Tbilisi daşqını (2015) — Vikipediya

Tbilisi daşqını
Tarix 14 iyun 2015-ci il
Başlama tarixi 14 iyun 2015
Yeri Tbilisi, Gürcüstan
Qurbanlar
Ölənlərin sayı
  • 12
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tbilisi daşqını14 iyun 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş vermiş daşqın. Daşqın nəticəsində azı 12 adam ölüb. Hadisə ilə bağlı iyunun 15-də Gürcüstanda matəm elan olunub.

Haqqında[redaktə | mənbəni redaktə et]

Bazar gününə keçən gecə baş vermiş leysan yağışlar nəticəsində şəhərin bir neçə rayonunda daşqın baş verib. Evlərin həyətləri, binaların birinci mərtəbələri və yüzlərlə evin zirzəmiləri, yeraltı keçidlər suyun altında qalıb.[1]

Daşqın zamanı şəhər zooparkından 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb. Qaçan heyvanların axtarışı aparılır. Heyvanlardan bəzilərini tutmaq mümkün olub, bəziləri isə öldürülüb.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Tbilisidə baş vermiş daşqında ən azı 12 nəfər həlak olub" (az.). bbc.com. 14 İyun 2015. İstifadə tarixi: 2015-06-15.