Tayana Tüdegeş — Vikipediya

Tayana Tüdegeş
Doğum tarixi 19 noyabr 1957(1957-11-19)
Doğum yeri
Vəfat tarixi 15 fevral 2022(2022-02-15) (64 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti şairə
Üzvlüyü
  • Rusiya Yazıçılar Birliyi[d]

Tayana Tüdegeş (rus. Тайана Васильевна Тудегешева, 19 noyabr 1957, Ust-Anzas[d], Kemerovo vilayəti15 fevral 2022, Sankt-Peterburq) — Şor yazıçısı, şairi. O, Rusiya Yazıçılar Birliyinin üzvüdür.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

19 noyabr 1957-ci ildə Şor türklərinin ölkəsi Şoryanın Taştagol bölgəsi Ust-Anzas kəndində anadan olmuşdur. Atası Şor dili müəllimi Vasili olmuşdur. Tayana şer yazmağa VI sinifdə oxuyarkən başlamışdır. 1998-ci ildə Şor ədəbiyyatında ilk kitabı olan "Şoryam" nəşr edilmişdir.[2] 2000-ci ildə Rusiya Yazıçılar Birliyinə üzv olmuşdur. Qorki adına Ədəbiyyat İnistitutundakı ədəbiyyat dərslərinə qatılmışdır. 2000-ci ildə Tayana Vasilyev qızı Tüdegeşyeva şerlərini toplu halda "Poyuşçiye strelı vremen" adlı kitabında nəşr etdirdi. Daha sonra şerlərinin antologiyası Kemerovo oblastı idarəsinin dəstəyi ilə yenidən 2007-ci ildə nəşr edildi. Nəşrin ruscası "Nebesnıy polet devyatiglazıh strel" adı yayımlanmışdır. Tayana Tüdegeşin çox sayda ədəbiyyat jurnallarında məqalələri yayımlanmışdır. "Naş sovremennik", "Literaturnıy Kuzbass", "Ogni Kuzbassa", "Sibirskie ogni" və s. jurnalları buna misal göstərmək olar. Onun şerləri və yazıları XX əsr Sibirin ən yaxşı 100 əsərləri siyahısına daxil olmuşdur. Uşaqlar üçün yazdığı şerlər və tapmacalardan ibarət olan "Elim" adlı əsəri vardır. Son dövrlərdə bölgədəki yerli xalqın mədəniyyətinin yox olmasına mane olmaq üçün Novokuznetskdə "Tazıhan" adlı etnoqrafik-tarixi Şor muzeyi yaratmışdır. Novokuznetsk bələdiyyə rəhbərinin köməkçiliyini etmişdir. Hələ də Novokuznetsk şəhərində yaşamaqdadır. Əsərlərinin əsas mövzusunu Şor vətəni təşkil edir. Keçmiş, bu gün və gələcək əsərlərində görülən mövzulardandır. Dağlıq Şor bölgəsinin ruhundan bəhs edən əsərləri ən yaxşılardan hesab edilir.[3]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Tudegeşeva-Kanıştarova T. Nebesnıy polet devyatiglazıh strel / T. Tudegeşeva-Kanıştarova. – Kemerovo: Kuzbass, 2007. – 192 s. *Tudegeşeva T.: "Ya vetv abinskogo naroda" / T. Tudegeşeva // Kuzbass. – 2007. – 29 iyunya (№ 114). Tudegeşeva T. V. Stihi // Çedıgen: sbornik proizvedeniy şorskoy literaturı na şorskom i russkom yazıkah / sostavitel Lyubov İliniçna Çuljanova; Gennadiy Vasileviç Kostoçakov; sostavitel Lyubov Nikitovna Arbaçakova. – Kemerovo: Kuzbassvuzizdat, 2007. – S. 113–126. Tudegeşeva T. Şoriyanka, devoçka lesnaya / T. Tudegeşeva // Ogni Kuzbassa. – 2006. – № 1. Tudegeşeva T. Raduga narodov / T. Tudegeşeva // Tugan Çer (Rodnaya zemlya). – 2000. – № 9. Tudegeşeva T. Poyuşçie strelı vremen / T. Tudegeşeva şorskogo. – Novokuznetsk: Kuznetskaya krepost, 2000. – 167 s. Niçik Nikolay. "Ya – doç, ya – vetv abinskogo naroda…" / Nikolay Niçik // Ogni Kuzbassa. – 2013. – № 4. – S. 140–142. *Popok V. B. Tayana Tudegeşeva / V. B. Popok // Kuzbass. –2013. – 24 sentyabrya (№ 173). – S. 3. Tatyana (Tayana) Vasilevna Tudegeşeva: Şoriya i drevnie tyurki //Literaturnıy portret Şorii : kniga dlya uçitelya rodnoy (şorskoy) literaturı / sostavitel Е. N. Çaykovskaya; KuzGPА. – Kemerovo: Primula, 2009. – S. 65–74. Pereyaslov N. О poezii T. Tudegeşevoy / N. Pereyaslov // Sibirskie ogni. – 2008. – № 2 Pisateli Gornoy Şorii / Pod. red. L. İ. Çuljanovoy. – Mejdureçensk: İzdat. -poligraf. firma "Samir", 2007. – 12 s.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tayana Tüdegeş". 26 aprel 2017 tarixində arxivləşdirilib.
  2. "Таяна Васильевна Тудегешева". rospisatel.ru. 2017-03-18 tarixində arxivləşdirilib.
  3. "Стихи шорской поэтессы, члена Союза писателей России Таяны Тудегешевой размещены на сайте «Российские писатели»". shor-people.ru. 2021-12-01 tarixində arxivləşdirilib.