Tamilla Ağamirova — Vikipediya

Tamilla Ağamirova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (93 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1952-ci ildən
Təhsili
  • Moskva Bədaye Teatrı tərkibində Bədaye Teatrı Məktəbi[d]
Mükafatları
"RSFSR xalq artisti" fəxri adı — 1988 "RSFSR əməkdar artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1960
"Şərəf" ordeni (Rusiya) — 2019 "Dostluq" ordeni (Rusiya) — 2002
IMDb ID0012835
teatr-romen.ru/index.php…

Tamilla Mirsüca qızı Ağamirova (rus. Тамила Суджаевна Агамирова; 21 may 1928, Bakı31 avqust 2021[1], Nikolina Qora[d]) — Azərbaycan-rus teatr və kino aktrisası, RSFSR xalq artisti (1988), Azərbaycan SSR əməkdar artisti (1960).

Həyatı[redaktə | mənbəni redaktə et]

Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub.[2] Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və indiyədək aktiv ictimai fəaliyyətlə məşğul olur. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistridir.

Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.[3] [4]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filminin televiziya ekranlarına çıxması ilə Bakıdan olan gənc aktrisa Tamilla Ağamirova üçün uğur zirvəsinə gedən yol açıldı. Filmdə gözəl qrafinya Altisidora rolunu canlandıran aktrisa tezliklə geniş tamaşaçı auditoriyası qazandı və bir sıra filmlərdə baş rola dəvət edildi. Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenko idi. O, SSRİ xalq artisti, "Romen" teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısıdır. Tamilla xanım inqilabçı Mirsüca Ağamirovun qızı olmuşdur.

31 Avqust 2021 -ci ildə həyat yoldaşı Nikolay Sliçenkonun ölümündən iki ay sonra 94 yaşında vəfat etmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.mk.ru/social/2021/09/01/skonchalas-vdova-nikolaya-slichenko-aktrisa-tamila-agamirova.html.
  2. Tamilla Ağamirova: "Bakı mənim üçün müqəddəs şəhərdir"
  3. "PublikaAz-la müsahibə. Mixaylonun və Koroğlunun sevgilisiydi, qaraçıya ərə getdi - YUBİLEY". 2013-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-04.
  4. ""Qaraçılar kralı"nın azərbaycanlı xanımı". 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.