Tetuan — Vikipediya

Tetuan
‫Tetwān تطوان‬
ⵜⵉⵟⵟⴰⵡⵉⵏ
Gerb
Gerb
35°34′ şm. e. 5°22′ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 90 m
Saat qurşağı
  • Mərkəzi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
Rəqəmsal identifikatorlar
Poçt indeksi 93000
Digər
tetouan.ma
Tetuan xəritədə
Tetuan
Tetuan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Tetuan (ərəb. تطوان‎ , bər. ⵜⵉⵟⵟⴰⵡⵉⵏ , isp. Tetuán) və ya ləqəbi ilə Ağ Göyərçin (ərəb. الحمامة البيضاء‎)[3]Mərakeşin şimalında yerləşən şəhər. Martil vadisi boyunca uzanır və Çərakeşin Aralıq dənizindəki iki böyük limanından biridir. Şəhər Cəbəllütariq boğazından bir neçə mil cənubda və Tanjerin təxminən 60 km (40 mil) şərq-cənub-şərqində yerləşir. 2014-cü il Mərakeş siyahıyaalınması zamanı şəhər əhalisi 380 787 olaraq qeyd edilmişdir.[4] Şəhər Tanjer-Tetuan-Əl-Xoceyma inzibati ərazi vahidinə daxildir.

Şəhər 2000 ildən çox bir çox inkişaf dövrünün şahidi olmuşdur. Müasir şəhər hüdudlarından bir neçə mil kənarda aşkar edilən ilk yaşayış yerləri Mavretaniyalı bərbərlərə məxsus idi və eramızdan əvvəl 3-cü əsrə aid idi. Bir əsr sonra Finikiyalılar buarada ticarət etdi və onlardan sonra qədim Tamuda şəhəri kimi tanınan yer İmperator Avqustun rəhbərliyi altında bir Roma koloniyasına çevrildi.[5][6]

13-cü əsrin sonlarında bərbər Marinid sülaləsi, indi köhnə şəhər olan yerdə kasbah və məscid tikməyə başladı. Çox keçmədən 1305-ci ildə, sultan Əbu Sabit Əmir tərəfindən yaşayış məntəqəsinin miqyası genişləndirildi.[7] 15-ci əsrin əvvəllərində kastiliyalılar şəjəri piratçılığa görə qisas səbəbindən məhv etdilər.

Şəhərin müasir tarixi XV əsrin sonlarında başlayır. Tetuan, 1492-ci ildə İspaniya rekonkistası zamanı Əndəlüs Katolik monarxları II FerdinandI İzabellanın əlinə düşməzdən on il əvvəl Qranada şəhərindən köçən Əli əl-Mandri tərəfindən yenidən quruldu və istehkamla əhatə olundu. Əndəlüsdən gələn minlərlə müsəlman və yəhudi Mərakeşin şimalında və Tetuan şəhərinin dağıntılarında yerləşdilər.[8] Şəhər yenidənqurma və müxtəlif sahələrdə böyümə dövründən keçdi və Əndəlüs sivilizasiyasının qəbulu mərkəzinə çevrildi. Buna görə də şəhər tez-tez Qranada ilə əlaqələndirilir və Qranadanın qızı kimi qeyd olunur.[9][10] Buradakı bəzi ailələr hələ də Qranadadakı köhnə evlərinə aid açarları saxlayırlar.[8] Şəhər həmçinin, Səfərad yəhudiləri tərəfindən "Pequeña Jerusalén" (Kiçik Qüds) ləqəbi ilə də adlandırılmışdır.[11][12] Əhalinin böyük əksəriyyəti müsəlmanlardır və kiçik xristianyəhudi icmaları da mövcud olsa da,[13] son onilliklərdə onların iştirakı kəskin şəkildə azalmışdır.

1913-cü ildə Tetuan Cəlifə (Sultan üçün vitse kral vəzifəsini yerinə yetirən Mərakeş şahzadəsi) və ona akkreditə edilmiş İspan Ali Komissarı tərəfindən idarə olunan İspan Mərakeş Protektoratının paytaxtı oldu. Şəhər, 1956-cı ildə Mərakeş tam müstəqilliyini bərpa edənə qədər paytaxt olaraq qaldı.

