Tatyana Çaladze — Vikipediya

Tatyana Çaladze
Doğum tarixi
Doğum yeri Latviya SSR, SSRİ
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Uşağı 1 qız
İxtisası Jurnalist
Fəaliyyəti jurnalist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010

Tatyana Yevqenyevna Çaladze (19 fevral 1959, Latviya SSR2 dekabr 2017, Bakı) — LatviyaAzərbaycan jurnalisti.

Həyatı[redaktə | mənbəni redaktə et]

Latviyada anadan olmuş və böyümüş Tatyana Çaladze vaxtilə "Baltiyskoe vremya", "Atmoda" və "Latviyas layks" qəzetlərində işləyib.[1] 1992-ci ilin sonlarında Qarabağ müharibəsini işıqlandırmaq üçün Azərbaycana gəlib.[1] Döyüşlərin gedişində iştirak edib, qəlpə yarası alıb. O, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan tarixi haqqında bir çox məqalələrin müəllifidir.[1] Azərbaycan prezidentinin sərəncamı ilə 21 iyul 2010-cu ildə Tatyana Çaladzeyə Əməkdar jurnalist adı verilib.[2] İslam dinini qəbul etmişdi.[3]

O, 2017-ci il dekabrın 2-də vəfat edib.[4] Dekabrın 3-ü Bakının Yasamal rayonunda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.[4]

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Qarabağ: müharibə üzlərdə: 1992-1994: cəbhə albomu (2004)[5]
  2. Qarabağ: Onlar dürüst öldülər (rus. Карабахская Отечественная: они умирали честно) (2014)[6]
  3. Həmdərd (rus. Страдание) (2014)[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Azərbaycanın əməkdar jurnalisti vəfat edib". www.1news.az. 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
  2. "Tanınmış jurnalist Tatyana Çaladze vəfat edib". news.lent.az. 2017-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
  3. "Jurnalist Çaladze islamı qəbul edibmiş". teleqraf.com. 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2017.
  4. 1 2 "Tanınmış jurnalist Tatyana Çaladze vəfat edib". olke.az. 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
  5. "Qarabağ: müharibə üzlərdə: 1992-1994: cəbhə albomu". www.ebooks.az. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
  6. "Tanınmış jurnalistin Qarabağ müharibəsinə həsr olunmuş kitabının təqdimatı olub (FOTO)". trend.az. İstifadə tarixi: 3 dekabr 2017.
  7. Т. Чаладзе ; ред. Дж. Аббасова. - Баку : Изд-во Азербайджан, 1995. - 232 с. : 4 вкл. л., фот. ; 20 см. - 5000 экз.. - həd.