Taif — Vikipediya

Şəhər
Taif
ərəb. الطائف
Bayraq Gerb
Bayraq Gerb
21°26′ şm. e. 40°21′ ş. u.
Ölkə  Səudiyyə Ərəbistanı
Vilayət Məkkə
Başçı Meşal ibn Abdullah əl-Səud
Tarixi və coğrafiyası
Əsası qoyulub VI əsr
Yaşayış məntəqəsi statuslu 1924
Sahəsi
  • 321 km²
Mərkəzin hündürlüyü 1 878 m
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 521 273 nəfər (2004)
Rəqəmsal identifikatorlar
Poçt indeksi +966-2
Digər
taifcity.gov.sa
Xəritəni göstər/gizlə
Taif xəritədə
Taif
Taif
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Taif (ərəb. الطائف‎) — Səudiyyə Ərəbistanının qərbində Məkkə vilayətində şəhər. Məkkədən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1751 m yüksəklikdə tarixi Hicaz regionunda yerləşir. Regionun əlverişli iqlimi nəticəsində şəhər ətrafında kənd təsərrüfatı inkişaf etməkdədir. Burada meyvə, tərəvəztaxıl yetişdirilir. Taif şəhərində Səudiyyə hökumətinin yay iqamətgahı yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Taif şəhəri VI əsrdə yaranmışdı. Şəhərin adı burda yaşayan Saqif ailəsi ilə bağlıdır. Taif Məkkədən 100 km cənub-şərqdə yerləşirdi[1]. 630-cu ildə Xilafət tərkibinə daxil olan şəhər[2], 1517-ci ilə qədər onun tərkibində qalır. 1517-ci ildə Osmanlılar tərəfindən işğal edilərək Hicaz şərifliyinin tərkibinə daxil edilir. XIX əsrdə Birinci Səudiyyə əmirliyinin əlinə keçsədə Osmanlı-Səudiyyə müharibəsi nəticəsində təkrar Osmanlıların əlinə keçir. XX əsrin əvvəllərində Haşimilər sülaləsinin üsyanı nəticəsində yaranmış Hicaz krallığının tərkibinə daxil olur. Ancaq, tezliklə Hicaz krallığı süqut edir və torpaqları əvvəl Nəcd və Hicaz krallığının, sonra isə Səudiyyə Ərəbistanı əmirliyinin tərkibinə qatılır.

İqlim[redaktə | mənbəni redaktə et]

Taif şəhərində isti səhra iqlim tipi var. İlin yay ayları isti, qış ayları mülayim keçir. Yağıntının miqdarı çox aşağıdır. yaz və payız aylarının sonu yağışlar çoxalır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""The Excellent Exemplar - Muhammad"". 2016-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
  2. Hisham Ibn Al-Kalbi - The Book of Idols.