Tetuan, tanınmış bir multikultural mərkəzdir.[14] Tetuanın mədinəsi – tarixi şəhər hissəsi 1997-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[15] Şəhər 2017-ci ildən bəri əl və folklyor sənəti sahəsində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin bir hissəsidir.[16][17]

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Şəhərin bərbərcə adı hərfi mənada "gözlər", məcazi mənada isə "bulaqlar" deməkdir.[18] Şəhər 13 əsrin sonlarında qurulmazdan əvvəl burada Tittavin adlanan kiçik istehkamlar mövcud idi.[19] Mövcud ad ilk dəfə 9-cu əsr ərəb salnamələrində II İdrisin ölümündən sonra qeyd olunur.[20] Marinid sülaləsi dövründə şəhərinin rəsmi adı "Afraq" (bərbərcə "çadır (kraliyyət)") idi. Qeyri-rəsmi sənədlər isə şəhərə Tetuan kimi istinad edirdi.

Afrikalı Levə görə, bu ad, qotların şəhər hökumətini bir gözü olan qadına verməsindən sonra sakinlərin şəhəri öz dillərində "göz" mənasını verən Tettequin kimi adlandırmasından gəlir.[21]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 2014 Moroccan census. / red. High Commission for Planning
  2. http://rgph2014.hcp.ma/file/166326/.
  3. "Tetouan "the white dove" by Danielle Higgins - USAC". blog.usac.edu (ingilis). 2015-05-28. 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.
  4. "POPULATION LÉGALE DES RÉGIONS, PROVINCES, PRÉFECTURES, MUNICIPALITÉS, ARRONDISSEMENTS ET COMMUNES DU ROYAUME D'APRÈS LES RÉSULTATS DU RGPH 2014" (ərəb və fransız). High Commission for Planning, Morocco. 8 aprel 2015. 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2017.
  5. M. Tarradell, El poblamiento antiguo del Rio Martin, Tamuda, IV, 1957, p. 272
  6. M. R. El Azifi, " L'habitat ancien de la vallée de Martil " in Revue de la Faculté des lettres de Tétouan, 1990, 4e année, n° 4, p. 65–81.  (ərəb.)
  7. Ali ibn-abi-Zar' (1326) — Rawd Al-Kirtas (Histoire des souverains du Maghreb et annales de la ville de Fès. Traduction française Auguste Beaumier. Editions La Porte, Rabat, 1999, 325 p.
  8. 1 2 Duran, Khalid, "Andalusia's Nostalgia for Progress and Harmonious Heresy", Middle East Report 178 (ingilis), 1992, 2018-12-10 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-10-01 – Middle East Research and Information Project vasitəsilə
  9. Ouasti, Boussif. "Tétouan de Delo" ou la "Fille de Grenade": vue par un voyageur français au seuil du XX siècle (fransız). Association des Activtés Sociales et Culturelles de la Facultés des Lettres et des Sciences Humaines de Tétouan. 1996.
  10. Kusserow, Mourad. "The Maghrebʹs Moorish-Spanish legacy - Andalusia begins in northern Morocco". Qantara.de. Nina Coon tərəfindən tərcümə olunub. 2018. 2018-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  11. Proyección histórica de España en sus tres culturas: Castilla y León, América y el mediterráneo. Historia e historia de América. Junta de Castilla y León. 1993. 387. ISBN 978-8478461905.
  12. "Tetuán, la pequeña Jerusalén, con Jacobo Israel Garzón | Radio Sefarad". www.radiosefarad.com (ispan). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.
  13. Bennaboud, M'Hammad. "The Muslims and Jews of Tétouan". Qantara.de (Müsahibə). 2014. 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-04.
  14. The new encyclopaedia Britannica. Encyclopaedia Britannica, inc. (15th). Çikaqo: Britannika Ensiklopediyası. 1997. 659. ISBN 978-0852296332. OCLC 35581195.
  15. Centre, UNESCO World Heritage. "Medina of Tétouan (formerly known as Titawin)". whc.unesco.org (ingilis). 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.
  16. "Tétouan | Creative Cities Network". en.unesco.org (ingilis). 2019-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.
  17. "Tetouan Joins UNESCO's Creative Cities Network | MAP". www.mapnews.ma. 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.
  18. Bnana, Muhned Z. "Aman Iman - One thousand Berber and Hassaniya words" (ingilis): 34.
  19. Tittawin, Halima Ferhat, The Encyclopaedia of Islam, Vol. X, ed. P. J. Bearman, T. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs, (Brill, 2000), 549.
  20. Tittawin, Halima Ferhat, The Encyclopaedia of Islam, Vol. X, 549.
  21. 1550., Leo, Africanus, approximately 1492-approximately. The history and description of Africa and of the notable things therein contained. Brown, Robert, 1842-1895. Cambridge: Cambridge University Press. 2010. 511. ISBN 9781108012881. OCLC 717137503.