Taleh Məmmədov — Vikipediya

Taleh Məmmədov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi 16 avqust 1989(1989-08-16) (34 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Boyu 165 sm
Çəkisi 63 kq
İdman növü Güləş
Karyera illəri 2009 - hal-hazırda
Ağırlıq dərəcəsi 63 kq
22 yanvar 2023 tarixində yenilənib.

Taleh Məmmədov (16 avqust 1989, Qaradağlı, Qasım İsmayılov rayonu) — Azərbaycan yunan-roma güləşçisi. 2022-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən Güləş üzrə Dünya çempionatında 63 kq çəki dərəcəsində bürünc mükafatçısı. Güləş üzrə Avropa çempionatının gümüş və bürünc medalçısı.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Taleh Məmmədov 16 avqust 1989-cu ildə Azərbaycanın Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Qaradağlı kəndində anadan olub. 1996-cı ildə Qaradağlı kəndində orta məktəbə başlayıb. 2000-ci ildən Bakıda Respublika İdman Olimpiya liseyində təhsilini və idman fəaliyyətini davam etdirib. 2007–2011-ci illərdə Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Güləş fakültəsində ali təhsil alıb. Hal-hazırda idman ustası və məşqçisi kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.

Karyerası[redaktə | mənbəni redaktə et]

Taleh Məmmədov 2011-ci ildə Bakıda təşkil olunmuş "Qızıl Qran-pri" beynəlxalq turnirində 55 kq çəki dərəcəsində mübarizə aparıb və sonda final görüşündə məğlub olaraq gümüş medal qazanıb.[1] 2013-cü ildə Taleh Məmmədov 60 kq çəki dərəcəsində ölkə çempionu adını qazanıb.[2] 2014-cü ildə növbəti dəfə Bakıda keçirilən "Qızıl Qran-pri" yarışında iştirak edib, bu dəfə 59 kq çəki dərəcəsində yarışan Taleh bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.[3] Bundan bir il sonra o, Azərbaycan çempionatının qalibi olub.[4] Taleh 2017-ci ildə bu uğuru təkrarlayıb, 59 kq çəki dərəcəsində növbəti dəfə ölkə çempionu adını qazanıb.[5]

Taleh 2018-ci ilin sentyabrında Belarusun paytaxtı Minskdə keçirilmiş Oleq Karavaevin xatirə turnirində 63 kq çəki dərəcəsində qızıl medal qazanıb.[6]

2019-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 2019 Güləş üzrə Avropa Çempionatında 63 kq çəkidə bürünc medal qazanıb. Bürünc medal görüşündə o, Ermənistan güləşçisi Slavik Qalstyanı məğlub edib.[7][8]

2020-ci ildə Taleh Belqradda keçirilmiş Güləş üzrə Fərdi Dünya Kubokunda yarışıb.[9] Bundan bir il sonra o, Polşanın paytaxtı Varşavada təşkil olunmuş 2021 Avropa Güləş Çempionatında 63 kq çəki dərəcəsində mübarizə aparıb. O, finalda Rusiya idmançısı Jampolat Lokyayevə məğlub olaraq gümüş medal qazanıb.[10]

2022-ci ildə Talehin növbəti yarışı Türkiyənin İstanbul şəhərində keçirilmiş Vehbi Emre & Hamit Kaplan Turniri olub. Bu yarışda o, təsnifat mərhələsində məğlub olsa da, təsəlliverici görüşlərdə qalib gələrək bürünc medala sahib çıxıb.[11] Taleh Məmmədov Macarıstanın Budapeşt şəhərində keçirilmiş 2022 Avropa Güləş Çempionatında 63 kq çəki dərəcəsində gümüş medal qazanıb. [12] Bundan bir neçə ay sonra İtaliyanın Roma şəhərində keçirilən Matteo Pellikone Reytinq Seriyasında bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.[13]

Uğurları[redaktə | mənbəni redaktə et]

