Tiflis qəzası — Vikipediya

Tiflis qəzası
rus. Тифлисский уезд
gürc. თბილისის მაზრა
Quberniyanın gerbi
Quberniyanın gerbi
Ölkə  Rusiya İmperiyası
Quberniya Tiflis quberniyası
Mərkəzi Tiflis[1]
Yaradılıb 1801
Ləğv edilib 1930
Sahəsi
  • 3.688,4 kvadrat verst
Əhalisi
  • 234.632 nəf. (1897)[2]
Xəritə
Tiflis qəzası rus. Тифлисский уезд gürc. თბილისის მაზრა xəritədə

Tiflis qəzası — 23 noyabr, 1804-cü ildə Rusiya imperatoru I Aleksandrın verdiyi əmrə əsasən inzibati mərkəzin Tiflis şəhəri olması dəyişdirilmədən Loru qəzasının adı "Tiflis qəzası" olaraq dəyişdirildi.[3]

1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi.[4] Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.[5] Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır.[4] Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı.[5] Beləliklə, həmin məlumatlara əsasən Tiflis qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 57.950 nəfər əhali yaşayırdı.[4]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139 – 141. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. История Грузии. Тома 1-3. Перевод с грузинского. Тбилиси, 1962 г. Том 3, Тбилиси, 1968..
  2. http://demoscope.ru/weekly/ssp/rus_gub_97.php?reg=69.
  3. Главное архивное управление при Совете Министров Грузинской ССР. Центральный государственный исторический архив Грузии. Путеводитель. Второе, уточненное и дополненное издание: Оглавление –> XIV. Научно-справочная библиотека –> Приложения: об изменениях административно-территориального деления Грузии (1801-1921 гг.). Под редакцией В. Я. Качарава (Главный редактор), Ш. К. Чхетия, С. С. Лекишвили. Издательство "Сабчота Сакартвело", Тбилиси, 1976, стр. 345
  4. 1 2 3 О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
  5. 1 2 О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 140. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.