Tengiz Abuladze — Vikipediya

Tengiz Abuladze
gürc. თენგიზ აბულაძე
Doğum adı თენგიზ აბულაძე
Doğum tarixi 31 yanvar 1924(1924-01-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 mart 1994(1994-03-06)[2][3][…] (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, ssenarist
Fəaliyyət illəri 1956-cı ildən
Təhsili
Üzvlüyü
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
SSRİ xalq artisti "Lenin" mükafatı
IMDb ID0002156

Tengiz Yevgeniyeviç Abuladze(gürc. თენგიზ აბულაძე; 31 yanvar 1924[1][2][…], Kutaisi6 mart 1994[2][3][…], Tbilisi) — sovet kinorejissoru, pedaqoqu. SSRİ xalq artisti (1980).[5]

Həyatı[redaktə | mənbəni redaktə et]

Tengiz Yevgeniyeviç Abuladze 31 yanvar 1924-cü ildə Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdu. Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda oxumuşdu.

Tengiz Abuladze Giorgi Leonidzenin eyni adlı hekayələr toplusu üzrə “Arzu ağacı” bədii filmini çəkmişdir. Yazıçı burada uşaqlıq dövrünün əhvalatlarını xatırlayır, böyüdüyü mühiti təsvir edir, özünə yaxın olan adamları hekayələrinin personajlarına çevirir.

Tengiz Abuladze müxtəlif hekayələrinin (“Pupala”, “Tsitsikore”, “Marita” və s.) qəhrəmanlarının əhvalatlarını ümumiləşdirir, yeni personajlar daxil edir, bir çox epizodları dəyişdirir. Məsələn hekayədə kənddən didərgin düşmüş Marita dərd çəkməkdən ölür, filmdə isə rəhmsiz avam camaat onunla haqq-hesab çəkir. Lakin filmdə Leonidzenin əsərinin əsas fikir xətti saxlanmışdır.

Gəncliyi və ilk filmləri[redaktə | mənbəni redaktə et]

1955-ci ildə Tengiz Abuladze və Rezo Çxeidze debüt filmləri «Maqdanın eşşəyi» ilə gürcü kinematoqrafiyasında yeni mərhələnin açılışını etdilər. Həmin dövrdə çəkilən filmlər neorealizm estetikasının prinsipləri əsasında qurulurdu. Rejissor R.Çxeidzenin müharibə mövzusunda çəkdiyi «Əsgər atası» filmini postsovet məkanında görməyən yoxdur. Bu filmdə aktyor Serqo Zakariadze oynadığı rolla tipik gürcü obrazını yaratmışdı. (Zakariadze bu roluna görə Kann festivalında «ən yaxşı kişi rolu» nominasiyasının qalibi olub). Uzun illər Zakariadzenin qəhrəmanı bütün sovet kinosunda gürcü mənşəli personajlar üçün etalona çevrilmişdi. Hətta müasir dövrümüzdə də rus kinosu bu etalondan istifadə etməkdədir.

Tengiz Abuladze və Otar İoselianinin filmləri isə gürcü kinematoqrafiyasını dünya kino arenasına çıxartdı. İoselianinin, demək olar ki, bütün filmləri tamaşaçılar və kino tənqidçiləri tərəfindən alqışlandı.

1972-ci ildə Rustaveli adına Tbilisi Teatr İnstitutunda kino fakültəsi açılır. Bir müddət sonra isə teatr institutunun adı dəyişdirilib Tbilisi Teatr və Kino İnstitutu adlandırılır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Абуладзе Тенгиз Евгеньевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Tengis Abuladse // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 3 Museum of Modern Art online collection (ing.).
  5. Новая Российская энциклопедия: в 12 т. / Редкол.: А. Д. Некипелов, В. И. Данилов-Данильян, В. М. Карев и др. — М.: ООО «Издательство „Энциклопедия“» Т. 2 А — Баяр, 2005. — 960 с.: ил.