Tarixi coğrafiya — Vikipediya

Hər hansı bir ərazinin müəyyən dövr ərzində coğrafiyasını (siyasi, iqtisadi, fiziki və s.) öyrənən elm sahəsidir.

Azərbaycanın tarixi coğrafiyası[redaktə | mənbəni redaktə et]

Azərbaycanda tarixi coğrafiya elminin inkişafı əsasən XX əsrin 80-ci illərindən başlamışdır. Lakin Azərbaycanın tarixi-coğrafiyasında həsr olunmuş müasir anlamda ilk elmi tədqiqat əsəri başqırd tədqiqatçısı Əhməd Zəki Vəlidi Toğanın XX əsrin 20-30-cu illərində yazdığı "Azərbaycanın tarixi coğrafiyası" adlı əsəri hesab edilir.[1]

Əhməd Zəki Vəlidi Toğanın Azərbaycanın tarixi coğrafiyasına dair tədqiqatları[redaktə | mənbəni redaktə et]

Ə.Z.Vəlidinin “Azərbaycanın tarixi coğrafiyası”na həsr olunmuş əsəri (məruzələri) bu sahədə atılmış mühüm addım olması və elmi əhəmiyyətinə görə diqqəti cəlb edir. Əsərdəki 700-ə yaxın yer adları - toponimlər Azərbaycanın, xüsusilə Şirvan bölgəsinin zəngin tarixə malik olduğunu bir daha təsdiqləyir. Müəllifin orta əsrlərə dair əksər mənbələrdən bəhrələnməsi onun əsərinin yüksək elmi səviyyədə meydana gəlməsinə imkan vermişdir.

Bu əsər əslində alimin 1928-1931-ci illərdə İstanbul universitetində oxuduğu mühazirələrdən ibarət olsa da, elmi səviyyəsinə görə digər əsərlərindən geri qalmır. Görkəmli alimin 4 mühazirədən ibarət olan bu əsərində əsasən Azərbaycanın şimal bölgəsinin - Şirvanın, Şəkinin və başqa yaşayış məntəqələrinin tarixi-coğrafi vəziyyətindən bəhs olunur.

Müəllif Dərbənd, Bərdə, Samur körpüsü, Abxaz, Quba, Şabran, Şamaxı, Bərzənc, Bakı, Ərəş, Şəki, Zaqatala ərazilərinin toponimlərindən söhbət açır, onların mənasını, tarixini açıqlayır. Əsərdə 700-ə qədər toponimin (eyni toponimin müxtəlif variantları daxil olmaqla) verilməsi alimin nə qədər zəngin elmi biliyə malik olduğunu göstərir.

Ərəb, fars, rus, türk, başqırd dilləri ilə yanaşı alman və avropa dillərindən bəhrələnməsi ona elmi yaradıcılığında böyük uğurlar qazandırmışdır. Həcmcə çox da böyük olmayan bu əsərdə (cəmi 51 səhifə) alim 50-ə qədər ilk mənbədən istifadə etmiş, bir çox görkəmli şərqşünas alimlərin əsərlərindən bəhrələnmişdir

Tarixi-coğrafiya sahəsində Azərbaycanda yazılmış əsərlər[redaktə | mənbəni redaktə et]

KİTABLAR[redaktə | mənbəni redaktə et]
MƏQALƏLƏR[redaktə | mənbəni redaktə et]
  1. Piriyev V.Z. XIII-XIV əsrlərdə Naxçıvanın tarixi-coğrafiyası. NDU "Elmi əsərlər" (Humanitar elmlər seriyası), 1999, № 5, с. 30-33
  2. Kəlbizadə E.H. İohan Şiltberqerin “Səyahət kitabı” Azərbaycanın Naxçıvan bölgəsinin tarixi-coğrafiyasına dair mənbə kimi / AMEA Naxçıvan Bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası, 2014, № 1 s. 70-76[ölü keçid]
  3. Kəlbizadə E.H. XII-XIII əsrlər Naxçıvan bölgəsinin tarixi-coğrafiyasının bəzi məsələlərinə dair / AMEA Naxçıvan Bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası, 2014, № 4 s. 60-68
  4. Kəlbizadə E.H. Naxçıvan əhalisinin etnik və dini tərkibi tarixi mənbələrdə (XII-XIV əsrlər) // Dövlət və din, Bakı, 2015, №4, s. 87-92
  5. Kəlbizadə E.H. Ümummilli lider Heydər Əliyev və Naxçıvanın tarixi-coğrafiyasının tədqiqi məsələləri // BSU-da keçirilən Azərbaycanşünaslığın aktual problemləri VI Beynəlxalq Elmi Konfransın materialları, II hissə, Bakı, 5-7 may 2015-ci il, s. 53-54

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əhməd Zəki Vəlidi Azərbaycanın tarixi coğrafiyası. Bakı "Təhsil", 2009, 112 səh" (PDF). 2017-10-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-03.