Tahir Tahirov — Vikipediya

Tahir Tahirov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (71 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Rəşid Tahirov
Fəaliyyəti Rəssamlıq
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2013 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002

Tahir Rəşid oğlu Tahirov (30 may 1948, Bakı12 sentyabr 2019) — Azərbaycan teatr rəssamı, rəngkar, Azərbaycan Respublikasının xalq rəssamı (2013).

Həyatı[redaktə | mənbəni redaktə et]

T.Tahirov 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. O, müxtəlif vaxtlarda Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında bir çox tamaşaların bədii həllini vermişdir. O, bir müddət Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rəssam vəzifəsində çalışmışdır. T.Tahirov Opera və Balet Teatrının səhnəsində F.Əmirovun "Sevil", "Min bir gecə", "Nizami", C.Verdinin "Travita" operalarına, Donisettinin "Arlekinada", P.İ.Çaykovskinin "Romeo və Cülyetta", T.Bakıxanovun "Xəzər balladası", X.Mirzəzadənin "Ağ və Qara", Q.Qarayevin "Leyli və Məcnun", "Don Kixot" baletlərinin səhnə tərtibatının və geyim eskizlərinin müəllifidir. T.Tahirov bir çox dövlət əhəmiyyətli tədbirlərin quruluşçu rəssamı olmuşdur. Onların sırasında Qanlı Yanvar hadisələrinin ildönümü, M.Dilbazi, S.Vurğun, Ə.Əliyev, Füzuli, Prezidentin and içmə mərasimi və başqaları vardır. 30 may 2002-ci ildə əməkdar rəssam, 25 iyun 2013-cü ildə xalq rəssamı adına layiq görülmüşdür.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]