqavilə imzalamışdır. Transferin qiyməti 10 milyon avro olmuşdur. Verner RB Leypziq klubunun ən bahalı transferi kimi tarixə düşmüşdür.

Milli karyerası[redaktə | mənbəni redaktə et]

Verner Almaniya millisi ilə 2012 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.

Verner 2017-ci ildə Yoahim Lövün rəhbərliyi altında 22 mart 2017-ci ildə İngiltərə milli ilə yoldaşlıq oyunu üçün, 26 mart 2017-ci ildə Azərbaycan millisi ilə 2018 Dünya Kuboku təsnifat mərhələsi oyunu üçün əsas milli komandaya çağırılmışdır.[8] 25 iyun 2017-ci ildə Verner Konfederasiyalar Kubokunda Kamerun millisinə qarşı oyunda iki qolla yadda qalmışdır.

Klub statistikası[redaktə | mənbəni redaktə et]

6 May 2017 tarixində yenilənib[9]
Klub Mövsüm Liqa Kubok Avropa Ümumi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Ştutqart 2013–14 30 4 2 0 2 0 34 4
2014–15 32 3 1 0 33 3
2015–16 33 6 3 1 1 0 37 7
Totals 95 13 6 1 3 0 104 14
RB Leypziq 2016–17 31 21 1 0 32 21
Ümumi karyera 126 34 7 1 3 0 136 35

Milli komanda qolları[redaktə | mənbəni redaktə et]

29 İyun 2017 tarixində yenilənib (Nəticələr və qollar Almaniya hesablamasının birinci siyahısındadır.)
# Tarix Məkan Rəqib Hesab Nəticə Turnir
1. 25 İyun 2017 Fişt Olimpiya stadionu, Soçi, Rusiya  Kamerun
2–0
3–1
2017 FİFA Konfederasiyalar Kuboku
2.
3–1
3. 29 İyun 2017  Meksika
3–1
4–1

Uğurları[redaktə | mənbəni redaktə et]

Fərdi[redaktə | mənbəni redaktə et]

  • Fritz Valter Medalı 2013-cü ildə Qızıl (Kateqoriya U17)
  • Fritz Valter Medalı 2015-ci ildə Gümüş (Kateqoriya U19)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Timo Werner // Transfermarkt (çd.). 2000.
  2. https://www.dfb.de/datencenter/personen/263930/spieler.
  3. "Werner wechselt für zehn Millionen Euro nach Leipzig". kicker.de (alman). 11 June 2016. 3 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2017.
  4. "Lineups Botev Plovdiv – VfB Stuttgart". uefa.com. UEFA. 1 August 2013. 4 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2013.
  5. "Timo Werner on the climb". vfb.de. VfB Stuttgart. 1 August 2013. 5 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 August 2013.
  6. "Blitzstarter: Ibisevic und Werner ebnen den Weg". kicker.de (alman). 10 November 2013. 31 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2017.
  7. "Timo Werner signs until 2018". vfb.de. VfB Stuttgart. 6 March 2014. 18 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 March 2014.
  8. ""Absolut verdient": Löw nominiert Werner erstmals". kicker.de (alman). 17 March 2017. 24 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2017.
  9. Soccerway.com saytında profili (ing.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]