İl Turnir Yer Nəticə Yarış
2009 Azərbaycan Güləş Federasiyası Kuboku Bakı, Azərbaycan 3-cü Yunan-Roma 55 kq
2010 Dan Kolov — Nikola Petrov Turniri Burqas, Bolqarıstan 3-cü Yunan-Roma 55 kq
2011 Qızıl Qran-pri Bakı, Azərbaycan 2-ci Yunan-Roma 55 kq
2013 Dünya Kuboku Tehran, İran 3-cü Yunan-Roma 60 kq
Vladislav Pitlasinski Kuboku Varşava, Polşa 3-cü Yunan-Roma 60 kq
Qızıl Qran-pri Bakı, Azərbaycan 3-cü Yunan-Roma 60 kq
2014 Dünya Kuboku Tehran, İran 3-cü Yunan-Roma 59 kq
Qızıl Qran-pri Bakı, Azərbaycan 1-ci Yunan-Roma 59 kq
2015 Taxti Kuboku Kirmanşah, İran 1-ci Yunan-Roma 59 kq
2015 Vehbi Emre & Hamit Kaplan Turniri İstanbul, Türkiyə 3-cü Yunan-Roma 59 kq
2017 Dünya Kuboku Abadan, İran 2-ci Yunan-Roma 59 kq
Dan Kolov — Nikola Petrov Turniri Ruse, Bolqarıstan 3-cü Yunan-Roma 59 kq
2018 Beynəlxalq Ukrayna Turniri Kiyev, Ukrayna 1-ci Yunan-Roma 63 kq
RS — Vehbi Emre & Hamit Kaplan Turniri İstanbul, Türkiyə 1-ci Yunan-Roma 63 kq
Oleq Karavayev Xatirə Turniri Minsk, Belarus 1-ci Yunan-Roma 63 kq
2019 Vehbi Emre & Hamit Kaplan Turniri İstanbul, Türkiyə 2-ci Yunan-Roma 63 kq
Avropa Çempionatı Buxarest, Rumıniya 3-cü Yunan-Roma 63 kq
2021 Avropa Çempionatı Varşava, Polşa 2-ci Yunan-Roma 63 kq
2022 Avropa Çempionatı Macarıstan, Budapeşt 2-ci Yunan-Roma 63 kq
RS — Vehbi Emre & Hamit Kaplan Turniri İstanbul, Türkiyə 3-cü Yunan-Roma 63 kq
Dünya Çempionatı Belqrad, Serbiya 3-cü Yunan-Roma 63 kq
Matteo Pellikone Reytinq Seriyası Roma, İtaliya 1-ci Yunan-Roma 63 kq

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan millisindən 26 medal". azerisport.com (Azərbaycan). 27 iyul 2014. 2011-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2022.
  2. "Azərbaycan çempionatında ilk gün 4 çəkidə qaliblər müəyyənləşdi". azerisport.com (Azərbaycan). 22 dekabr 2013. 27 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2022.
  3. "Azərbaycan güləşçiləri "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsinin sonuncu günü 10 medal qazanıblar". azertag.az (Azərbaycan). 27 iyul 2014. 26 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2022.
  4. "Güləş üzrə Azərbaycan çempionatının ikinci günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib". azertag.az (Azərbaycan). 26 dekabr 2015. 26 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2022.
  5. "https://azertag.az/xeber/1026201". azertag.az (Azərbaycan). 12 yanvar 2017. 26 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2022.
  6. "Güləşçilərimiz Minskdə 4 medal qazanıblar". azertag.az (Azərbaycan). 20 sentyabr 2018. 26 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2022.
  7. Pavitt, Michael. "Russian wrestlers dominate first day of Greco-Roman finals at European Wrestling Championships". InsideTheGames.biz. 13 aprel 2019. 18 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2020.
  8. "2019 European Wrestling Championships Results" (PDF). United World Wrestling. 12 aprel 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 aprel 2020.
  9. "2020 Individual Wrestling World Cup Results Book" (PDF). United World Wrestling. 18 dekabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 dekabr 2020.
  10. "2021 European Wrestling Championships Results Book" (PDF). United World Wrestling. 25 aprel 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 aprel 2021.
  11. "2022 Yasar Dogu, Vehbi Emre & Hamit Kaplan Tournament Results Book" (PDF). United World Wrestling. 2 mart 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 mart 2022.
  12. Pavitt, Michael. "Kayaalp continues Greco-Roman domination at European Wrestling Championships". [InsideTheGames.biz. 2 April 2022. 2 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2022.
  13. "Matteo Pellicone Ranking Series 2022 Results Book" (PDF). United World Wrestling. 25 iyun 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 iyun 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]