Tahir Atakişiyev — Vikipediya

Tahir Atakişiyev
Tahir İsrafil oğlu Atakişiyev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Göyçay, Azərbaycan SSR
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti skripkaçı, pedaqoq
Musiqi aləti skripka
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Tahir İsrafil oğlu Atakişiyev (21 avqust 192730 noyabr 2012) — skripkaçı, pedaqoq. Azərbaycan Respublikasının əməkdar artisti (2007).

Həyatı[redaktə | mənbəni redaktə et]

1945-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirmiş və 1952-ci ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirmişdir. 1952-ci ildən ömrünün sonunadək Azərbaycan dövlət konservatoriyasının "Simli alətlər" kafedrasında dərs demişdir. 1952-1963-cü illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru olmuşdur.

Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazmışdır. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən nəşr olunmuşdur. O, "Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait" adlı elmi-metodik işin müəllifidir.

Onun yetirmələri arasında Teymur Göyçayev, Vladimir Boqdanovski, Tofa Babayeva, Dilarə Mehdiyeva, Vadim Sandler və başqaları var.

Rauf Atakişiyevin qardaşıdır.