Taxtakörpü SES — Vikipediya

Taxtakörpü SES
Taxtakörpü Su Elektrik Stansiyası
Xəritə
Ümumi məlumatlar
Sahəsi 0,923 km²
Çay Samur
Sahibi Azərenerji ASC
Status İşlək
Tikilmə tarixi 2007
İstismara verilib 2013
İstismarçı Azərenerji ASC
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 75 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Turbin sayı 3x25 MVt
Əsas qurğular
Bənd tipi Torpaq
Bəndin hündürlüyü 142,5 m
Bəndin eni 754 m
Yerləşməsi
41°09′ şm. e. 48°59′ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Yer Cənubi Qafqaz
Taxtakörpü SES xəritədə
Taxtakörpü SES
Taxtakörpü SES
Taxtakörpü SES (Azərbaycan)
Taxtakörpü SES
link=:Şəkil:
Taxtakörpü SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taxtakörpü SES (tam adı: Taxtakörpü Su Elektrik Stansiyası) — Samurçay, Taxtakörpü su anbarı üzəində su elektrik stansiyası olub, Şabran şəhərinin yaxınlığında yerləşir.

Taxtakörpü SES-də ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılmışdır. Stansiya sərfiyyata nəzarət hovuzuna malikdir. Buraya su xüsusi ötürücü vasitəsilə verilir. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Həmin hovuzdan dəryaçaya sutullayıcı inşa edilmişdir. Taxtakörpü-Ceyranbatan kanalında gələcəkdə təmir aparılmasına ehtiyac olarsa və ya digər zəruri hallar yaranarsa, hovuzdakı normadan artıq su sutullayıcı vasitəsilə dəryaçaya yönəldiləcəkdir. Su elektrik stansiyası və açıq paylayıcı qurğuda əsasən Almaniya, Çexiya və digər xarici ölkələrdən gətirilən avadanlıq quraşdırılmışdır. Tikinti-quraşdırma işlərini əsasən yerli mütəxəssislər yerinə yetirmişlər. Bu prosesin reallaşmasına Almaniya, Çexiya və Türkiyədən dəvət olunan mütəxəssis və quraşdırıcılar da cəlb edilmişlər. Stansiyanın generasiya zalının sahəsi 923 kvadratmetrdir. Dispetçer otağında son elmi-texniki yeniliklərə əsaslanan avadanlıq quraşdırılmışdır. Stansiyanın daxili sərfiyyatı xüsusi otaqdan qidalanacaqdır. Qapalı paylayıcı qurğu, qəza dizel generatoru, digər qurğu və avadanlıq da inkişaf etmiş ölkələrin energetika obyektlərindəki standartlara uyğundur. 110 kilovoltluq açıq paylayıcı qurğu da mükəmməlliyi ilə seçilir. Burada Almaniyanın "Siemens" şirkətinin avadanlığı quraşdırılmışdır. Üç transformator, ifrat gərginlik boşaldıcısı, gərginlik və cərəyan transformatorları, eleqaz açarları, şin ayırıcıları, 110 kilovoltluq şinlərarası eleqaz açarı ən müasir avadanlıqdır. Açıq paylayıcı qurğudan elektrik enerjisi 110 kilovoltluq hava xətləri vasitəsilə 110 kilovoltluq 1-ci Xaçmaz hava xəttinə və 110 kilovoltluq 4-cü Siyəzən hava xəttinə ötürülür.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]